0
Saturday 20 November 2010 - 09:26

ABŞ M.Abbasa təzyiq göstərir

Story Code : 44560
ABŞ M.Abbasa təzyiq göstərir
ABŞ M.Abbasa təzyiq göstərir
Belə bir şəraitdə Ağ Ev regiona öz nümayəndəsini göndərərək təzyiqlərini Fələstin Özünüidarə Təşkilatına yönəldib.

ABŞ-ın regiona göndərdiyi xüsusi nümayəndəsinin müavini David Hill Fələstin Özünüidarə Təşkilatının Ramullahdakı qərargahında bu təşkilatın sədri Mahmud Abbasla görüşdə ondan sionist rejimlə müzakirə masasına qayıtmasını istəyib.

ABŞ-ın reallaşmamış vədləri ilə olan Fələstin-İsrail müzakirələri 1 il dayandıqdan sonra bu il sentyabr ayının 2-də yenidən başlandı və 3 dövrədən sonra bir daha dalana dirəndi.

Sionist rejimin nazirlər kabineti, xüsusilə də Benyamin Netanyahunun koalisiya kabinetindəki hakim Likud partiyasının nazirləri şəhərcik salmanın davam etdirilməsində israrlıdırlar. Hətta razılaşma kimi olan ABŞ-ın təklif paketini də qəbul etməyiblər.

ABŞ son zamanlar sionist rejimin baş nazirinə vəd edib ki, şəhərcik salmanı Beytül-Müqəddəsdə deyil, yalnız qərb sahillərində 3 ay dayandırdığı təqdirdə Vaşinqtonun iqtisadi-hərbi köməkləri və siyasi dəstək seli İsrailə axacaq.

Əvəzsiz olaraq onlarla F-35 qırıcılarının sionist rejimə bağışlanması, bu rejimin naməlum nüvə siyasətlərinin dəstəklənməsi, modern silahlar ,radar və kosmik texnologiyalarla bu rejimi təchizatlandırmaq, sonda bu rejimin dəstəklənməsi istiqamətində BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə etmək Ağ Evin İsrailə bağışladığı təklif paketinə daxildir.

Özü də bəzi Təl-Əviv rəsmiləri formal şəkildə bu təkliflərə qarşı çıxaraq onları qəbul etməyiblər.

Belə bir şəraitdə Mahmud Abbas bu dəfə ABŞ rəsmisinə deyib ki, şəhərcik salınma həmişəlik olaraq dayandırılmalıdır və şəhərcik salma təkcə qərb sahillərində deyil, bütün Qüds-Şərifdə də dayandırılmalıdır.

Fələstin Özünüidarə Təşkilatı rəsmilərinin sözlərinə görə, ABŞ İsrailin möhkəmlənməsi üçün Fələstini bəhanəyə çevirib və regionda sionistlərin hərbi cəhətdən möhkəmlənməsi və təchiz olunması üçün Ağ Evin təşviq paketləri bəhanədir.

Buna görə də Vaşinqton və Təl-Əvivin alış-veriş bostanında Fələstin ərazilərinin ürəyində şəhərcik salma genişlənməkdədir. ABŞ yeni siyasi bir oyunda sionist rejimin xeyrinə olaraq Mahmud Abbasın geri çəkilməsi üçün öz təzyiq üsullarını bir daha ona doğru yönəldib.

Fələstin Özünüidarə Təşkilatının iflasa uğramaq zəngləri bir müddətdir ki çalınıb və müqavimət Fəth rəhbərlərinə əlini açmaqla sionist işğalçılarla qarşılaşmaq məqsədilə Fələstin milli barışığının reallaşması üçün uzun müddətdir ki, gözləyir.

Müəllif : L.Cavadı
Source : IRIB
Comment