0
Monday 27 October 2014 - 18:20

Ərdoğan çətin vəziyyətdə

Story Code : 416767
Ərdoğan çətin vəziyyətdə
Ərdoğan çətin vəziyyətdə
PKK-nın son silahlı hücümünün 3 türk əsgərinin canını alması isə rəsmi Ankaranın səbrini tarıma çəkib. Nəticədə Türkiyə hökümətini PKK-ya qarşı sərt addımlar atmağa məcbur etdi.

Hakkarinin Yüksəkova rayonunda maskalı şəxslərin hücumu nəticəsində 3 türk əsgərin şəhid olmasından sonra Türkiyənin təhlükəsizlik qüvvələri əməliyyatlara başlayıb. Türkiyənin baş naziri Əhməd Davudoğlu əsgərlərin öldürülməsində əsl məqsədin ölkədə sabitliyi pozmaq, aranı qaraşdırmaq olduğunu söyləyib. Baş nazir cinayətkarların tez bir zamanda tutulması üçün təlimat verib.

Daxili İşlər naziri Efkan Ala Türk xalqına başsağlığı verərək, xaincə hücuma keçənlərin 2 maskalı şəxsdən ibarət olduğunu təsdiqləyib, təqsirli şəxslərin ələ keçməsi üçün əllərindən gələni etdiklərini bildirib.

“CNN-Türkün” məlumatına görə, hərbçilərə edilən silahlı hücumu PKK terrorçu qruplaşması təşkil edib. Baş nayihələrindən vurulan 3 əsgərdən ikisi hadisə yerində, biri isə aparıldığı xəstəxanada ölüb. İnsident Çingiz Topal küçəsində insanların sıx olduğu vaxtda baş verib.

Bu arada Türkiyə-Suriya sərhədində vəziyyət gərgin olaraq qalır. Sərhəd Kobani şəhərində kürd döyüşçülərlə İŞİD terrorçuları arasında qızğın döyüşlər gedir. Fəallar və kürd rəsmiləri İŞİD-in kürd döyüşçülərin mövqelərinə artileriya zərbələri endirdiyini bildirir. Adıçəkilən qruplaşma sentyabr ayından bəri Kobaniyə hücuma keçib və şəhərin bəzi hissələrinə daxil olmazdan əvvəl ətrafda olan onlarla kəndi ələ keçirib.

İraqda isə İŞİD-in100-lərlə döyüşçüsünün məhv edildiyi bilidirilib. İraq Müdafiə Nazirilyinin son döyüşlərdə 300-dən artıq terrorçunun, patlayıcı qurğu və minaların zərərsizləşdirilyini açıqlayıb.
Source : Ans
Comment