0
Friday 3 January 2014 - 14:57

Rusiyada terror Moskvanın Suriyanı himayəsi ilə əlaqəlidirmi?

Story Code : 337052
Rusiyada terror Moskvanın Suriyanı himayəsi ilə əlaqəlidirmi?
Cari il şəmsi mordad ayında Səudiyyə Ərəbistanının kəşfiyyat naziri Rusiyaya təklif edib ki, Moskva Suriyaya yardımlarını dayandırsa Riyaz Soçi Qış Olimpiya Oyunlarında çeçenlərə nəzarəti öz öhdəsinə götürər. Soçi 2014 Qış Olimpiya Oyunlarına 6 həftə qalmış Soçinin 700 km-liyində yerləşən Volqoqrad şəhərində terror hadisəsi baş verdi. Ötən ayda bu şəhərdə 3 intihar əməliyyatı həyata keçirilib. İlk terror hadisəsi bir zaman Stalinqrad adlandırılan şəhərdə baş verib. 21 oktyabrda intiharçı qadının avtobusda işə saldığı mərmi partlayıb və 7 nəfər həlak olub. Bu hadisədən iki ay ötmüş eyni şəhərdə növbəti intihar hadisəsi baş verib. Bazar günü Volqoqradın dəmir yolu vağzalında partlayış nəticəsində 17 nəfər həlak olub, 37 nəfər yaralanıb. 3-cü partlayış bazar ertəsi günü trolleybusda baş verib. Bu hadisədə 14 nəfər həlak olub. Hələ ki, terror əməliyyatlarını öhdəsinə götürən yoxdur. Amma Rusiya mətbuatı İslamçı çeçenləri ittiham edir. Onlar öz iddialarına dəlil olaraq İslamçıların Qafqaz regionunda olan rəhbəri Doku Umarovun video çıxışını göstərir. Umarov tərəfdarlarına tapşırıq verir ki, silahlı əməliyyatlar vasitəsi ilə Soçi olimpiyadasının qarşısını alsınlar. 
 
Cari il şəmsi şəhrivər ayında Türkiyənin Today Zaman qəzeti xəbər verdi ki, Ərəbistan Rusiyanı hədələyib. Moskvaya xəbərdarlıq olunub ki, Suriyaya yardımını davam etdirsə Soçi olimpiya oyunları hədəfə çevriləcək. Ərəbistan təmsilçisi Rusiyada səfərdə olduğu zaman Putinlə xüsusi görüşdə bu məsələyə işarə edib. Bundan öncə Bəndər ibn Sultanın Putinlə söhbətləri barədə məlumat yayılmışdı. Rusiyanın hədələnməsi isə yeni xəbər idi. Bəndər ibn Sultan Moskvaya Suriyanı himayə etməyəcəyi təqdirdə neft-qaz, silah sahəsində şirin vədlər verib. Putinlə 4 saatlıq görüşdə o deyib: "Mən sizə təminat verirəm ki, qış olimpiya oyunlarının təhlükəsizliyi təmin olunacaq. Oyunlar üçün təhlükə olan çeçen qrupları bizim nəzarətimiz altındadır. "
 
Çeçenistanda məskunlaşan sələfilər Suriyada mühüm rol oynayır. Onların döyüş səhnələrindəki fəaliyyətləri müxtəlif videogörüntülərdə əks edilib. Son məlumatlara əsasən çeçenlər Suriyada müstəqil qruplar şəklində fəaliyyət göstərir.
 
Belə görünür ki, nə qədər ki, Rusiya Əsəd rejimini müdafiə edir, Soçi olimpiya oyunları ərəfəsində partlayışlar davam edəcək. Səudiyyə Ərəbistanı öz hədələrini həyata keçirdi və bu partlayışlara mane olmadı.
Comment