0
Sunday 13 April 2014 - 23:51

Ağır əvəz ödənir

Story Code : 372495
Ağır əvəz ödənir
Ağır əvəz ödənir
AKP hökumətinin Suriya siyasəti Türkiyənin milli təhlükəsizliyini təhdid edir. Ankaranın ABŞ və İsrail motivində hərəkət edən üsyançı qruplara dəstək verməsi, Türkiyəni həm terrora dəstək verən ölkə mövqeyinə saldı, həm də Türkiyədə çox ciddi təhlükəsizlik problemlərini ortaya çıxardı. Türk xarici işlər Nazirliyinin izlədiyi siyasət geri dönərək yenə Türkiyəni vurdu. Türkiyənin Suriya mövzusunda izlədiyi siyasəti dəyərləndirən ekspertlər “Davutoğlunun bumeranqı döndü Türkiyəni vurur” şəklində açıqlamalar verdi. Ötən gün terror təşkilatı Əl-Qaidəyə bağlı İŞİD təşkilatının komandiri Əbu Bəkir Bağdadi Türkiyəni təhdid etmiş və “İşə Süleyman Şah türbəsini dağıtmaqla başlayacağıq” sözlərini istifadə etmişdi.

Türkiyə təhdid altındadır
Suriyada üç ildən çox davam edən üsyan dalğasında Türkiyədən böyük dəstək alan üsyançılar bu dəstəyin zaman keçdikcə iflasa uğradığı anlarda, yaxud daha çox dəstək tələb etdiklərində Türkiyəni təhdid etməkdən çəkinmirlər. Məsələn, bu yaxınlarda Qaziantepdə nəzarət üçün dayandırılmış Suriya nömrəsi olan bir maşından bomba çıxması və daha sonra tutulan 5 nəfərin üsyançı bir şəbəkənin üzvü olduqları necə bir təhlükə altında olduğumuzu göstərir. Qısa bir müddət əvvəl də Niğdedə 3 nəfərin öldüyü silahlı hücum və ən əhəmiyyətlisi də Hatay Reyhanlıda 53 nəfərin həlak olmasına səbəb olan hücum da üsyançı şəbəkələrin hərəkətləri arasında yer alır. Ən böyük çətinlik Türkiyənin Suriya sərhədindəki bölgələrində yaşanır. Xüsusilə Adana, Mersin, Hatay, Kilis və Qaziantepdə bu şəbəkələrin bazalarının olduğu ifadə edilir. Mətbuatda dərc olunan məlumatlara görə, bu şəbəkələr Suriyada istifadə olunmuş bombaları bu şəhərlərdə qurduqları gizli sexlərdə istehsal edilir. 2013-cü ilin may ayında Adanada Əl-Nusra təşkilatına qarşı aparılan əməliyyatda 2 kq sarin qazı ələ keçirilmişdi.

AKP hökumətindən üsyançılara tam dəstək
Baş nazir Ərdoğan 12 avqust 2012-ci ildə İstanbulda etdiyi bir çıxışda Suriyadakı üsyan dalğası üçün “Bu mübarizə müqəddəs bir mübarizədir və bu mübarizəni alqışlayıram” demişdi. Ərdoğanın bu ifadəsi sözdə qalmadı, bir çox sahədə hərəkətə çevrildi. Ankara ABŞ-İsrail cütlüyünün İslam dünyasını öz mənfəətləri istiqamətində yenidən dizayn etmək üçün ortaya qoyduğu Böyük Yaxın Şərq Proyektinin (BOP) yeni bir halqası olan Ərəb Baharı üsyanlarına tam dəstək verir. Üsyançıların ən əhəmiyyətli dəstək mərkəzinin Türk sərhədi olduğu artıq bütün dünyanın bildiyi və qəbul etdiyi bir həqiqətə çevrildi. Silahlı qruplar 3 ildən çox davam edən və 150 ​​mindən çox insanın ölümünə səbəb olan qarşıdurmalarda silahlarıyla birlikdə Türkiyəyə rahatca girib çıxa bilir. AKP hökumətinin ABŞ-İsrail oxunda davam edən siyasəti Türkiyənin Yaxın Şərqdən uzaqlaşmasına da səbəb oldu. Türkiyənin Suriya, İraq və Misirdə səfiri yoxdur. 3 ağrılı bölgədə səfiri olmayan bir Türkiyənin regional güc iddiası da havada qalır .
Source : İslamtimes
Comment