0
Monday 23 December 2013 - 22:01

Obamanın 20 yalanı

Story Code : 333605
Obamanın 20 yalanı
Belz Peak internet saytı öz tənqidi yazısında bildirir ki, ABŞ prezidentləri arasında Obama yalana görə rekord vurub. Bunu Obamanın hər sözünü izləyən kameralar yetərincə qeydə alıb.

Dilindən çıxan yalanlar Obamanı məsuliyyətsiz, vədinə əməl etməyən bir şəxs kimi tanıtdırıb. Amma informasiya vasitələri ictimai fikiri bu mövzudan yayındırmaq üçün bu məsələ üzərində dayanmır və Obama öz yalanlarını davam etdirir.

Obamanın danışığında hansı yalanlar yer alıb?

1. “Biz Quantanamonu bağlayacağıq.” Gördüyünüz kimi həbsxana hələ də fəaliyyətdədir.
2. “Prezident olduğum dövrdə ABŞ qoşunlarını İraqdan çıxaracağam və bu mənim ilk işim olacaq.” Bu vəd də yerinə yetməyib.
3. “Mən söz verirəm ki, birinci prezidentlik dövründə büdcə kəsrini yarıya endirəcəyəm.” Amma Amerikada büdcə kəsri artır və Obamanın dövründə dövlət borcu 5 trilyon dollar artıb.
4. “İqtisadi böhrandan çıxmaq üçün imkanımız çərçivəsində yaşamalıyıq.” Bu yaşayış səviyyəsinə riayət olunurmu?
5. "Biz tibbi xidmət xərclərinin azaldılacağı islahatla razıyıq. Ailələr sığorta ilə büdcə yarada bilər." Budurmu işıqlı gələcək?!
6. “Biz ölkə boyu reallaşacaq layihələrə malikik.” Sonradan özü etiraf edir ki, heç bir hazır layihə yoxdur.
7. “Biz cinayətə yol verməmiş vətəndaşların izlənməsinə yol verməyəcəyik.” Məgər ABŞ-da bütün telefonlar dinlənilmirmi?
8. “Biz əmin edirik ki, ABŞ dövləti ilə 25 min dollardan artıq müamilələrdə güzəşt edəcəyik.” Vergilər isə hər gün artır.
9. “Biz ildə 50 min dollardan aşağı gəliri olanlardan vergi almayacağıq.” Əslində vergi ödəyicilərinin sayı artır.
10. “Sizin köməyinizlə tibbi yardım sığortasını 2500 dollara qədər endirəcəyik.” Birinci dövr üçün vəd verilsə də, ikinci dövrdə də vəd yerinə yetməyib.
11. “Mən heç bir lobbidən bir dollar da almıram və mənim dövrümdə Ağ Evdə lobbiçilər vəzifə almayacaq.” Hansı ki, ABŞ dövlətində 10-dan artıq lobbi təmsil olunur.
12. “Öhdəmə götürürəm ki, konstitusiyanın müdafiəsində duracağam.” Hansı ki, bütün qanun dəyişikliklərinə göz yumulur.
13. “Əgər sizin işiniz varsa bunu sizin üçün yaradan var.” İşsizliksə baş alıb gedir.
14. “Mülkiyyətin müsadirəsi mənim təklifim deyil, Konqresin məsləhətidir.” Hansı ki, bu işdə Obama təşəbbüskardır.
15. "Mən Suriyada qırmızı xətt təyin etməmişəm." Hansı ki, bir konfransda belə deyib: “Bizim üçün qırmızı xətt kimyəvi silahdan istifadədir.”
16. “Solyndra kimi şirkətlər işıqlı gələcəyə aparır.” Obama bu şirkətə 535 milyon dollar ayırdıqdan sonra bu və bu kimi şirkətlərin heç bir uğuru qeydə alınmadı.
17. “Obama İsrailə dedi: “Biz əmin olduq ki, İran təkcə sentrafuqaların artımını dayandırmamalı, həm də uranın 20% zənginləşdirilməsini sıfıra endirməlidir.” Hansı ki, son razılaşmalar uranın ən azı 5% zənginləşdirilməsinə icazə verir.
18. “Amerikalıların 80%-i vergilərin artırılmasına razıdırlar.” Hansı ki, sorğulara əsasən yalnız 34% bu mövzuya müsbət yanaşır.
19. “2006-cı ildə Obama dedi: “Amerikada borc problemi yaşanır. Amerikalılar yaxşı yaşamağa layiqdir. Bu məqsədlə dövlət borcunun artırılmasına qarşı çıxacağıq.” Hansı ki, Obamanın dövründə dövlət borcları durmadan artıb.
20. Obamanın 2013-cü ildəki səs-küylü yalanını unutmayaq: “Əgər tibbi yardımla bağlı islahatı qəbul etsəniz tibbi xidmətdən lazımınca yararlanacaqsınız. Sizin ailə həkiminiz olacaq.” Hansı ki, Amerikada səhiyyə xidməti böhran yaşayan sahələrdəndir.

Təəssüf ki, milyonlarla amerikalı bir bu qədər yalan vədə baxmayaraq Obamanı hələ də lazımınca tanımırlar.
Comment