0
Monday 9 September 2013 - 23:24

Səudiyyə Ərəbistanındakı strateji nöqtələr Suriya raketlərinin hədəfidir

Story Code : 300233
Səudiyyə Ərəbistanındakı strateji nöqtələr Suriya raketlərinin hədəfidir
Səudiyyə Ərəbistanının başçıları olan Ali-Səud ailəsi son 30 il ərzində İslam ölkələrinin məhvi üçün ən çox təlaş göstərən şəxslər olub. Onlar bu illər ərzində bir dəfə İraq dövlətinə İrana hücum etməsi üçün yardım etdi, sonra isə ABŞ-a dəstək verərək onların İraqı məhv etməsinə zəminə yaratdı. Onların Livan və Fələstindəki Müqavimət Hərəkatına qarşı fəaliyyətləri heç kəsdə şübhə doğurmur. Bu gün isə Ali-Səud rejimi Müqavimət Hərəkatına dəstək verən mühüm ölkələrdən biri olan Suriyanı ABŞ raketləri və öz neftlərindən əldə etdikləri dollarlar vasitəsi ilə yerlə yeksan etmək niyyətindədir. Amma onlar Suriyanın intiqamının nə qədər acı ola biləcəyini unudublar.
 
Bu gün Ərəbistanın addımlarını odla oynamaq adlandırmasaq da, onların bu əməlləri ilə öz ölümləri ilə oynadıqlarını deyə bilərik. Çünki Ali-Səud bu dəfə çox pis bir qumar oyununa başlayıb və bu günədək uyğun oyunda 30 milyard dollardan çox pul itirib. Bundan əlavə Suriya hakimiyyətini aşırmaqla bağlı təlaşlarında da Ali-Səud rejimi ağır məğlubiyyətə uğrayıb. Onlar özlərində Suriyaya qarşı birtərəfli hərbi əməliyyatlar cəsarətini görmədiyindən ABŞ-ın ətəyindən yapışaraq bu ölkədən Suriya hakimiyyətinə zərbələr endirməyi istəyib.
 
Səudiyyə Ərəbistanı məntəqədəki güclü ordulara sahib dövlətləri məhvə sürükləmək üçün bu günədək əlindən gələni əsirgəməyib. Onlar öz ordularını gücləndirmək üçün yüzlərlə milyard dollar pulundan keçib. Amma yenə də ordu bacarıqsız, cəsarətsiz olub. Belə ki, bir çox hərbi təchizatlara malik Ərəbistan ordusu Əl-Həvsi hərəkatının mübarizləri ilə kiçik bir döyüşdə belə ağır məğlubiyyətə uğrayıb. 
 
İslam dünyasına qarşı “fitnə yuvası” kimi tanınan Səudiyyə Ərəbistanı bildirib ki, Suriyaya qarşı hücumlarda birbaşa iştirak edəcək. Şübhəsiz onlar ABŞ ordusuna maliyyə dəsətəyi ilə yanaşı hərbi əməliyyatlarda da şərik olmaq niyyətindədirlər. Amma görəsən bu dəfə Ərəbistan bu müharibədən canını qurtara biləcəkmi? Suriya dövləti Səudiyyə rejiminin müdaxilələri səbəbindən qanına qəltan olmuş minlərlə suriyalının ölümünü cavabsız qoyacaqmı? Mümkünmüdür ki, Suriya öz güclü raket sistemindən istifadə edərək Ərəbistana zərbə endirməsin?
 
Uyğun məqalədə Suriya dövləti tərəfindən Ərəbistandə hədəfə alınacaq yerlər kimi təyin edilmiş nöqtələrə nəzər salacağıq. Suriyada mövcud olan raketlər 1500 km uzaqlıqdakı hədəfi rahatlıqla məhv etmək gücündədir. Biz isə qarşınızdakı yazıda hədəfə alına bilən bir neçə nöqtəni nəzərdən keçirəcəyik:
 
1. Hərbi hədəflər: Səudiyyə Ərəbistanı dünyanın ən böyük silah anbarlarına malik ölkələrdən biridir. Bu ölkə son on illiklər ərzində müxtəlif ölkələrdən yüz milyardlarla dollar dəyərində silah alıb və ölkənin müxtəlif şəhərlərindəki mərkəzlərə yerləşdirib. Amma Suriya ordusu elə nöqtələrdəki silah anbarlarını hədəfə almaq niyyətindədir ki, onları vurmaqla Ərəbistanın hərbi gücü bir xeyli zəifləsin.
 
Təbuk şəhəri: Bu qədim şəhər bu gün Ərəbistanın mühüm hərbi mərkəzlərindən biridir. Burada Məlik Feysəl adına hərbi hava limanı və bir neçə təhqiqat mərkəzi yerləşir. Hava limanında Səudiyyə Ərəbistanının F-15 qırıcıları, “Mirage”lər və Fransanın “Rafael” qırıcıları var. Bu şəhərlə Dəməşq arasındakı məsafə yalnız 550 km-dir. Bu səbəbdən Suriya uyğun şəhəri hətta orta mənzilli raketləri ilə belə yerlə yeksan edə bilər.
 
Riyaz şəhəri: Ərəbistanın paytaxtı Riyaz şəhəri ilə Suriyanın Suveyda vilayəti arasında 1302 km fasilə var. Bu şəhərdə mühüm hərbi mərkəz kimi də tanınan Məlik Xalid beynəlxalq hava limanı yerləşir. Səudiyyə rejiminin paytaxtının hədəfə alınması hesablamalarda böyük dəyişikliyə səbəb ola bilər. Səud ailəsindən olan şahzadələrin əksərinin sarayları Riyaz şəhərində yerləşir. Bu şəhərə atılacaq istənilən raket zərbəsi müharibədən qorxan səudiyyəliləri səhralara salıb, avara edə bilər.
 
Əl-Xərəc şəhəri: Bu şəhərdə ölkənin ən mühüm silah mərkəzlərindən biri yerləşir. Həmçinin Riyazın cənub-şərqində yerləşən Əl-Xəracda Şahzadə Sultan hava limanı da mövcuddur. Səudiyyə Ərəbistanının silah istehsalı ilə məşğul olan mərkəzi də bu mühüm şəhərdə yerləşir. Çin istehsalı olan uzaqmənzilli raketləri də Ali-Səud rejimi bu şəhər ətrafındakı dağlarda yerləşdiriblər. Əl-Xərəc şəhəri ilə Suriyanın Suveyda vilayəti arasında məsafə 1390 km-dir. Bu şəhər həmçinin ən modern şəhərlərdəndir ki, onun inkişafında Ali-Səudun rolu var.
 
Zəhran hərbi hava limanı: Bu hava limanı Səudiyyə Ərəbistanının ən böyük hava limanlarından sayılır və Fars körfəzi yaxınlığında yerləşir. Bu limanla Suriyanın cənub-şərqi arasında 1450 km fasilə var və Suriyanın uzaqmənzilli raketləri asanlıqla uyğun hava limanını hədəfə ala bilir.
 
Səudiyyə Ərəbistanının hərbi mərkəzlərinin siyahısında digər məntəqələrin də adı mövcuddur ki, peyk görüntülərinə malik olan Suriya ordusu və müttəfiqləri onlardan xəbərdardır. Şəksiz bu məntəqələr də Suriyanın raketlər vasitəsi ilə hədəfə alacağı məntəqələrdən olacaq.
 
2. Sənaye mərkəzləri: Ərəbistanda sənaye sözü neft mərkəzlərindən ibarətdir. Bu ölkə dünyanın ən böyük neft ixracatçısıdır və neft ixrac edən iki əhəmiyyətli limana sahibdir. Onlardan biri Fars körfəzi sahilində olan Dəmam şəhərindəki Rəs-Tənurə limanıdır. Bu limanla Suriyanın Suveyda vilayəti arasında 1450 km məsafə var. Bu neft limanı yaxınlığında “Abqaiq” neft emalı zavodu yerləşir ki, onun raketlə vurulması Səudiyyə Ərəbistanını iflic edə bilər.
 
Ərəbistanın ikinci neft limanı Qırmızı dəniz sahilindədir. “Yanbu” limanı bir neft şəhəri hesab edilir və Ərəbistanın ABŞ və Qərb ölkələrinə neft ixracı ilə məşğul olan ən mühüm mərkəzlərdəndir. Bir çox kiçik və böyük neft yataqları ilə zəngin bu liman Suriyanın cənub sərhədlərindən 950 km aralıda yerləşir. Gündəlik olaraq 10 milyon barel neft ixrac edən bu iki limanın raket zərbələrinə tuş gəlməsi neftin qiymətini ağlasığmaz dərəcədə qaldıra bilər.
 
Bir sıra məlumatlara əsasən, bu neft limanlarının vurulması Suriyanın ən birinci işlərindəndir. Çünki bu məntəqələrə toxunan hər raket zərbəsi neft limanlarının uzun müddət alov şölələrində yanmasına səbəb olacaq.
 
Ciddə şəhəri: Bu şəhər Səudiyyə Ərəbistanının ikinci paytaxtı adlandırılır və vəhhabi alimlərinin olmaması səbəbindən Səudiyyə şahzadələrinin əyləncə mərkəzidir. Uyğun şəhər Dəməşqin 1350-kmliyində yerləşir və ehtimal olunan bütün müharibələrdə hədəfə alınacaq ilk nöqtələrdəndir.
 
Yuxarıda sadalananlardan əlavə Səudiyyə rejiminin zəif nöqtələrindən biri şirin su istehsal edan mərkəzləridir. Bu mərkəzlər eyni zamanda elektrik istehsalı ilə də məşğuldur. Uyğun stansiyalar Fars Körfəzi ilə Qırmızı dəniz sahillərində səpələnib. Onlar əhalinin gündəlik olaraq milyonlarla litr su ehtiyacını ödəyir. Əgər bu mərkəzlər vurularsa, susuz Ərəbistan daha da təşnə durumda olacaq.
 
Məlumatlı mənbələr bildirir ki, Suriya Bəndər ibn Sultana ölənədək unutmayacağı bir dərs vermək niyyətindədir. Digər tərəfdən bildirilir ki, müharibə genişlənəcəyi və başqa ölkələrin də müharibəyə qatılacağı təqdirdə Ərəbistan şahzadələrinin saraylarına daha minlərlə müxtəlif raketlər atılacaq ki, Ali-Səudun son qanlı macəraları özlərinin məhvi ilə nəticələnsin.
Comment