0
Wednesday 27 August 2014 - 15:22

Ərdoğan AKP ilə vidalaşır

Story Code : 406893
Ərdoğan AKP ilə vidalaşır
Türkiyə bu gün keçiriləcək hakim "Ədalət və İnkişaf Partiyası"nın 1-ci fövqəladə konqresinin və sabah keçiriləcək prezident andiçməsinin həyəcanını yaşayır.
Hələ ki baş nazir olan Rəcəb Tayyib Ərdoğan konqres zamanı partiyası ilə vidalaşacaq. Xarici işlər naziri Əhməd Davudoğlunun yeni baş nazir olmağa yeganə namizəd kimi qatılacağı konqresdə yalnız AKP-nin yeni sədri seçiləcək. Konqresə 3000-ə yaxın adamın dəvət edildiyi Konqresə siyasi partiyaların və həmkarlar ittifaqlarının nümayəndələri də qatılacaq. Rəcəb Tayyib Ərdoğanın AKP üçün etdiklərini əks etdirən qısa sənədli film nümayiş etdiriləcək, eləcə də Əhməd Davudoğluya həsr edilmiş mahnı səsləndiriləcək.
Sabah isə Türkiyədə yeni seçilmiş prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək. Çankaya köşkündə yerli vaxtla saat 14:00-da başlayacaq mərasimdə bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da iştirak edəcək. Amerika Birləşmiş Ştatları isə prezident Barak Obamanın təmsilçisi qismində ABŞ-ın Türkiyədəki səfirinin müşaviri Cess Beylini göndərəcəyini açıqlayıb.
Comment