0
Sunday 30 March 2014 - 14:44

Bugün TVdən İran və Şiə düşmənliyi!..

Story Code : 367392
Bugün TVdən İran və Şiə düşmənliyi!..
Bugün TVdən İran və Şiə düşmənliyi!..
Turan Görüryılmazın hazırladığı proqramda sözdə “Salam Tövhid Terror Təşkilatı” fəaliyyətləri tanıdıldı. Adı çəkilən təşkilata qarşı dinləmələrin 24 fevral 2014-cü ildə qəzetlərə əks olunmasına da toxunularaq təşkilata qarşı izləmənin ortaya çıxarılaraq əməliyyatın önləndiyi iddia edildi.

Nataşa “Mutaşa”
“Todays Zaman” qəzeti redaktoru Bülent Keneş “Zaman” qəzeti yazarı Mümtazer Türköne və “Bugün” qəzetinin yazarı Gültekin Avcının da qatıldığı proqramda bu iddiaları irəli sürdü: “Salam təşkilatını İran istiqamətləndirir, İran İnqilabı Gözətçiləri Türkiyədə terror təşkilatlarına dəstək verir, İran agentləri Türkiyədə rahat şəkildə əl-qol atır və hökumət bunlara heç bir şey etmir, bu təşkilat “Mutaşa” adını verdikləri qadınlar casusluq edir, dinləmələr ortaya çıxarılaraq təşkilata qarşı planlanmış əməliyyatın qarşısı alındı, bu təşkilat keçmişdə Uğur Mumcu, Ahmet Taner Kışlalı, Muammer Aksoy və Bahriye Üçokun qətl etdi, bundan sonra da buna bənzər ziyalılara qarşı sui-qəsdlər edilə bilər, Salam təşkilatı yaxın zamanda ABŞ Ankara səfirliyinin önündəki partlayış ilə İstanbul Etilerdə Polisə qarşı akt həyata keçirdi”.

Cinayətlər İranın ayağına yazılır
İran və Şiəlik düşmənçiliyi üzərində qurulan proqramda İranın Suriyaya verdiyi dəstək də xatırladılaraq İranın tarix boyunca Türkiyəyə qarşı dağıdıcı mövqedə olduğu irəli sürüldü. Proqramda təhrif iddialarda səsləndirildi: Keçmişdə Mumcu və Üçok - Aksoy cinayətləri Salam təşkilatının üstünə atıldı. Ancaq belə bir təşkilat olmadığı məhkəmə müddətində ortaya çıxdı və məhbus şübhəlilər də azad edildi. Mumcunun qardaşı vəkil Ceyhan Mumcu “qardaşımı İran deyil, CIA öldürtdü” deyə açıqlama vermişdi. “Aydınlık” qəzeti əvvəlki nəşrlərində Mumcu, Aksoy, Üçok və Kışlalının CIA cinayəti olduğunu yazmışdı.

Mütəxəssis “Aydınlık” qəzetinə danışdı
İran Xarici İşlər Nazirliyi məsləhətçisi və Tehran Universiteti Beynəlxalq Əlaqələr Bölümü Müəllimi Professor Dr. Asgar Fərdi son günlərdəki İran və şiəliyə qarşı hücumları “Aydınlık”da belə dəyərləndirdi:
“Türkiyədə təəssüf ki, bizi incidəcək işlərə şahid oluruq. Biri də bu “Salam” əməliyyatıdır. Bu adı biz Uğur Mumcu cinayətində eşitdik. 4-5 nəfərlik jurnalisti nəzarətə aldılar və Mumcunun qatili deyə illərcə içəridə tutdular. Sonra da “qatil deyilmiş” deyə buraxdılar. Halbuki hər kəs bilirdi ki, Mumcunu başqaları öldürtdü. Mumcunun böyük qardaşı Ceyhan Mumcu bəy belə hər kəsi xəbərdar edərək “Qardaşımın qatili İran deyil, ABŞ-dır” dedi. Buna baxmayaraq bu yalanı davam etdirdilər.

“Salam” heç olmadı
“Salam” dedikləri təşkilat heç olmayıb . Onlar tam 5 nəfərlik jurnalist qrupu idi. Bunlar tekstil işi görürdülər və qazandıqları pulla da “Salam” jurnalını çıxarırdılar. Cinayətdən sonra ən zəif bildikləri bu şəxsləri içəri atdılar və günahı bunların üstünə yıxdılar. İşgəncələrlə başqalarına qəbul etdirməyə çalışdılar, o da tutmadı. Bunlar o dövr İrana qarşı edilən bir əməliyyatın parçası idi. İranı hədəfə almışdılar. Bunlar tutmadı. O dövr üçün anladıq, amma bu günki İran düşmənçiliyi nədir?
17 dekabr korrupsiya əməliyyatında həbs olunan Zərrabın İranlı olmasından istifadə etməklə yenə İranı işin içinə, daha doğrusu hədəfə qoymağa başladılar. İran düşmənçiliyi qızışdırmağa çalışırlar. Bu çərçivədə də dinləmələri örtük olaraq “İran əlaqəli Salam təşkilatını dinləyirik” deyirlər. Bunlar doğru deyil. Tamamilə saxtadır. 3-5 nəfəri dinləyirik deyə 10 min nəfər dinləniləmi? İranı hədəf aldılar yenə. Öz dinləmələrinə örtük edirlər. Psikolojik təsiri olar deyə İranın üstünə yıxmağa çalışırlar. Xalqın şüurunda İranın adı ləkələnilməyə çalışılır. Bunların hamısı da ABŞ-ın işidir”.

“Bir-birimizə fədayıq”
İrana qarşı düşmənçiliyi Gülən camaatının qızışdırdığını də ifadə edən Fərdi bunları söylədi: “Türkiyədə o Camaatdan başqa ikinci bir İran düşməni yoxdur. Bunlar hər zaman Şiəliyin və İranın fəlsəfi düşməni olmuşdur. Ona “hoca” demirik . Anti imperialist İrana qarşı Türk xalqını qızışdırırlar . İranın bu dik duruşundan narahatdırlar. Türkiyə simpatiyasını də önləməyə çalışırlar. Amma nə etsə də bunu bacara bilməyəcəklər. Bizim dostluğumuz əsrlərdən süzülüb gəlir. Hər kəs bilir ki, biz bir-birimizə fədayıq . Türkiyənin qızdırması çıxsa, biz burda xəstə yatağında yatarıq. Türkiyə bizim üçün İslam torpağıdır. Sərhəd bizim dostuluğumuza mane ola bilməz. Türkiyəyə xaricdən hücum olsa , əvvəl biz gəlib döyüşərik. Bunlar boşuna səylərdir. Kimsə bizi Türkiyə dostluğundan soyuda bilməz”.
Source : Islamtimes
Comment