0
Sunday 31 August 2014 - 14:12
Şəhid dünyagörüşü 33

Dünyanın fəlsəfəsi

Story Code : 407540
Unudulmaz günlər (İran cəbhəsi)
Unudulmaz günlər (İran cəbhəsi)
“Həyat, ölümə yuvarlanma, ömür günlərinin keçməsi və yoxluq aləminə tələsmək yeridir. Ölümdən qaçmaq, ölümə sarı getməkdən başqa bir şey deyildir.

Fironlar kimi cəhalət girdabında, nadanlıq tufanında özünüzü sərgərdan edirsiniz. Qəlbiqara dünyapərəstlər hər şərtdə günah, fitnə - fəsad və azğınlıq yolunu seçdilər. Eyni zamanda isə aydın, düzgün hidayət yoluna göz yumdular. İndi də hamılıqla fitnə - fəsadın reallığa çevrilməsinə tələsirlər. Qəti surətdə belə hadisələr gözləniləndir və eyni halda təəccübləndirici də deyildir. İblisin vəsvəsə və əfsunlarını kənarlaşdıran ibadət və bəndəçiliyimizin keyfiyyətini artıraraq Yaradana tərəf hərəkət edirik. Abidanə şəkildə alçaq həvəslərimin, nəfsani istəklərimin tələsinə düşməməyi Ondan diləyirəm!

Bu yırtıcı dünya, sizləri o dünyanın yüksək qalalarından aşağı atmaq üçün hazırlayan bir viranlıqdır. Sizlər, Allahın bəndələri olaraq bilin ki, iki günlük dünyanın sonu çatır və qısa ömür sürətlə keçib getməkdədir. Eynilə keçmişdəkilər üçün keçənlər, geri dönməyən ömürlər kimi. Varlıq aləmi şirinliyi, acısı ilə qalıcı deyildir.

Bugün dünya, sabahın ölümü sizə çox yaxın olan qədər qısadır. Keçmişdəkilərin dəftərindən ibrət alın və hikmət öyrənin!
Əbədi cənnətin necə tayı-bərabəri olmayan əzəmətli saray olduğunu bilsəydiniz dünyanın xam xəyallarını başınızdan atar və cənnətə qovuşmaq üçün ixlasa can atardınız”.

İran - Şəhid Səfər İsgəndəri
Source : Islamtimes
Comment