0
Thursday 5 April 2012 - 16:01

Suriya müxalifət liderləri ilə müsahibə

Story Code : 150644
Suriya müxalifət liderləri ilə müsahibə
Suriya müxalifət liderləri ilə müsahibə
İslamazeri.az İnternet Qəzetinin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, "Al Hayat" Qəzeti, Türkiyənin Hatay vilayətindəki suriyalı mühacirlər düşərgələrində yaşayan "Hərbi Şura" rəisi general Mustafa Şeyx və "Azad Suriya Ordusu" komandanı Riyad Əsaddan müsahibə alıb.
Müsahibədə "Hərbi Şura" və "Azad Suriya Ordusu"nun son proseslərə baxışı, Suriyada bir həftə öncə qurulmuş "Suriya Milli Ordusu" adlı yeni hərbi qruplaşma ilə bağlı münasibət öyrənilib.


Görünür "Azad Suriya Ordusu"nun rəhbərliyindəki vəzifə uğrunda çəkişmələr artıq bu terror qruplaşmasında parçalanmalara səbəb olur.
Beləki, hazırki komandirlərindən narahat olan bəzi zabit və əsgərlərin "Azad Suriya Ordusu"ndan ayrılaraq "Suriya Milli Ordusu" adlı bir qruplaşma qurduqları məlum olub. Bu qruplaşmaya Aqil Haşim adlı zabitin rəhbərlik etdiyi bildirilir.
"Azad Suriya Ordusu" komandanı Riyad Əsad bu barədə belə deyib: "Aqil Haşim kimdir axı? O, kreslo ardınca qaçan bir təqaüdçü zabitdir. Bizim əlimizdə məlumatlar var. İmaduddin Rəşid və onun ətrafındakı siyasi bir qrup, ən böyük müxalifət qüvvəsi olan "Milli Şura"dakı nüfuzu ələ keçirmək və "Milli Şura"nın özünün hərbi birləşməsini meydana gətirmək istəyir. Buna nail olsa biz onlara lazım olmayacağıq və Qərb dövlətləri əsas üstünlüyü,yardımları onlara verəcək. Buna görə də bizimlə birgə olanlardan bəzilərini daha çox vəd verərək öz tərəflərinə çəkdilər və bizdən ayrı bir siyasi və hərbi qüvvə olmaq fikrindədirlər.
Hətta onlar Körfəz ölkələrindən, Sudandan və Liviyadan bizim adımıza pul yığırlar."

Riyad Əsaddan sonra, "Hərbi Şura" rəisi Mustafa Əş-Şeyx danışıb. O, Qərbin onlara daha çox yardım verməməsindən və Suriyaya birbaşa müdaxilə etməməsindən gileylənib.

"Əl Həyat" müxbirinə "Əgər Qərb bizdən başqa da bəzi şəxslərə kömək etsə, onda "Suriya Milli Ordusu" kimi bizdən ayrılan briqadaların sayı artacaq, buna görə də gərək yalnız bizə kömək etsinlər" deyən Mustafa Əş-Şeyx, sözünə belə davam edib:

"Qərb, Bəşər Əsədi devirdikdən sonra İsrailin bölgədəki mənafeyinin qorunmasını, bölgədəki mənfəətlərinin zəmanət altına alınmasını, Suriyanın İslamçılardan tamamilə təmizlənməsini istəyir. Biz bunun öhdəsindən gələrik, bizə inanmalıdırlar, bizim gözlərimiz Suriyadakı İslamlaşmaya qarşı tətikdədir. Gələcəkdəki əsas mübarizəmiz İslamçılara qarşı olacaq".
Source : islamazeri
Comment