0
Tuesday 21 October 2014 - 11:35

Mövsüm Səmədov də Taleh Bağırzadədən xəbər var

Story Code : 415703
Mövsüm Səmədov də Taleh Bağırzadədən xəbər var
Mövsüm Səmədov də Taleh Bağırzadədən xəbər var
Oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsi 12 saylı Cəzaçəkmə Müəssisəsi rəisinin Mövsüm Səmədovla bağlı verdiyi təqdimata əsaslanaraq məhbusun 2 il müddətinə həbsxana rejiminə keçirilməsi qərarı çıxarıb. Təqdimatda Mövsüm Səmədovun qapalı rejimdə saxlanmaq üçün Qobustan həbsxanasına köçürülməsi xahiş olunub.

Vəkil Anar Qasımlı Maide.az-a açıqlamasında bildirdi ki, qərardan apellyasiya şikayəti hazırlanıb və bu təqdim olunub.

Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.

2014-cü il sentyabrın 18-də Mövsüm Səmədov 11 saylı Cəzaçəkmə Müəssisəsindən 12 saylı müəssisəyə köçürülüb. Həmin gün ona 5, daha sonra 7 sutkalıq karser cəzası verilib.

İlahiyyatçı Tale Bağırovun isə 12 saylı Cəza Çəkmə Müəssisəsində karsa salınması barədə şənbə günü məlumat vermişdik. Onun vəkili Cavad Cavadov Maide.az-a açıqlamasında bildirdi ki, ilahiyyatçı 7 günlük karserə salınıb və artıq o, 5-ci gündür karsdadır: “Ona bu cəzanın tətbiq olunmasına səbəb kimi həbsxananın vahid formasını geyinməmə göstərilir, hansı ki, belə bir qayda yoxdur.”
Source : Hicab.org
Comment