0
Saturday 18 October 2014 - 07:19

Сənubi Sudanda BMT əməkdaşları oğurlanıb

Story Code : 415145
Сənubi Sudanda BMT əməkdaşları oğurlanıb
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT-nin baş katibinin şəxsi nümayəndəsi Stefan Düjarrik bəyan edib.
Onun sözlərinə görə, BMT nümayəndəsinin biri ötən həftə, digəri isə oktyabrın 16-da girov düşüb. Hər iki insident Malakal şəhərinin aerodromunda qeydə alınıb. 
“BMT-nin Cənubi Sudandakı sülhməramlı missiyası əməkdaşlarının oğurlanmasını qəti şəkildə pisləyir. Hazırda biz Cənubi Sudan hökuməti və Milli azadlıq ordusu ilə birgə əməkdaşlarımızın sərbəst buraxılması üçün səy göstəririk”, deyə Düjarrik bildirib.
Comment