0
Wednesday 29 October 2014 - 10:03

Türkiyədə mədəni su basıb, 18 nəfər yerin altında qalıb - YENİLƏNİB

Story Code : 417027
Türkiyədə mədəni su basıb, 18 nəfər yerin altında qalıb - YENİLƏNİB
APA-nın xəbərinə görə, Türkiyənin Karaman bölgəsindəki mədənlərdən birini su basıb.
Mədən ocağında işləyən 26 fəhlədən 8-i hadisə baş verəndə ərazini tərk etsə də, 18 nəfər içəridə qalıb. Əyalət qubernatoru Murat Koca bildirib ki,  mədəndə su borusunun zədələnməsi nəticəsində suyun səviyyəsi artıb, bu isə şaxtanın uçmasına səbəb olub.   
Mədən ocağının sahiblərindən olan Şahin Uyar isə “Başımız sağ olsun” deməklə, mədənçilərin sağ qalmasının mümkünsüzlüyünü qeyd edib.
Onun sözlərinə görə, mədən işçilərinin ən uzağı 2 saat içəridə sağ qalmaları mümkündür. O qeyd edib ki, hadisə nəticəsində şaxtanın 50 m hissəsi su altında qalıb. Şahin Uyar Somada baş vermiş faciədən sonra  aparılmış yoxlamalar nəticəsində  mədəndə işlər  1 ay əvvəl dayandırılıb, lakin 15 gün öncə burada fəaliyyət bərpa olunub.
Hazırda xilasetmə əməliyyatı davam edir. Xilasedicilər 3 istiqamətdən şaxtaya daxil olub.     
Hadisə yerinə energetika və nəqliyyat nazirlərinin gəldiyi bildirilir. Türkiyə prezidenti qubernatorla telefon əlaqəsi yaradaraq hadisə yerindəki vəziyyətlə maraqlanıb.  
Xatırladaq ki, bu ilin mayında Türkiyənin qərbindəki Soma şəhəri yaxınlığında kömür mədənində baş vermiş qəza nəticəsində 301 fəhlə ölüb.
Comment