0
Sunday 11 May 2014 - 11:02

Şeyxi kim və nəyə görə sevmir?

Story Code : 381900
Şeyxi kim və nəyə görə sevmir?
Şeyxi kim və nəyə görə sevmir?
Bu günlərdə türk mətbuatına istinadən yayılan xəbərlərdə deyilirdi ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşzadəyə qarşı Türkiyədə etiraz aksiyalarının keçiriləcəyi gözlənilir. Buna səbəb QMİ sədrinin iranlı alim, Ayətullah Cəfər Sübhaninin Azərbyacan dilinə tərcümə edilmiş “Vəhhabilik Cərəyanı” kitabını Azərbaycan məscidlərinə paylanılması, dini icma nümayəndələri arasında oxunmasına tövsiyyə edilməsi göstərilir.

Bundan başqa türklər onu da iddia edir ki, həmin kitabda sünnilərin hörmət etdikləri Əbu Bəkr və Öməri gözdən salmağa cəhdlər olunub. Onu da qeyd edək ki, QMİ sədrinə qarşı türklərin hücumu ilk dəfə deyil, ötən illərdə onlar bu cür hücumları təkcə Azərbycanda deyil həm də Gürcüstan və Şimali Qafqazda da təşkil etmişdilər. Ancaq məlumdur ki, QMİ sədrinə qarşı hücumları təşkil edən qeyri şiələr, nurçular, sələfilər əsas xətt kimi şiəçiliyi hədəfə alır, Şeyxi İranla əlaqələndirir.

Onlar mətbuat vasitəsilə də bu işlərini az görmür. Ötən ayda QMİ sədrini müxtəlif korrpusiyada, məzhəblərə pula satılmaqda da iddia etmişdilər ki, buna QMİ tərəfindən lazımı cavab gəlmədi. Azərbaycanda QMİ sədrini sevməyən təbəqələrin hərəsinin öz arqumentləri olur, məsələn, şiələr şeyxi ona görə qınayır ki, hicab qadağası ilə bağlı yetərincə prinsipallıq göstərmir, qeyri ənənəvi dini cərəyanların ölkədə ayaq tutub yeriməsinin qarşısını almır. Eyni zamanda nurçular, sələfilər Şeyxi şiəçilkdə və İranla bağlı olmasında ittiham edir. Onu da qeyd edək ki, bu planda şiələrin vəzifədə olan heç kimi yoxdur, hətta ictimai fəaliyyəti olan ciddi simaları və təşkilatları da yoxdur, ancaq nurçuların 20 nəfərdən çox deputatları və icra hakimiyətində yüksək postu tutan məmurları var.
Source : Islamtimes
Comment