0
Saturday 28 June 2014 - 23:24

Obamanın İŞİD-ə 500 milyonluq hədiyyəsi

Story Code : 395959
Obamanın İŞİD-ə 500 milyonluq hədiyyəsi
İraq dövləti son 3 həftə ərzində muzdur təkfirçilərin, BƏƏS, İŞİD-in fəallaşması səbəbindən bir sıra təhlükəsizlik problemləri ilə üzləşib. İraqlıların milli birliyi terroristlərin irəliləməsi qarşısında ən mühüm maneə oldu. Belə ki, son xəbərlərə əsasən, İraq ordusu və könüllü dəstələr terrorçulara sarsıdıcı zərbələr endirib.
Bu hadisələrlə eyni zamanda Qərb ölkələri İraq və məntəqədə geniş fəaliyyətə başlayıblar. Əsas addımlardan biri kimi ABŞ xarici işlər naziri Con Kerrinin Misir, İordaniya, İraq, Səudiyyə Ərəbistanına və Britaniya xarici işlər naziri Heygin İraqa səfərini göstərmək olar. Onlar iddia edirlər ki, İraqda sabitliyin bərqərar olunması üçün çalışırlar. Amma eyni zamanda BƏƏS və təkfirçi İŞİD-i terrorçu adlandırmaqdan çəkinirlər. Onlar hətta bu təkfirçiləri cihadçı sünni qüvvələr kimi tanıtdırır və xalqın seçdiyi Maliki və qanuni hakimiyyətini dəstəkləmək əvəzinə terrorizmlə mübarizə üçün milli birlik dövləti yaradılması təklifini irəli sürürlər. Siyasi cərəyanların, xalqın, ordunun bir-biri ilə çiyin-çiyinə vahid bir cəbhədə terrorizmlə vuruşduğu bir ölkədə milli birlik dövləti yaradılması təklifinin yalnız bir mənası ola bilər. Bu plan yalnız və yalnız Qərbin seçimi olan keçid dövlətinin yaradılması üçün hazırlanıb.
Uyğun yeni dövlətdə xalqın fikrinə heç bir önəm verilməyəcək və bu dövlətin quruluşu ABŞ tərəfindən hazırlanacaq. Bundan da əlavə ABŞ və Britaniya səy göstərir ki, İraqda tayfalar arasında gərginlik başlasın və bu ölkənin parçalanması üçün münasib zəminə yaransın. Uyğun zəmində kürdlər təhrik edilir və iraqlıların birliyinin məhvinə çalışılır. Ola bilsin ki, amerikalılar hazırkı məqamda Kürdüstanın tamamı ilə İraqdan ayrılması ardınca olmasınlar. Amma onlar ən azı bu məsələ ilə bağlı növbəti addımın atılmasına çalışırlar. Bunun üçün də mərkəzi İraq dövləti ilə kürdlər arasında ixtilaflar yaradılmasına çalışılır. Bərzanini təhrikedici çıxışlara sövq etmək bu sayaq fəaliyyətlərdəndir. 
Bu gün ABŞ və Britaniya İraqı İŞİD müqabilində himayə bəhanəsi ilə yenidən İraq torpaqlarında müdaxilələrə başlamaq istəyirlər. Onların bu müdaxilələri isə məntəqədə İŞİD-i dəstəklədiklərinin göstəricisidir. Necə ki, Obama rəsmi şəkildə bu iş üçün 500 milyon dollar pul ayırıb. 
ABŞ və Britaniya son günlər çox səy göstəriblər ki, özlərini İraqın himayəçisi kimi tanıtdırsınlar. Onlar iddia edirlər ki, terrorizmlə mübarizədə İraqın yanındadırlar. Elə bu zəmində öz rəsmilərini İraqa yollayıblar. ABŞ və Britaniya yuxarıda qeyd olunan fəaliyyətləri ilə yanaşı BƏƏS terroristlərinə, təkfirçilərə böyük hədiyyələr də yollayır. Bu isə uyğun iki ölkənin İraq və məntəqədəki digər böhranlardakı geniş rolunu sübuta yetirir. Terroristlərə maliyyə və hərbi yardımlardan birində ABŞ prezidenti ölkə Konqresindən tələb etdi ki, Suriyadakı döyüşçülərin təlimi və onları silahlandırmaq üçün 500 milyon dollar büdcə ayrılsın.
Suriyadakı döyüşçülər adlandırılan və ABŞ tərəfindən maliyyələşdirilən qruplaşmalar bu gün İraqda İŞİD adı ilə xalqı qətliam edənlərdir. 
Qeyd edək ki, ABŞ-ın Suriya əleyhinə addımları müqabilində Rusiyanın BMT-dəki nümayəndəsi bildirib ki, bu ölkə Suriya əleyhinə sanksiyalara və BMT nizamnaməsinin 7-ci bəndinin tətbiqinə veto qoyacaq.
ABŞ-ın terroristəri himayə etməsinin digər yönünü bu ölkənin Hizbullaha qarşı addımlarında müşahidə edə bilərik. ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin qəbul etdiyi yeni qanundan sonra Hizbullaha maliyyə dəstəyi göstərən beynəlxalq təşkilatlar və maliyyə müəssisələrinə sanksiya tətbiq ediləcək. Qeyd etmək yerinə düşərdi ki, ABŞ və Səudiyyə Ərəbistanının himayəsində olan terroristlər Livanda təhlükəsizlik böhranı yaradıblar. Rəsmi Beyrut isə nəzərdə tutub ki, Livana səfər etmək istəyən Səudiyyə Ərəbistanı vətəndaşlarını viza almaq üçün Riyazdakı Livan səfirliyinə yollanmaq zəruri olsun.
Eyni zamanda İraqdakı şiə mərceiyyətinin nümayəndəsi Ayətullah Əbdül Məhdi əl-Kərbəlayi Kərbəla şəhərində imam Hüseyn hərəmindəki cümə namazında təkidlə vurğulayıb ki, İraq mərceiyyəti İraqın parçalanması üçün hazırlanmış gizli planlarla bağlı xəbərdarlıq edib və bildirib ki, bu planlar sionist rejimin dəstəyi ilə hazırlanıb.
ABŞ-ın İraqdakı mənfi rolu o zaman daha da ortaya çıxdı ki, Qərb mətbuatı da ABŞ və Britaniyanın cinayətlərini ört-bastır edə bilmədi. Global Research araşdırma mərkəzi İraqdakı mövcud durum və İŞİD böhranı ilə bağlı araşdırmasında bildirib ki, Qərb KİV-i bu böhranı daxili müharibə kimi tanıtdırmaq istəyir. Amma uyğun böhran ABŞ-ın bu ölkəni parçalamaq üçün hazırladığı gizli planıdır. İraqdakı qarşıdurma sünni-şiə münaqişəsi də deyil. Bu böhranın pərdəarxasında ABŞ dayanır.
Global Research-in yazdığına əsasən, ABŞ-ın İŞİD-i dəstəkləməsi ilə bağlı sərgilədiyi mövqeyi İraqla bağlı uzunmüddətli planlarının tərkib hissəsidir. ABŞ-ın mühüm hədəflərindən biri Nuri əl-Maliki dövlətinin kənarlaşdırılması və İraqın 3 kiçik dövlətə parçalanmasıdır.
Bu zəmində amerikalı eskpert Danni Patrik Velç PressTV ilə müsahibəsində deyib: “İŞİD üzvləri Amerikanın məntəqədəki faşist fəhlələridir. ABŞ-ın hədəfləri onlar vasitəsi ilə həyata keçir.” Bu qruplar Amerika üçün bir iş gördükdə ABŞ bu fürsəti özündə saxlayır uyğun qrupların fəaliyyətlərində əli olduğunu inkar edə bilsin və nəticədə öz hekayəsini pak və təmiz şəkildə təqdim edir. Amerika bu səbəbdən Səudiyyə Ərəbistanı vasitəsi ilə terror qruplarına maliyyə dəstəyi göstərir və bank şəbəkəsində onlar üçün pul ötürülməsi şəraiti hazırlayır. ABŞ 1960, 1970 və 1980-cı onilliklərdə Latın Amerikası və Cənubi Amerikada fəaliyyət göstərən silahlıları da bu şəkildə dəstəkləyirdi. Havard Universitetinin siyasi emlər professoru Doktor Vilmer Liven də deyir ki, ABŞ Suriya və İraqda iqtisadi, neft mənafeyi ardıncadır. Məntəqə xalqları da ABŞ-ın bu istəyinin əzabını çəkir.
İşğal olunmuş Fələstin torpaqlarındakı islamçı və məsihi şəxsiyyətləri cəmiyyəti yaydığı bəyanatda təkidlə vurğulayıb ki, İŞİD ABŞ-ın ərsəyə gətirdiyi qrupdur və müsəlmanları sionizmin təhlükəsindən qafil etmək və sionist rejimin mövcudiyyətini qorumaq məqsədi daşıyır. Bu zəmində "National Review" informasiya agentliyi sabiq ABŞ xarici işlər nazirliyi rəsmisinə istinadən bildirib ki, İraqdakı bəzi İŞİD üzvlərinin ABŞ pasportu var.
Qeyd etmək yerinə düşərdi ki, ABŞ-ın rəhbərliyi altında məntəqədə terrorizmi gücləndirmək prosesi həyata keçirilir. Bu məqsədlə İordaniya məhkəməsi Əbu Qəttabə ləqəbi ilə tanınan Ömər ibn Məhəmməd ibn Osmanı 1998-ci ildə həyata keçirilməsi planlaşdırılan terrorist əməliyyatının təşkilatçılığı ittihamından bəraət verib. Bu şəxs məntəqədə terrorizm hamilərindən biri kimi tanınır.
Təbii ki, fitnə alovunu şölələndirmək yalnız ABŞ və Britaniyaya məxsus deyil. Sionistlər də bu zəmində ciddi fəaliyyət göstərir. Sionist rejimin uyğun fitnəkarlıqlarından biri də onların Kürdüstanın müstəqil dövlət kimi elan edildikdən dərhal sonra bu ölkə müstəqil dövlət kimi rəsmi şəkildə tanıyacaqlarını dilə gətirməsidir. Sionist rejimin xarici işlər naziri Liberman İraqın parçalanmaq astanasında olduğunu dilə gətirərək deyib: Müstəqil Kürdüstanın formalaşacağı qətidir. Bu sözlər elə bir halda dilə gətirilirdi ki, Kürdüstan rəhbəri Bərzani həmin zaman Kərkük şəhərində idi və buradakı təhlükəsizik rəsmiləri ilə görüş keçirirdi.
Öncə də vurğuladığımız kimi İraqda böhranın yaradılmasında rol oynayan dövlətlərdən biri də İngiltərədir. Terroristlərlə eyni mövqedə olan bu ölkə öz xarici işlər nazirini İraqa yollayıb.
İraq Baş Nazirliyindən verilən bəyanata əsasən, İraq baş naziri Nuri əl-Maliki Britaniya xarici işlər naziri Viliam Heygə deyib: "İraqdakı vəziyyət qısa bir zamanda dəyişəcək və hazırda ordu təşəbbüsü ələ almağı bacarıb." Maliki əlavə edib: "Hazırda İraqda baş verənlərlə Suriya hadisələri arasında böyük rabitə var."
İngiltərə xarici işlər naziri mətbuat konfransında bu ölkənin terrorizmə ayırdığı milyonlarla dolları və Suriyanın dostları adı altında terroristləri dəstəkləmək üçün təşkil edilən yığıncaqları ört-bastır etmək üçün bildirib ki, London İraq dövlətinin İŞİD terroristlərinə qarşı mübarizəsini dəstəkləyir. O həmçinin bildirib ki, İngiltərə İordaniya və Livan dövlətlərini də İŞİD-lə mübarizədə dəstəkləyir. Heyg təfriqə toxumu səpərək İraqda milli dövlətin yaradılmasını istəyir. Bu eynilə ABŞ-ın İraqda firqələr yaratmaq planıdır. Uyğun siyasətlərin davamında ABŞ xarici işlər naziri Con Kerri Səudiyyə Ərəbistanı, İordaniya və BƏƏ-dən istəyib ki, İraqı hərtərəfli dövlətin təşkilinə təşviq etsinlər. Bu arada Blumberg xəbər agentliyi bildirib ki, İraq baş naziri Rusiyadan qırıcı aldıqları ilə bağlı məlumat verib. ABŞ-ın "News Week" həftəliyi xəbər verib ki, Nuri Maliki dövlətinin təhlükəsizlik orqanları ABŞ və digər Qərb ölkələrinin İraqdakı casusluq şəbəkələrindən xəbərdardır. İraqdan verilən digər xəbərdə bildirilir ki, İraq ordusu təşkil etdiyi hava hücumunda İŞİD-in 11 üzvünü, o cümlədən Əl-Rəmadin şəhərinin şəri valisini məhv edib. Bağdadın şimalında isə terroristlərin həyata keçirdiyi partlayış nəticəsində 19 nəfər həlak olub, 44 nəfər yaralanıb. 
Ötən gün isə ordu və könüllü dəstələr Baqubənin şərqində yerləşən Mənsuriyyə şəhərini tamamilə terroristlərdən təmizləyiblər. İraq ordusunun 3 helikopteri terroristlərlə mübarizə üçün Tikrit Uniersiteti ərazisinə enib.
Hələ də bəzi məntəqələrdə Qərbin dəstəyindən yararlanan İŞİD terroristlərinin cinayətləri davam edir. Bu qrupun son vəhşiliklərindən birində Səlahəddin vilayətində 3 qadın təcavüzə məruz qaldıqdan sonra qətlə yetirilib. Bu arada terrorizm qarşısında milli birliyin daha da güclənməsi üçün Prezident Administrasiyası parlamentin ilk iclasının çərşənbə axşamı keçirilməsini istəyib. Digər xəbərdə isə bildirilir ki, İŞİD üzvləri Mosulda şəhər əhalisini İŞİD sıralarına qatılmağa məcbur edir. Həmçinin İraq ordusu kiçik bir məhəllə istisna olmaqla Diyala şəhərini tamamilə terroristlərdən azad edib.
İnsan haqqları təşkilatlı isə bildirib ki, İŞİD ötən ay ərzində 160 əsiri edam edib. İraq polisi və ordusu Səlahəddin vilayətindəki Əl-İlm məntəqəsini də terroristlərdən təmizləyib. BMT-nin İraqdakı nümayəndəsi İŞİD-in neft yataqlarına nəzarəti ələ keçirməsi ilə bağlı şayiələri rədd edərək bildirib ki, İraq dövləti bütün mühüm neft yataqlarına nəzarət edir.
Comment