0
Tuesday 21 October 2014 - 17:07

İŞİD Kobanidə məhv olacaq

Story Code : 415768
İŞİD Kobanidə məhv olacaq
İngilis politoloq Bronk İŞİD-in böyük bir səhvə yol verdiyini bildirib.
ANS PRESS-in məlumatına görə, Birləşmiş Krallıq Xidmət İstitutunun mütəxəssislərindən olan Castin Bronk İŞİD terror təşkilatının Kobaniyə soxulmasının strateji səhv olduğunu qeyd edib.
“İŞİD artıq 4 həftədir ki, Kobanidə koalisya qüvvələri tərəfindən vurulur. Buna görə də içəriyə – şəhər mərkəzinə doğru irəliləməyə çalışırlar və bu bölgələrdə kürd döyüşçülərlə küçə döyüşlərinə girməli olurlar. Tamamilə küncə sıxıldıqları göz qabağındadır. Kobani Türkiyə sərhədinə yaxın bir nöqtədə yerləşməklə yanaşı, həm də ətrafı səhralıqdan ibarətdir. İŞİD silahlıları kürd döyüşçülərə görə qaça bilmirlər.” – deyə Bronk bildirib.
Comment