0
Saturday 19 July 2014 - 14:54

Avropa Parlamenti İŞİD xilafətini rədd etdi

Story Code : 400331
Avropa Parlamenti İŞİD xilafətini rədd etdi
Axar.az xəbər verir ki, ABŞ, Almaniya, İngiltərə və Rusiya kimi ölkələrin ardınca Avropa Parlamenti də “İraq Şam İslam Dövləti”nin xilafət elanını rədd etdiyini bildirib.
Avropa Parlamenti “İslam Dövləti”nin qeyri-qanuni xilafət elanını birmənalı şəkildə rədd etdiyini və bu qrupa yönəlik olanlara sanksiyaların təsirli şəkildə tətbiq olunmasını tələb edib.
Bu günə qədər edilən hücumların heç birinə reaksiya verməyən AP bu dəfə vətəndaşların kütləvi şəkildə öldürülməsindən narahatlığını ifadə edib.
Comment