0
Wednesday 19 February 2014 - 18:55

Financal Times “Gülən imperatorluğunu” yazdı

Story Code : 353441
Financal Times “Gülən imperatorluğunu” yazdı
Financal Times “Gülən imperatorluğunu” yazdı
“Gülənin mübhəm şəbəkəsi mürəkkəb bir düşməndir” başlıqlı məqalənin müəllifi Londondakı King'S Kollecinin müəllimlərdən olan Bill Parkdır.
Park 17 dekabr əməliyyatlarının ölkədə “ağır bir siyasi böhrana gətirib çıxardığını söyləyərkən Baş nazir Ərdoğanın hökumətini devirməyə qərarlı polis məmurları, vəkillər və səlahiyyətlilərdən ibarət “paralel quruluşa” qarşı” mübarizə apardığını xatırladır.

Park belə davam edir:

“Paralel dövlət dedikdə 1998-ci ildən bəri öz istəyiylə Pennsylvaniadakı uzaq bir fermada sürgün həyatı yaşayan xarizmatik din adamı Fəthullah Gülənə bağlı olduğu iddia edilən geniş insan və təşkilatlar şəbəkəsi nəzərdə tutulur. Ardıcıllarının polis və məhkəmə sistemində dərin bir kök saldığına inanılır. Böhranın başlamasından indiyə qədər bu təşkilatların minlərlə üzvünün ya vəzifə yeri dəyişdirildi, ya da vəzifədən uzaqlaşdırıldılar. Həftənin sonunda parlamentdən keçən layihə prezident tərəfindən imzalanarsa, hökumət məhkəmələr üzərində daha geniş yoxlama səlahiyyəti təmin edəcək.”

“Zəif, uydurma dəlillər”
“Türkiyədə yaşanan siyasi və bürokratik mübarizənin əhəmiyyətli tərəflərindən biri də Ərdoğanın “elmli İslamçı” (mülayim İslam) hökumətinin Gülənin bənzər düşüncədəki birliyinə keçmişdə bir düşmən deyil, dost olaraq davranması olduğunu” söyləyən Bill Park bəzi AKP millət vəkillərinin Gülən camaatına simpatiya duyduğunu vurğulayır.
Bill Park belə davam edir:
“Ərdoğan hökuməti dünyəvi “dərin dövlətin” üzvlərini dövlət çevrilişi etmək cəhdi və digər cinayətlərdən mühakimə edərkən Gülənin şəbəkəsiylə əməkdaşlıq etdi. Bu aralarında köhnə baş qərargah rəisinin də olduğu yüzlərlə zabitin zəif və hətta uydurma dəlillərlə həbsə atılmasına gətirib çıxardı. Bu istintaqların önəmli bir xüsusiyyəti olan qeyri-qanuni dinləmələr və əsrarəngiz xəbərlər indi Ərdoğanın keçmiş müttəfiqlərinə qarşı çevrilir. Gülənin ittihamlara mövzu ola biləcək telefon danışıqları ortadadır. Ərdoğanın ailəsi də eyni şəkildə qaralanır. İki tərəf də bir-birlərinə qarşı şübhəli maliyyə işləri və digər zərərli davranışlarla əlaqədar iddialar irəli sürürlər”.

“Gülənin imperatorluğu”
Bill Park Gülənin təhsil, xeyriyyəçilik, media və iş imperatorluğunun 1960-cı illərdə dini məktəblər şəbəkəsi olaraq başladığını və hazırda fəaliyyətinin yüzlərlə məktəb və universiteti əhatə etdiyini söyləyir. Gülən məktəblərinin məzunlarının özlərinə xas bir “zəriflik, nəzakət və bir-birinə oxşarlıq” olduğunu söyləyən Park Gülənin mülayim bir İslamın tərəfdarı olduğunu vurğulayır.

Yazar belə davam edir:
“Terrora qarşı xoşgörüş və dinlər arası dialoq vəd edir. Demokratiyanı, sərbəst bazarı və Türkiyənin Qərblə ittifaq qurmasını dəstəkləyir. Ankaranın İsraillə əlaqələlərinin pisləşdiyi zaman və hökumətin Suriya müxalifətinə, radikal terrorçulara aktiv dəstək verdiyi zaman hökuməti açıqca tənqid etmişdi. Gülənçi təhsil müəssisələri Türkiyə xaricində də quruldu. Orta Asiya respublikaları, Balkanlar və Qafqazda və Qərb Avropadakı Türk birlikləri üçün məktəblər açıldı. Dini təhsildən çox ağır iş, intizam, hörmət və təhsildə müvəffəqiyyətə önəm verdilər. Asiyadan Səhralı Afrikaya qədər fərqli birliklərə xidmət etdilər və ən önəmlisi də ABŞ-da olan yüzlərlə məktəbin böyük əksəriyyəti müsəlman olmayanlara xidmət verməsidir”.

“Asan təslim olmayacaqlar”
Ancaq Bill Park Gülən hərəkatının “milyonlarla tərəfdarının olduğu Türkiyədə dinin və təhsilin kənarına çıxdığını vurğulayır:
“Gülənin tələbələri polis məmuru, hakim, müəllim, siyasətçi, jurnalist, bürokrat və hətta zabit olmaqdan başqa tanınmış media qurumları, iş adamları birliyi, xəstəxanalar, klinikalar, otellər, xeyriyyə qurumları və banklar qurdular. Hərəkatın geniş bir sahəyə yayılan mənfəətləri düşmənlərinə uzun bir hədəf siyahısı təqdim edir. Keçən ay Gülən şəbəkəsiylə əlaqəli Bank Asiyadan hökumət tərəfdarlarının liderliyində böyük pullar çəkildi. Bir çox Gülənçi hərəkatla əlaqələrini və onları bir-birinə bağlayan şeyləri izah etməkdə utancaq davranır. Tipik bir şəkildə yalnız ortaq bir fəlsəfədən ilham aldıqlarını söyləyirlər. Bir üzvlük yoxdur və Gülən təsir sahəsindəki heç bir quruluşa başçılıq etmir. Bu şəbəkənin quruluşu Ərdoğanın xəyal uydurması deyilsə, bu bir Türk sui-qəsd nəzəriyyəsinin öz-özünü öldürdüyü ilk hadisə olmayacaq. Ancaq hərəkatdan çıxanların ifadələri və saysız sızıntı ehtirası qaynaqları və təsiri baxımından önəmli bir şəkil ortaya qoyur. Bu böyük ehtimalla paranoyak xəyal gücünün məhsulu deyil. Ərdoğan avtoritar və ehtiraslıdır, müxalifəti xoş qarşılamır. İndi özünə bir təhdid meydana gətirdiyi üçün Gülənin şəbəkəsini zəiflətməyə qərarlıdır. Ancaq onlar asan təslim olmayacaqlar. Zəfər gəldiyində belə açıqca görülməyəcək. Uzun bir mübarizə ola bilər”.

(BBC Türk dilində)“Gülənin mübhəm şəbəkəsi mürəkkəb bir düşməndir” başlıqlı məqalənin müəllifi Londondakı King'S Kollecinin müəllimlərdən olan Bill Parkdır.

(BBC Türk dilində)
Source : Islamtimes
Comment