0
Saturday 19 July 2014 - 14:16

İŞİD xristianlara vaxt qoydu

Story Code : 400330
İŞİD xristianlara vaxt qoydu
İraq Şam İslam Dövləti (IŞİD) terrorçu qruplaşmanın liderliyindəki silahlı qruplar xristianların Mosulu tərk etməsi üçün vaxt qoyub.
ANS PRESS-in məlumatına görə, İŞİD dünən bəyanat yayaraq Mosuldakı xristian cəmiyyətinə xəbərdarlıq edib. "Ramazanın 21-ci günü (bu gün) Mosulu tərk edin ya da bizə bağlılığınızı göstərin".
Xristianların Mosulda qalması üçün bəzi şərtləri yerinə yetirmələrini istəyən İŞİD-ın istəkləri insanları heyrətləndirib: "Ya müsəlman olun, İŞİD-i qəbul edin və verginizi ödəyin, ya da bizimlə düşmənə qarşı döyüşün".
Qeyd edək ki, Mosuldakı xristian əhalisinin 3-5 min arasında olduğu təxmin edilir. İŞİD-in şəhəri ələ keçirməsindən sonra bir çox xristian Mosulu tərk edərək Ərbilə sığınıb.
Comment