0
Tuesday 21 January 2014 - 16:18

Lavrov İran və Suriyadan danışdı

Story Code : 343425
Lavrov İran və Suriyadan danışdı
"IslamTimes" "FarsNews"-a istinadən xəbər verir ki, Rusiya XİN başçısı Sergey Lavrov Moskvadakı mətbuat konfransında deyib: "Çalışacağıq ki, İran öz nüvə enerjisindən istifadə haqqına sahib olsun."
O əlavə edib: "İran öz beynəlxalq öhdəliklərinə əməl etdikdən sonra bu ölkəyə qarşı tətbiq edilmiş bütün sanksiyalar aradan qaldırılmalıdır."
Rusiya xarici işlər naziri təkidlə bildirib ki, İrana qarşı tətbiq edilmiş birtərəfli sanksiyalar müştərək iş birliyinə zərbə vurur. Biz bu sanksiyaların azaldılması ilə nəticələnən razılaşmanı dəstəkləyirik.
Lavrov Suriya ilə bağlı deyib ki, bu ölkədə dövlət və onun müxalifləri təkfirçilərə qarşı mübarizə aparmalıdırlar. 
Rusiya XİN başçısı sözlərinin davamında əlavə edib: "Suriya böhranındakı ən mühüm məsələ terrorizmin genişlənməsi və silahlı qruplaşmalarla bağlı olan təhlükələrdir."
Lavrov "Cenevrə 2" konfransının keçirilməsi ilə bağlı deyib: "Cenevrə 2" konfransında terrorizmə son qoymağın yolları araşdırılmalıdır. Biz Suriya ilə bağlı siyasi həll yolunun əldə edilməsi yolunda bütün gücümüzlə çalışacağıq."
Sergey Lavrov İranın Suriya ilə bağlı konfransda iştirakı məsələsinə də toxunub: “İranın "Cenevrə 2" konfransında iştirak etməsi təklifi Rusiyanın təşəbbüsü ilə irəli sürülmüşdü və bu Suriya böhranın həlli üçün müsbət təsir göstərəcəkdi. İranın "Cenevrə 2" konfransında iştirak etməməsi İslam dünyasına terrorizmə son qoyulması ilə bağlı köməkçi olmayacaq.”
Rusiya xarici işlər naziri İranın öncə "Cenevrə 2" konfransına dəvət edilməsini, sonradan isə bu dəvətin geri alınmasını səhv adlandırıb və deyib: “İranın bu konfransda iştirak etməməsi sual doğurur. Bu ölkənin öncə "Cenevrə 2" konfransına dəvət edilməsi, sonra isə dəvətin geri alınması BMT-nin etibarına zərbə olacaq... 
Amma eyni zamanda İrana göndərilmiş dəvətin geri alınması bir faciə deyil və rəsmi Tehran Suriya böhranının həllində tərəflərdən bir olaraq qalmalıdır.”
Lavrov Suriya böhranının həllində İranın mühüm rol oynayan dövlətlərdən biri olduğunu təkidlə vurğulayıb və bildirib ki, İran Suriyada hakimiyyətin dəyişilməsini istəmir.
Rusiya XİN başçısı deyib ki, İranın "Cenevrə 2" konfransında iştirakı ilə bağlı dəvətin geri götürülməsi göstərir ki, bəziləri İslam dünyasındakı parçalanmanı daha da genişləndirmək niyyətindədirlər.
Lavrov deyib: “Cenevrə 2 konfransından əvvəl Suriyada hakimiyyətin dəyişdirilməsi ilə bağlı ön şərt yanlışdır və ABŞ və Rusiyanın Suriya ilə bağlı planı Suriyadakı rejim dəyişikliyini nəzərdə tutmur.”
Lavrov xəbər verib ki, ABŞ xarici işlər naziri Con Kerri daha öncə etiraf etmişdi ki, Suriya böhranına son qoyulması üçün İranın “Cenevrə 2” konfransında təsiri olmalıdır.
Rusiya xarici işlər naziri həmçinin deyib: “Biz Suriyaya terrorizmlə mübarizədə yardımçı olmalıyıq. Suriya böhranını arxada qoymaq üçün hərtərəfli çıxış yoluna ehtiyacımız var. Suriyadakı tərəflər arasındakı dialoqda bütün Suriya təmsil olunmalıdır. Bəzi ölkələrin digər ölkələrdə demokratiyanın zorla tətbiqi ilə bağlı səylərinin mənfi təsirləri olacaq. Bu gün Suriyada dövlətlə vuruşan əsas qrup olan Daiş (Daesh) terroristlərdən ibarədir. Azad Suriya Ordusu isə olduqca zəifləyib.”
Lavrov “İslam cəbhəsi”inin mötədil bir qruplaşma olaraq göstərilməsinə yönəlmiş səylərə işarə ilə deyib: “Suriya İslam Cəbhəsi”nin təşkil olunduğu bütün qruplar, “Ən-Nusrə” terror qruplaşmasından fərqlənmir.”
Lavrov "Suriyalı müxaliflər koalisiyası" haqqında deyib ki, bu koalisiya xarici ölkələrin maliyyə dəstəyi ilə yaradılıb və ilk günlərdən Suriyada rejimin dəyişdirilməsi prinsipinə israr edir.”
Comment