0
Tuesday 27 May 2014 - 13:05

Şiəliklə mübarizə: Bu yol hara aparır?

Story Code : 386734
Şiəliklə mübarizə: Bu yol hara aparır?
Azərbaycan Respublikasında qadağan olunmuş dini ədəbiyyatlardan – hakimiyyətin ifadəsi ilə desək - ən təhlükəlilərinin adı açıqlanıb. Mayın 7-də hüquq-mühafizə orqanlarından verilən məlumata görə, son illər respublikada təhlükəli dini cərəyanlara qarşı mütəmadi əməliyyatlar həyata keçirilib. Bu əməliyyatlar zamanı müxtəlif dini təriqətləri və cərəyanları təbliğ edən xeyli sayda dini ədəbiyyat müsadirə olunub. Hüquq-mühafizə orqanlarından həmçinin bildirilib ki, əməliyyatlar zamanı müsadirə olunan dini ədəbiyyatların hamısı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qadağan elan olunmuş kitablardır, həmin nəşrlərin Azərbaycana gətirilməsi də yasaqlanıb. Buna baxmayaraq, müxtəlif dini cərəyanları təbliğ edən şəxslər gizli yollarla bu kitabları ölkəyə gətirərək yayırlar.

Maraqlıdır ki, qadağan olunmuş kitabların siyahısına diqqət yetirəndə bunların daha çox şiəliyə , yəni respublikada əhalinin böyük əksəriyyətinin inancına aid olan əsərlərdir və rəsmi dövlət orqanı bu inanca qarşı mübarizə apardığını gizlətmək üçün bəzən siyahıya qeyri-ənənəvi dini təriqətlərin də bir- neçə kitabını salmışdır. Məlumat Respublikada yayılması və istifadəsi qadağan olunmuş ən radikal və təhlükəli dini nəşrlər kimi qələmə verilmiş şiə kitablarından bir neçəsinin adını çəkirik.

“Bağdad alimlərinin bəhsi” (müəllif: Məqafil-ibn Ətiyyə)
“Doğru olanlarla birgə” (müəllif: Məhəmməd Ticani Səmavi)
“Vəhhabiyyət iki yol arasında” (müəllif: Şeyx Nasir Məkarin Şirazi)
“Vəhhabi Firqəsi” (müəllif: Seyid Məhəmməd Həsən Qəzvini)
“Günahın acısı” (müəllif: Haşim Rasuli Məhəllati)
“Zühur əsri” (müəllif: Əli Kurani)
Siyahıya diqqət yetirəndə məlum olur ki, bir neçə azəri əsilli və Azərbaycan Respublikasında özünə böyük oxucu kütləsi tapan ilahiyyatçılar da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ağır senzurasından nəsibsiz qalmayıblar. Məsələn əslən təbrizli olan Ayətullah Cəfər Sübhaninin “Vəhhabiliyin ayinlər” və “Cəməl müharibəsi” adlı dəyərli əsərləri, Qərbi Azərbaycandan olan görkəmli fəqih Əhməd Əsədnejadın “Peyğəmbərin haqq canişini kimdir” adlı əsəri və ya tanınmış ilahiyyatçı Seyid Kazım Pərpəncinin “Qərb dinində - Aşurayadək” adlı əsəri qara siyahıdadır.

Bundan əlavə dini komitə Azərbaycan Respublikası xalqını əsl şiə maarifindən məhrum etmək üçün 14 məsumun həyatı ilə bağlı kitabların da nəşrinə və yayılmasına qadağa qoyub: “İmam Həsən Əsgərinin həyatı” , “İmam Musa Kazimin həyatı” və “İmam Rzanın həyatı” həmin kitablardandır.
Bundan öncə 2010-cu ilin noyabr ayı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bir neçə şiə kitabını, xüsusilə də təqlid mərcələrinin şəri hökmlər risaləsini bu ölkənin kitab mağazalarından yığışdırmış və bu qəbil kitabların kitab mağazalarında alqı-satqısını qadağan etmişdir.

Müşahidəçilər bildirirlər ki, bəzi dövlət məmurlarının ateist ruhunda qalması və bu ölkədə azğın firqələrin gündən-günə artaraq hakimiyyət orqanlarına kök salması şiəliyə qarşı məhdudiyyətlərin əsas amilidir. Həmin azğın firqələrdən biri heç şübhəsiz vəhhabilikdir ki, dini komitənin keçmiş sədri Rafiq Əliyev vəzifədə olduğu vaxt onun birbaşa vəhhabilərə və sələfilərə xidmət göstərdiyi sonralar faş olundu. Deyilənlərə görə o, hal hazırda sahib olduğun “İrşad “ hotelinin maliyyəsini elə məhz sələfilərin dövləti olan Səudiyyə Ərəbistanının “İslam İnkişaf Bankından” alıb. Keçmiş sədrin sərəncamı ilə sələfilər Azərbaycan dilində 112 ədəd kitab tərcümə etdirərək nəşr etmişlər. Və ya dini kimitənin digər keçmiş sədri Hidayət Orucovun xeyir-duası ilə Azərbaycan Respublikasında vəhhabilərə adi xeyli sayda dini qurum qeydiyyatdan keçdiyi bildirilir.

Siyasi müşahidəçilər əsil islamçı qrupların fəaliyyət icazələrinin ləğv edilməsi, sionist, şeytanpərəst, vəhhabi, azğın firqələrə fəaliyyət icazəsinin verilməsi, habelə dini himayə etmək yerinə dinlə mübarizəni 2006-cı il 25 iyulda Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri kimi Hidayət Orucovun ən önəmli yanlışıqlarından sayırlar.

Son günlər şiəliyə aid dini ədəbiyyatın yasaqlanmsı ondan xəbər verir ki, vəhhabilər hələ də hakimiyyətin dini siyasətini öz təsirləri altında saxlayırlar. Buna dəlil kimi vəhhabiliyin əleyhinə olan bir sıra mühüm əsərlərin dövlət tərəfindən qara siyahıya salınmasını göstərmək olar.
Müəllif: Qəhrəman Nurani
Source : Islamtimes
Comment