0
Tuesday 21 October 2014 - 14:25

Türkiyədə öldürülmüş Press TV-nin müxbiri Serena Şimin ailəsi Türkiyədən şikayətə hazırlaşır

Şim, Urfa vilayətinin Suruç şəhərində reportaj hazırladığı səhnədən qaldığı otelə dönərkən avtomobili ağır bir maşınla toqquşub.
Story Code : 415740
Türkiyədə öldürülmüş Press TV-nin müxbiri Serena Şimin ailəsi Türkiyədən şikayətə hazırlaşır
Türkiyədə öldürülmüş Press TV-nin müxbiri Serena Şimin ailəsi Türkiyədən şikayətə hazırlaşır
Serenanın ailəsi Press TV kanalının Livandakı ofisinin işçiləri ilə görüşdə bildiriblər ki, qızlarının ölümü sifariş üzərində olub. Onlar Türkiyə rəsmilərinin onların qızlarının ölümündə bir növ məsuliyyət daşıdıqlarını zənn edirlər. Serena Shimin valideynləri deyiblər ki, bu məsələni qanuni kanallarla izləyəcəklər.

Press TV-nin xəbər otağının müdiri Həmidreza Emadi bundan öncə Türkiyə dövlətindən istəyibdir ki, Serenanın başına gəlmiş hadisənin dəqiq səbəbini tapsın.

İki uşaq anası olan Serena Şim Livan, İraq və Ukraynada Press TV üçün reportajlar hazırlayardı. O, İŞİD terrorçuları ilə kürd mənşəli mübarizlər arasındaı savaş ilə bağlı xəbərləri işıqlandırmaq üçün Kobani sərhədinin o tayında, Türkiyədə fəaliyyət göstərirdi. Onun avtomobili Urfa vilayətində yerləşən Suruç şəhərində reportaj hazırladığı səhnədən qaldığı otelə geri dönərkən ağır bir maşınla toqquşub. Yük maşınının sürücüsünün kimliyi və yeri naməlumdur. Shim deyib ki, o, döyüşçülərin Türkiyə vasitəsi ilə Suriyaya daxil olmaları məsələsini izləyən az sayda müxbirlərdəndir. O, qeyd edib ki, bir sıra təsvirlər əldə edib və həmin təsvirlərdə döyüşçülər Ümudünya Ərzaq Təşkilatına və digər qeyri-hökumət təşkilatlarına aid olan yük maşınlarında Türkiyədən Suriyaya daxil olurlar.

Şim bazar günü Türkiyədə Kobani savaşı ilə bağlı xəbərləri işıqlandırarkən və müxbirlik vəzifəsini yerinə yetirərkən öldürülüb. O, Urfa vilayətində yerləşən Suruç şəhərində reportaj hazırladığı səhnədən qaldığı otelə geri dönərkən avtomobili ağır bir maşınla toqquşub. Yük maşınının sürücüsünün kimliyi və yeri naməlumdur.

Qeyd edək ki, Livan əslli Amerika vətəndaşı Serena Şim cümə günü özünün həbs olunmasından nigaranlıq edərək, Press TV-yə bildirib ki, Türkiyənin kəşfiyyat agentliyi ehtimal üzrə Türkiyənin Kobanidə və onun ətrafında İŞİD terrorçuları qarşısındakı mövqeyi haqda reportajlar hazırladığına görə, onu casusluqda ittihamlandırıbdır.

Şim deyib ki, o, döyüşçülərin Türkiyə vasitəsi ilə Suriyaya daxil olmalarını izləyən az sayda müxbirlərdəndir və bir sıra kadrlar əldə edib ki, həmin kadrlarda döyüşçülər Ümudünya Ərzaq Təşkilatına və digər qeyri-hökumət təşkilatlarına aid olan yük maşınlarında Türkiyədən Suriyaya daxil olurlar.

Press TV müxbiri ona vurulan ittihamları açıq şəkildə rədd edərək, deyib ki, bu ittihamlardan təəccüblənibdir, zira gizlətməyə bir şeyi yoxdur və öz peşə tapşırıqlarından başqa başqa bir iş görməyibdir.
Source : Abna
Comment