0
Saturday 23 August 2014 - 18:01

İran Qəzzaya yardım göndərəcək

Story Code : 406308
İran Qəzzaya yardım göndərəcək
ANS PRESS-in məlumatına görə, bu barədə İran rəsmi xəbərlər agentlikləri məlumat yayıb. Humanitar yardım barədə qərar Misirin icazəsindən sonra mümkün olub.
Belə ki, Misir hökuməti İran gəmilərinə dəniz yolu ilə Fələstin ərazisinə humanitar yardımı boşaltmağa icazə verəcək.
İran Qırmızı Aypara Cəmiyyəti yaxın vaxtlarda Qahirəyə birinci yükü göndərəcək. Humanitar yardımın təxminən 100 ton dərman və ərzaqdan ibarət olduğu bildirilib.
Comment