0
Thursday 25 August 2011 - 13:13

Qəzzənin mühasirəsi və mühasirəni yarmaq üçün beynəlxalq təlaşlar

Story Code : 94420
Qəzzənin mühasirəsi
Qəzzənin mühasirəsi
Artıq Fələstinin sionist rejim tərəfindən işğalından 63 il ötür. Bu müddətdə dünya işğalçı rejim və onun hamilərinin bəşər əleyhinə cinayətlərinə şahid olub. Sionist rejim Fələstin xalqının müqavimətini qırmaq məqsədi ilə Qəzzənin mühasirəsini davam etdirir. 2007-ci ildən etibarən gücləndirilmiş mühasirədə milyon yarım insan varlığını itirmək təhlükəsi ilə üzbəüzdür. Hazırda Qəzzə havadan və artilleriyadan dəhşətli zərbələrə məruz qalmaqdadır.
Bu dözülməz şərait Qəzzə əhalisi üçün faciəli şəkildə davam edir. Sionist rejimin cinayətləri artıq dünya xalqlarını narahat edir və bu narahatlıqlar dünya boyu Tel-Əvivə qarşı etirazlarla müşayiət olunur.

Dünya xalqları Qəzzənin mühasirəsinə son qoyulmasını tələb etsələr də, İsrail hələ də öz cinayətlərini davam etdirir və bu işdə Qərb dövlətləri və Amerikanın himayələrindən bəhrələnir. Sionist rejim beynəlxalq humanitar karvanlara qarşı da amansız rəftarlarından
əl çəkmir. Tel-Əviv hökuməti hər vasitə ilə sülh karvanlarına mane olmağa çalışır. Onlar bəşər əleyhinə addımları ilə Qəzzə mühasirəsinin yarılmasını əngəlləmək istəyirlər. Artıq işğalçı İsrailin humanitar karvanlara qarşı vəhşiliyi bütün dünyaya sübuta yetib.

Ötən il Qəzzəyə humanitar yardım aparan “Azadlıq” karvanına hücumda fəallar qətlə yetirildi. Bir qədər öncə isə Qəzzəyə yardım aparan Fransa gəmisi basqına məruz qaldı. Bütün
bunlar İsrailə qarşı sərt münasibət formalaşdırdı. Fransa gəmisinə hərbi qayıqlarla hücum edən sionistlər gəmini nəzarətə götürdülər. Gəmi Yunan körfəzindən Qəzzəyə doğru hərəkət edirdi. Sionist rejimin humanitar yüklərə sülhməramlı fəallara qarşı rəftarı onun quldur və cinayətkar xislətini dünyaya tanıtdırdı. Qeyd edək ki, bütün bu cinayətlər beynəlxalq sularda baş verir.

Tel-Əvivin vəhşiliyinə baxmayaraq humanitar tədbirlər davam edir. Təhlükələrə sinə
gələn bu tədbirlərin davamı Fələstin böhranına münasibətdə həssaslığın artdığını göstərir. Aydın olur ki, dünya ictimaiyyəti Fələstinin işğalı, Qəzzənin mühasirəsinə münasibətdə nigarandır.

Qərb dövlətlərinin İsraili himayə etməsi və beynəlxalq təşkilatların sionizmin vəhşiliyinə göz yumması cinayətkar rejimi daha da azğınlaşdırır. Beynəlxalq təşkilatlar elə bir şəraitdə susur ki, insan haqqlarını müdafiə təşkilatları İsrailin Fələstinə qarşı cinayətlərini
təsdiqləyir. Misal olaraq BMT-nin komitəsində Qladistonun məruzəsini göstərə bilərik. Bu cinayətlər Qəzzəya qarşı 22 günlük müharibədə tam təsdiqini tapsa da, İsrail mühakimə edilmir. 2009-cu ildə Qladistonun məruzəsi sionist rejiminin maskasını yırtdı və aydın oldu ki, İsrail hərbi cinayətlarə yol verib. Amma beynəlxalq birlik sükutunu davam etdirməklə Fələstin xalqına qarşı cinayətlərin davamına şərait yaratdı.

"IslamTimes" - Tərcümə şöbəsi
Comment