0
Saturday 25 October 2014 - 07:08

Fələstinli gənc qətlə yetirildi

Story Code : 416334
Fələstinli gənc qətlə yetirildi
Dünya  Qərbi Şəriyədə İsrail hərbçiləri fələstinli bir gənci öldürüb.
ANS PRESS-in məlumatına görə, Qərbi Şəriyədə İsrail əsgərlərinin açdığı atəş fələstinli bir gəncin həyatına son qoyub. 
Ramallah xəstəxanası müdiri Səmir Saliba “Anadolu” agentliyinə verdiyi açıqlamada, 24 yaşlı fələstinli gənc Urvə Hamadın başından aldığı güllə yarası nəticəsndə öldüyü bildirilir. 
Ramallahın şərqindəki Silvad bölgəsində basqın həyata keçirən İsrail əsgərləri fələstinli gənclərin etirazı ilə üzləşib. 
Qarşıdurma zamanı israillilər həqiqi mərmi və gözyaşardıcı qazdan istifadə ediblər. Hamadın da elə bu zaman başından gellə yarası aldığı qeyd edilir.
İsrail tərəfi hələ ki, baş verən hadisə ilə bağlı hər hansısa bir açıqlama verməyib.
Comment