0
Friday 11 July 2014 - 01:12

Hizbullah ABŞ-ı İŞİD-ə dəstək verdiyi üçün tənqid edib

Story Code : 398731
Hizbullah ABŞ-ı İŞİD-ə dəstək verdiyi üçün tənqid edib
Hizbullah ABŞ-ı İŞİD-ə dəstək verdiyi üçün tənqid edib
Hizbullah baş katibinin müavini general Şeyx Nəim Qasim çərşənbə günü deyib ki, terror qrupunun ilkin vəzifəsi regionu parçalamaq və məzhəbi çaxnaşma və müharibə yaratmaqdır.

Hizbullah rəhbəri həmçinin deyib ki, regionda mövcud olan ekstremist qruplardan öz maraqları üçün istifadə edən Vaşinqton və digər qüvvəllər elə ilk əvəz verən tərəf olacaq.

Bu açıqlama Hizbullahın dəfələrlə ABŞ və onun regional müttəfiqlərinin regionda mövcud olan müqavimət hərəkatını qırmaq üçün Suriya və İraqa terrorçular göndərməkdə ittiham etdikdən sonra gəldi.

Mənbələrin bildirdiyi məlumata əsasən ABŞ-ın regional müttəfiqləri olan Səudiyyə Ərəbistanı, Qətər və bəzi Fars Körfəzi dövlətləri regionda ekstremizmə dəstək verirlər.

Siyasi şərhçilər deyir ki, Suriyaya qarşı ssenari muzdur döyüşçülərin geri qayıtmağa başlaması səbəbi ilə Qərbin öz üzərində çatlayacaq.

Hizbullah baş katibinin müavini həmçinin təklif edərək bildirib ki, bu münaqişənin yeganə həll yolu müsəlman və milli partiyalar arasında əməkdaşlığı yaratmaq və bu yollada özlərini təkfirçilərdən müdafiə etməkdədir.
Source : Islamtimes
Comment