0
Wednesday 31 July 2013 - 15:52

Yeni prezident və İsrail məsələsi

Story Code : 288535
Yeni prezident və İsrail məsələsi
Gündəmdə olan suallardan biri budur ki, İran İslam Respublikasına qarşı olan Münafiqlər qruplaşmasına prezident Ruhaniyə qarşı təxribat göstərişini kim verib? Münafiqlər qruplaşmasının xəbər agentliyi belə bir informasiya yayıb ki, İranda məxfi bir nüvə təsisatı var və bu təsisatın banilərindən biri də prezident Həsən Ruhanidir. Bu xəbər yeni seçilmiş prezidentə qarşı müharibəyə çağırış kimi dəyərləndirilə bilər.
 
Ötən illərdə Milli Təhlükəsizlik məsələsi ilə məşğul olanlar yaxşı bilirlər ki, terrorçu Münafiqlər qruplaşmasının əsl hamisi sionist rejimdir. Münafiqlərə yardımda heç bir ölkə İsrailə çata bilməz. Münafiqlər qruplaşmasının adı ABŞ və Avropada terrorçu qruplar siyahısına salınanda bu qrupun başçıları İsrailə azad səfər edirdi. Onların əsas büdcəsi də İsrail tərəfindən təmin olunur. Hətta Amerikada rəsmilər təəccüb edirdi ki, Münafiqlər hansısa toplantıda bir neçə dəqiqəlik çıxış almaq üçün böyük məbləğdə pul təklif edirlər. Bəzən Nyu York Times kimi qəzetin bütöv bir səhifəsini alır və öz təbliğatlarını yerləşdirirlər. İranın nüvə proqramına gəldikdə İsrailin Münafiqlər qrupu ilə daha dərin rabitələri üzə çıxır. Yaydıqları informasiyanə sionistlərdən alan Münafiqlər iddia edirlər ki, onların İranda mötəbər mənbələri var. Təbii ki, bu kimi təxribatçı xəbərlər Münafiqlərin yox, İsrailin dəst-xətidir. Artıq hamıya məlumdur ki, İranın nüvə proqramına qarşı şübhə yaradan və MAQATE tərəfindən ortaya qoyulan sənədlərin əksərini İsrail uydurmuşdur. Bir müddət öncə Guardian qəzeti ehtiyatsızlıq göstərərək bu mövzu üzərindən pərdəni qaldırmış və MAQATE-nin sənədlərinin mənbəsi barədə məlumat yaymışdı.
 
Bu sahədə Münafiqlər xeyli fəaldır. Belə görünür ki, yaxın gələcəkdə də vəziyyət dəyişməyəcək. Bir müddət öncə münafiqlər elan etdilər ki, Dəmavənd şəhəri yaxınlığında gizli nüvə obyekti var. Obyektin adı Şərq və ya Kovsər mədənidir. Əvvəlcə bu xəbər kimsəni təəccübləndirmədi. Çünki əksəriyyət adət edib ki, Münafiqlərdən belə təxribatçı xəbərlər eşitsin. Xəbərdə fərqli nöqtə bu idi ki, bu obyektin yaradılmasında əsas rol oynayan Həsən Ruhani olub. Xəbərin nə dərəcədə ziddiyyətli olması mühüm deyil. Münafiqlər ziddiyyətsiz xəbər yaratmaqda acizdirlər. Onlar unudurlar ki, nəzərdə tutduqları 2006-cı ildə Həsən Ruhani nüvə proqramının məsuliyyətini Əli Laricaniyə təhvil vermişdi. Həmin ildə o nüvə proqramı ilə heç bir məsuliyyət daşımayıb.
 
Münafiqlərin əsas məqsədi budur ki, Qərbin gözündə Ruhani barədə mənfi təsəvvür yaratsın. Qeyd etdik ki, Münafiqlər nüvə ilə bağlı xəbərlərdə İsraildən icazəsiz addım atmırlar. Münafiqlərin Həsən Ruhaninin adını çəkməsi aydın göstərir ki, sionistlər pərdə arxasındadır. Məsələnin mahiyyətini dərk etmək çətin deyil. Həsən Ruhani prezident seçilən gündən İsrailin əsəbi reaksiyalarına şahidik. Həsən Ruhani seçildikdən sonra Avropa və Amerikada İranın nüvə proqramı ilə bağlı münaqişənin aradan qaldırılacağına ümid yarandı. Sionistlər isə matəmə batmışdı. İsrail rəsmilərinin İran barədə bütün bəyanatlarında bir əsəbilik yaşanır.
 
Nə üçün İsrail Həsən Ruhaniyə qarşıdır və daha radikal mövqe tutmağa başlayıb? Bunun bir neçə səbəbi var:
 
1. Sionistlər hiss edirlər ki, Ruhaninin nüvə mövzusunu şəffaflaşdırması onların təxribatçı xəbərlərinə bir əngəl olacaq. Təbii ki, İran prezidenti könüllü şəkildə, hamıdan qabaq şəffaflığa doğru addım atacaqsa, İsrail kimi təxribatçı xəbərlərin müəllifinə yer qalmayacaq.
 
2. İsraili pərişan edən səbəblərdən biri də budur ki, Həsən Ruhaninin mülayim rəftarı, xoş danışığı dünya birliyinin İrana qarşı mövqeyini yumşaldacaq. İşğalçı İsrailin baş naziri Netanyahu deyirdi ki, İranın nüvə proqramının təhlükəsi ilə bağlı kiminləsə danışıq aparmadığı bir gün yoxdur. İndi qorxu yaranıb ki, ölkə başçıları bu mövzuda müzakirələrə maraq göstərməsin.
 
3. İsraili daha çox nigaran edən budur ki, Həsən Ruhaninin gəlişi Qərbi sanksiyaları yenidən nəzərdən keçirməyə vadar edə bilər. İrana qarşı sanksiyalar İsrail üçün Tehranın nüvə bombası hazırlamamasından əhəmiyyətlidir. İranın nüvə proqramı ətrafında bütün kampaniyalar İsrail tərəfindən təşkil olunub. İşğalçı rejim böyük pullar xərcləməklə dünyanı inandırmağa çalışıb ki, İranın nüvə proqramı hamı üçün təhlükədir. İsrail hamıdan yaxşı bilir ki, İranın nüvə proqramı sülhməramlıdır. Tel-Əviv nüvə proqramı yox, İslam nizamına qarşıdır.
 
Yuxarıda sadalanan üç səbəbdən İsrail Həsən Ruhanini münasib hesab etmir. Onun mövqeyi ABŞ və Avropa ilə fikir ayrılığına səbəb olub. İsrail çalışır ki, Həsən Ruhani haqqında mənfi fikir yaratmaqla fəzanı əvvəlki vəziyyətinə qaytarsın.
 
Bəli, Münafiqlərin Həsən Ruhaninin adını çəkməsi İsrailin oyunudur. İşğalçı rejim hər vasitə ilə İranın beynəlxalq nüfuzuna zərbə vurmağa çalışır. Dünyaya təlqin olunur ki, pərdəarxasında nüvə proqramının banilərindən biri Həsən Ruhanidir.
 
Qərb və ABŞ-ın yeni prezidentə münasibətdə mülayim mövqeyi təhlükəli olduğu qədər, İsrailin bədbinliyi bir fürsətdir. İsrailin Ruhaniyə qarşı təxribatçı xəbərləri əslində xoş əlamətdir. Ruhani istənilən bir razılaşmada İsrailin adına mənfi bir bənd daxil etməlidir.
Source : HaqqYolu
Comment