0
Monday 21 July 2014 - 15:16

Hizbullah: Ərəblərin Qəzza qırğınına qarşı səssizliyi onları İsrail cinayətlərinə şərik edir

Story Code : 400700
Hizbullah: Ərəblərin Qəzza qırğınına qarşı səssizliyi onları İsrail cinayətlərinə şərik edir
Hizbullah: Ərəblərin Qəzza qırğınına qarşı səssizliyi onları İsrail cinayətlərinə şərik edir
Bazar günü hərəkatın mətbuat ximdəti tərəfindən dərc edilən bəyanatda Hizbullah İsrail faşistləri tərəfindən Qəzza Zolağının şimalında Şücaiyyə məntəqəsində gizli şəkildə törədilmiş qırğını ifşa edib.

Müqavimət hərəkatı həmçinin işğalçı qüvvələri qırğın ərazisində mövcud olan yaralıları xilas etmək üçün nəzərdə tutulan tibbi yardımın əraziyə daxil olmasının qarşısını aldıqları üçün tənqid edib.

Bəyanatda deyilir: “Bu cür məhdudiyyətlə qırğının səbəb olduğu dəhşəti bir daha artırır və İsrail rejiminin dinc insanlara qarşı törətdiyi cinayətləri ifşa edir. Gənc, qoca, qadın və uşaq arasında fərq qoymayan faşist və cinayətkar Sionizm neçə illərdir ki, soyqırım siyasətini həyata keçirir.”

Hərəkat həmçinin Ərəb dövlətlərinin və beynəlxalq ictimaiyyətin bu cinayətlərə qarşı səssizliyini pisləmiş və demişdir ki, cinayət və qırğınlara qarşı açıq səssizlik göstərir ki, ərəb dövlətləri və beynəlxalq ictimaiyyət Sionizmin cinayətlərində şərikdirlər.
Source : İslamtimes
Comment