0
Monday 4 August 2014 - 01:07

CNN: Qəzza zorakılığı Ərəb-İsrail birgə qüvvələrinin Fələstinə qarşı müharibəsidir

Story Code : 402843
CNN: Qəzza zorakılığı Ərəb-İsrail birgə qüvvələrinin Fələstinə qarşı müharibəsidir
CNN: Qəzza zorakılığı Ərəb-İsrail birgə qüvvələrinin Fələstinə qarşı müharibəsidir
On illərdən bəri regionda baş verən siyasi vəziyyəti izləyən analitik Əli Yunus bu səfərki Qəzza müharibəsini Ərəb-İsrail münaqişə tarixində misli olmayan müharibə hesab edib.

“Əksər Ərəb dövlətləri aktiv şəkildə İsrailin Fələstinə qarşı müharibəsini dəstəkləyirlər və hətta bunu utanmadan açıq-aşkar şəkildə edirlər.”

Yunus deyib: “Bu Ərəb-İsrail birgə qüvvələrinin – Misir, İordaniya, Səudiyyə Ərəbistanın Fələstini təmsil edən Həmasa qarşı müharibəsidir.”

Analitik deyib: “Bu müharibənin nəticələrindən biri bu olacaq ki, Fələstin dövlətinin yaranmasını istəyən Ərəb aliyansı dağılacaq.”

CNN-nin digər əməkdaşı Fərid Zakaria deyib: “Yəhudilərə qarşı tək müsəlmanlar deyil, həmçinin artıq ekstremist qüvvələr - Müsəlman Qardaşları, Həmas, Hizbullah və onların dəstəkçisi olan İran, Qətər və Türkiyə də İsrailə qarşıdır, ancaq mötədil olan İordaniya, Misir və Səudiyyə Ərəbistanı isə İsrailə tərəfdirlər.”

CNN analitikə istinad edərək deyib: “Səudiyyə Ərəbistanı, Birləşmiş ərəb Əmirlikləri və İordaniya Həmasa səslənərək atəşkəs müqaviləsini olduğu kimi qəbul etməyi tələb ediblər.”

“Beləliklə bu dövlətlər bir başa Misir çevrilişini dəstəkləyən qüvvələridir, çünki çevriliş nəticəsində İslamçılar hakimiyyətdən getdilər.”

“Misir, İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ hamısı Həmasın məhv edilməsini öz daxili təhlükəsizliklərinin qarantı kimi hesab edirlər.”

Zəkəriə qeyd edərək bildirib: “Səudiyyəlilər və misirlilər indi İsraildən daha çox fundamental İslamdan qorxurlar.”
Source : Islamtimes
Comment