0
Sunday 6 April 2014 - 18:44

Günahkar biz...

Story Code : 369869
Günahkar biz...
Günahkar biz...
Allahın adı ilə
“Əl tutmaq Əlidən(ə) qalıb “deyərdi nənə- babalarımız.O zamanlar insanların nə dini ,nə dünyəvi təhsili bir o qədər olmasa belə az olan bildiklərinə əməl edərdilər.Necə deyərlər müsəlmançılıq,insanlıq var idi həqiqətən də.Zaman dəyişdikcə dəyərlər də dəyişdi.Ötüb keçən zaman az şey almadı bizdən.İsmət,həya,insanlıq, yaxşılıq,elm,təhsil,daha nələr-nələr.....

Acınacaqlı haldır ki,adımız müsəlmandır.Lakin özümüz nə qədər müsəlmanıq?!Elə gəlin yaxşılıqdan başlayaq sözə.İslam dininə əsasən müsəlmanlar yaşayan cəmiyyətdə yoxsul adam olmamalıdır.Bəs niyə var?Niyə imkanlı imkansızı,şəhərli kəndlini,savadlı savadsızı xor görür cəmiyyətimizdə?İnsani dəyərlər bizim üçün nədən bu qədər əhəmiyyətsiz olub?

Bilirəm çoxlarınız deyəcək –“Nəyimiz var idi ki,nə də edək ay rəhmətliyin nəvəsi?Zalım hakimiyyət bizdə bir şey qoymayıb.İş yox,güc yox.”

Doğrudur!Haqq verirəm bu yerdə.Barışa bilmədiyim isə budur ki, qanımızı zəlidən də pis sümürdüyü halda niyə hələ də susuruq?!Zəli elə bir canlıdır ki,insanın qanından doyduğu zaman qopub düşür yapışdığı yerdən.Bu Əliyevlər və əlaltıları artıq üçüncü on illikdir ki,qopmaq bilmirlər millətin canından.

Bəs niyə yol veririk bu yolsuzlara?! Kimi dindirsən öz-özlüyündə hamı bu düzəndən,gedişatdan narazıdır.Körpəsindən tut qocasınadək indiki hakimiyyəti tənqid edib lənət oxuduğu halda heç bir etiraz edən yoxdur nədənsə.Elə bu da ikinci məsələ.”Susmaq razılıq əlamətidir” deyirlər.Zahirdə razı deyilik Əliyevlərin idarəçiliyindən.Amma,susmaqla razılığımızı əməli surətdə bildirərək bir-birimizin haqqına girir,məhrum edirik özümüzü.

Bu gün şəhərimizdə yüzlərlə insanın evini sökürlər - biz tamaşaçıyıq kənardan.Haqqı deyəni nahaq yerə zindana atırlar-“canı çıxaydı deməyəydi” söyləyib tənqid də edirik.Küçədə qalanı görərkən öz yerim istidir deyib nə zamanadək göz yumacıq hər şeyə?İnanclı-inancsız müsəlmanıq,insanıq biz!Hanı birlik-bərabərlik?

Çox çəkməyəcək inan.Başqasının komasını daş-qalaq edən bu zalımlar bir gün sənin də bostanıva daş atacaq,atmaqdadır da.”Bu gün mənə-sabah sənə” misalını da boş yerə çəkməyib atalar.Susmaqla günahkar olan yenə bizik!Mən,sən,o....
“Zalım,onun köməkçisi və onun zülmünə razı olan şəxslərin hər üçü zülmdə şərikdirlər.”(İmam Sadiq əleyhissalam)

ISLAMTIMES - HƏZRƏTİ ZƏHRA ŞİƏSİ
Source : Islamtimes
Comment