0
Friday 1 February 2013 - 18:18

Con Kerri İran haqqında

Story Code : 236497
Con Kerri İran haqqında
Con Kerri 2004-cü ilin seçki marafonunda İranla əlaqələrin yaxşılaşdırılmasından söz açmışdı. Hətta Corc Buşun İran siyasətini tənqid etmişdi.

C. Kerri il yarım öncə CNN şəbəkəsinin GPS proqramında Fərid Zəkəriyya ilə müsahibədə demişdi: “Mənə və bütün informasiyalı adamlara tam aydındır ki, İran dövləti yaxın zamanda süqut etməyəcək. Buna görə də bu dövlətlə müzakirələrə getməyə məcburuq.”

ABŞ siyasətçisi bəyanatlarla kifayətlənməyib İranla əlaqələrin gücləndirilməsi üçün yol xəritəsi də hazırlamışdı: "İranla anlaşma Əfqanıstan mövzusundan keçir. Əfqanıstanda İranla müzakirələrə başlayıb, onu davam etdirməliyik."

Bu fərqli baxış səbəb oldu ki, Obama Con Kerrinin namizədliyini irəli sürəndə əksər ekspertlər ABŞ-İran münasibətlərinin yaxşılaşacağından danışdı. Əslində isə belə deyil. Unutmamalıyıq ki, XİN və onun başçısı heç bir ölkədə, xüsusi ilə ABŞ-da təyinedici təsirə malik deyil. ABŞ-da Milli Təhlükəsizlik Şurası və Müdafiə Nazirliyi xarici siyasətdə daha artıq söz sahibidir.

ABŞ prezidenti müşavirlər və nazirlərlə anlaşaraq xarici siyasəti təyin edir. Bu arada ayrı-ayrı şəxslərin dövlət siyasətinə təsiri aparıcı deyil. Beləcə XİN rəhbəri postunu tutan şəxs ABŞ-ın başqa ölkələrlə münasibətlərini dəyişə bilmir.

Digər tərəfdən ABŞ siyasətçiləri sözdə öz fikirlərini açıq bəyan edə bilirlər. Amma bu o demək deyil ki, bu sözlər həyata keçəcək. Hər bir fərd təşkilata daxil olduqdan sonra həmin təşkilat qarşısında qoyulmuş vəzifələri yerinə yetirir. Bunun sübutu Con Kerrinin xarici siyasət komissiyasında çıxışıdır. O senatdakı çıxışında bütün ümidləri qırıb. Kerri deyib: “ABŞ prezidenti izah etdi ki, İranın nüvə proqramını dayandırmaq üçün bütün zəruri tədbirlər görüləcək və söz prezidentindir.”

Kerri vurğulayıb: “Bir daha təkrar edirəm ki, siyasətimiz İranı cilovlamaq yox, İranın nüvə proqramını dayandırmaqdır. İranın beynəlxalq normalara əməl etməsi üçün təlaşlarımız başa çatmaq üzrədir.”

Kerri də öz sələfi Klinton kimi düşünür ki, İran nüvə proqramının sülhməramlı olduğunu təftişçilərə yol açmaqla sübuta yetirməlidir. Kerri bildirib ki, Barak Obamanın sanksiya və müzakirələr siyasətinə sadiq qalacaq.

Unutmayaq ki, Con Kerri senatda İrana qarşı sanksiyaların müzakirəsində nəinki buna qarşı çıxmayıb, hətta layihələrin qəbulu üçün başqaları ilə həmrəy olub. Kerrinin İranın nüvə enerjisindən istifadə haqqına malik olmasını dilə gətirməsi belə bir fikir yaratmamalıdır ki, o başqa ABŞ siyasətçilərindən fərqlənir. 33 ildən sonra Kerrinin Tehran-Vaşinqton münasibətlərində dönüş yaradacağı real görülmür.
Comment