0
Wednesday 22 October 2014 - 13:50

Qəddafilər hakimiyyətə qayıdır

Story Code : 415929
Qəddafilər hakimiyyətə qayıdır
Qəddafilər hakimiyyətə qayıdır
“Reuters”in xəbərində deyilir ki, Liviya lideri Müəmmər Qəddafinin köməkçisi və əmisi oğlu vətəndaş müharibəsi içində can verən bu ölkədə siyasi səhnədə parlamağa başlayıblar. 42 illik Müəmmər Qəddafi iqtidarı 2011-ci ildə iflasa uğradıqdan sonra ölkə heç cür özünə gələ bilmir.
Rəqib hərbi birləşmələr bir-birinə qarşı vuruşur, tayfalararası mübarizə də qanlı olaylarla müşahidə olunur. Ölkədə İslamçı qruplar da hakimiyyətə can atırlar.
”Mən BMT-nin mandatı altında Liviyadan kənarda keçiriləcək danışıqları alqışlayıram”, — deyə Əhməd Qəddafi al-Dam Qahirədə “Reuters” agentliyinə bildirib. O, uzun müddətdir ki, Misirdə mühacir kimi yaşayır.
“Biz Əlcəzairə bu danışıqlara ev sahibliyi etdiyinə görə minnətdarıq”, deyə Əhməd Qəddafinin mətbuat katibi bildirib və qeyd edib ki, cənab Qəddavi Livayanın da İslamçıların əlinə keçə biləcəyindən çox narahatdır.
Nəzərdə tutulan danışıqların nə vaxt və hansı gündəliklə keçiriləcəyi barədə isə hələlik məlumat verilmir.
Agentlik bildirir ki, Əhməd Qəddafi Liviyada çox sevilən insanlardan biridir. Köhnə rejimdən qalan hərbçilər də onu dəstəkləyir. Son vaxtlar Liviyada Müəmmər Qəddafiyə rəğbər xeyli yüksəlib. Sanki onun qiymətini indi anlayıblar. Tayfa başçıları arasında da onun tərəfdarları çoxdur. Bu münasibət onun qohumunun şanslarını daha da artırır.
Ona xaricdən dəstək verənlər isə daha güclüdür. Mərakeş, Misir, Əlcəzair, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri ona açıq dəstək verirlər. Eyni zamanda bir sıra Avropa ölkələri də ona xoş münasibət bəsləyirlər.
Misirdə çevriliş nəticəsində devrilən prezident Məhəmməd Mursi iqtidarda olanda Əhməd Qəddafi bir ay həbsxanada yatmalı oldu. O, insanlığa qarşı cinayətlərdə suçlanırdı. Ancaq Misirin indiki iqtidarı onu özünə yaxın bilir və onu müdafiə edir.
Hətta o vaxt “Müsəlman Qardaşları” Əhməd Qəddafini aradan götürmək üçün onun yaşadığı mənzili güləbaran da etmişdi.
Agentlik xatırladır ki, Müəmmər Qəddafi öldürüldükdən sonra onun yaxın qohumları müxtəlif ölkələrə səpələndi. Ələ keçənlərsə, inqilabçılar tərəfindən öldürüldü. Hazırda Müəmmər Qəddafinin iki oğlu Liviyada həbsdədir.
Ancaq analitiklər hesab edirlər ki, Qəddafilərin Liviyada yenidən iqtidara gəlməsi zamana bağlıdır. Bir çoxları onların gəlişi ilə Liviyanın əvvəlki stabilliyə qayıdacağına ümid edirlər.
Source : Musavat
Comment