0
Thursday 10 April 2014 - 21:36

Siyasi analitik: Media agentlikləri dünyaya Bəhreyn haqqında təhrif edilmiş məlumatlar çatdırır

Story Code : 371919
Siyasi analitik: Media agentlikləri dünyaya Bəhreyn haqqında təhrif edilmiş məlumatlar çatdırır
Siyasi analitik: Media agentlikləri dünyaya Bəhreyn haqqında təhrif edilmiş məlumatlar çatdırır
Çərşənbə axşamı günü Press TV-yə müsahibə verən Georgotoun Universitetinin hüquq üzrə professoru Daoud Xayrallah deyib ki, Bəhreyndə baş verən hadisələr qəsdən və düşünülmüş şəkildə təhrif edilərək dünyaya çatdırılır.

O deyib: “Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət Bəhreyn haqqında media tərəfindən siyasiləşdirilən və təhrif edilən məlumatlar ilə təmin edilir.”

Xayrallah əlavə edərək deyib: “Biz bilirik ki, media təhrif edilib və xüsusi maraq naminə idarə edilir və dünyanın Ərəb aləmində baş verən hadisələrin həqiqətindən xəbəri yoxdur və bu çox təəssüfləndirici bir haldır.”

Bu yaxınlarda Bəhreyn məhkəməsinin yeddi rejim əleyhinə etirazçıya 15 il cəza kəsməsinə toxunan analitik deyib ki, siyasətçilər süni şəkildə Bəhreyndəki məhkəmə prosesinə müdaxilə edirlər.

Bazar günü Bəhreyn məhkəməsi 2012-ci il dekabr ayında etiraz nümayişi zamanı polisin yaralanması iş üzrə etirazçılara həbs cəzası tətbiq etdi.

Xayrallah deyib ki, Bəhreyn oyanışı dinc xarakter daşıyır, ancaq bir sıra regional dövlətlər tərəfindən dəstəklənən Manama krallığı dinc etirazçılara qarşı zorakılıq tətbiq etdilər.

2011-ci ilin fevral ayının ortalarından etibarən nümayişçilər siyasi islahatlar və konistitusiyalı monarxiya tələbi ilə nümayişlər keçirirlər. Ancaq Ali Xəlifə rejimi etirazçılara qarşı zor tətbiq etdikdən sonra nümayişçilərin tələbləri sırarsına Ali Xəlifə rejiminin devrilməsi də daxil edildi.
Source : İslamtimes
Comment