0
Friday 12 July 2013 - 13:36

Suriyadakı gərginliyi alovlandıranlar çıxılmaz vəziyyətdə

Story Code : 282026
Suriyadakı gərginliyi alovlandıranlar çıxılmaz vəziyyətdə
“Suriya dostları” adı altında keçirilən bu toplantıda ABŞ, Fransa, İngiltərə, Almaniya, İtaliya, Qatar, Türkiyə, Ərəbistan, İordaniya, BƏƏ və Misir xarici işlər nazirləri birlikdə Suriyada vuruşan terroristlərin sərkərdələri də iştirak edib. Onlar terroristlərin əlinə keçmiş məntəqələrin son zamanlar Bəşar Əsəd ordusu tərəfindən bir-bir geri alındığını, bildiriblər və Suriyadakı hərbi vəziyyətin Əsədin xeyrinə hərəkətdə olduğunu və uyğun olaydan ciddi nigarançılıq keçirdiklərini etiraf ediblər.
 
Toplantıda qəbul edilmiş bəyanatda həmçinin bildirilir ki, bu ölkələr Cenevrə 2 toplantısının keçirilməsi və Bəşar Əsəd müxaliflərinin siyasi və diplomatik qələbəsi üçün əlindən gələni edəcəklər.
 
Zahirdə Suriya xalqının dostu, əsil həqiqətdə isə Suriya xalqının düşməni olan bu ölkələrin Suriya ordusunun qələbələrinin artdığı bir dönəmdə yığıncaq keçirməsi ilə bağlı aşağıdakı mühüm nöqtələrə işarə edə bilərik:
 
1. Ən-Nüsrə cəbhəsi də daxil olmaqla son günlər terrorist şəbəkələrə sarsıdıcı zərbələr endirilməsi, Livan sərhəddində yerləşən və terroristlərin rəhbərliyinin sığındığı strateji Əl-Qəsir şəhərinin terroristlərdən təmizlənməsi onu göstərdi ki, Suriya xalqı və dövləti öz birliyi və müqaviməti ilə düşməni məyus edib və onları sabiq şərayiti bərpa etmək üçün mübarizəyə vadar edib.
 
Sələfi təkfirçilərin iki ilə yaxın terrorist əməliyyatlarından cana doymuş Suriya xalqı ordu ilə əl-ələ verərək terroristlər yerləşən məntəqələrə hücuma başlayıblar. Amma bu gün Suriya xalqının düşmənləri Suriya əhalisinin bu milli qələbəsini İran və Hizbullahın ayağına yazaraq xalqın Bəşar Əsədə olan dəstəyini kəmrəng göstərmək niyyətindədirlər.
 
2. Suriyadakı terrorizm hamilərinin bəyanatında Hizbullah və İran məntəqənin sabitliyi üçün bir təhlükə kimi tanıtdırılır. Onlar diqqətləri bu yalan iddia üzərinə çəkərək özlərinin silahlı terroristləri himayə etməsinə don geyindirmək niyyətində idilər. Amma bildiyimiz kimi Suriya böhranı məntəqədə İslami oyanış dalğası baş qaldırdığı zaman başladı. O zaman ki, Tunis, Misir, Liviya, Yəmən, Bəhreyndə inqilablar start götürdü və Qərbin nökərləri olan bu ölkə başçıları bir-bir süqut edirdi. Bu hadisələr ardınca isə, məntəqədə ABŞ və müttəfiqlərinin nüfuzu sıfıra enirdi, sionizm əleyhinə müqavimət hərəkatı güclənirdi. Həmçinin ABŞ və onların məntəqədəki müttəfiqləri olan Ərəbistan, Türkiyə və Qatar özlərini xalq hərəkatları astanasında görürdülər. Amma onlar bu oyanış hərəkatını yönləndirərək, sionizmlə ön cəbhədə vuruşan müstəqil Suriyada qarışıqlıq yaratdılar. Elə bu səbəbdən də anti-İsrail cəbhəsində zəifləmə yaratdılar.
 
Suriya böhranı uyğun hədəflə başladıldı. Amma Suriyadakı qarışıqlığı alovlandırmaq üçün daxili imkanlarının olmaması səbəbindən böyük maliyyə və hərbi yardımlara bel bağlanıldı. Hətta bu ölkəyə siyasi dəstək və xarici terroristlər göndərilməsi ilə qanuni Bəşar Əsəd dövlətinin aşırılmasına çalışıldı.
 
Bu gün Qatar, Ərəbistan, Türkiyə və bu ölkələrin neft satışı ilə əldə etdiyi dollarların Suriyadakı izini aydın şəkildə müşahidə etmək olur. Bu günədək Suriya böhranına müdaxiləsini gizləyən və bu ölkədəki qarışıqlığı sadəcə müxaliflər və qonşu ölkələrin adına yazan Ağ Ev də artıq məntəqədəki müttəfiqlərinin bacarıqsızlığını görərək özü şəxsən meydanı girib. Rəsmi Vaşinqton bu gün Suriyadakı terroristlərə Türkiyə hərbi hissələrində təlim keçərək, Bəşar Əsəd dövləti əleyhinə qətnamələr təsdiqlətdirərək və Əsəd müxaliflərini yüz milyonlarla dollar pul ayıraraq öz fəaliyyətini açıq şəkildə davam etdirir.
 
Bu günədək hərbi, siyasi, mali yardımlar, həmçinin təbliğat kampaniyaları Suriya hakimiyyətini aşırmaq üçün yetərsiz olsa da, hələ də davam etdirilir. Suriyadakı müxaliflərin hər dəfə sarsıdıcı məğlubiyyətə uğramasından sonra təşkil olunan “Suriya dostları” yığıncağının da heç bir faydası olmayıb.
 
3. Əslində İranın Suriyadakı qarışıqlığa son qoyulması üçün siyasi dəstəyi və milli danışıqlara başlanılması üçün təlaşları məntəqənin sabitliyi üçün təhlükə deyil. Əsil təhlükə ABŞ və məntəqədəki müttəfiqlərinin terrorizmi himayə etməsi və məntəqədə sionizm cəbhəsinə qarşı müqavimət güclərindən olan Bəşar Əsəd hökumətinin süqut etməsidir. Bundan əlavə onlar hətta Təhlükəsizlik Şurasından icazə alaraq bu ölkəyə hərbi müdaxilə barəsində düşünürlər. Neft müftilərinin, Şeyx Qərzavi kimi həvəsbazların fətvaları və Suriyadakı üsyançıların bu ölkəyə hərbi müdaxilə tələbləri məntəqəyə qeyd olunan müdaxilənin yaranmasının təsirlərindəndir. Amma İran İslam Respublikası hər zaman xarici qüvvələrin Suriyanın daxili işlərinə müdaxiləsinə qarşı çıxıb və siyasi çıxış yollarına, bütün qrupların iştirakı ilə milli danışıqlar başladılmasına üstünlük verib. Bunu da qeyd edək ki, Suriya dövləti və xalqının hamiləri bu ölkəyə qarşı hər hansı bir hərbi müdaxiləyə əsla izn verməz və Qərb və ərəb dövlətlərinin məntəqə ilə bağlı çirkin məqsədlərinə nail olmasına mane olacaq. Onlar Suriyanı təçkilatlandırılmış terrorizmdən qoruyaraq göstərəcəklər ki, Suriya Liviya deyil və Qərb Suriyada çıxılmaz bir vəziyyətə düşəcək.
Comment