0
Saturday 31 May 2014 - 13:45

33 günlük müharibənin möcüzələri

Hizbullahın qəti qələbəsi barədə düşmənlərin etirafı
Story Code : 388057
33 günlük müharibənin möcüzələri
33 günlük müharibənin möcüzələri
Daniel Helmer “Üsyanlı mübarizə və ya Amerika ordusuna təhlükə yaradan hadisə” ünvanlı kitabının 119 - 120 – ci səhifələrində 33 günlük müharibədən bir az sonra BMT müşahidəçilərindən biri, Fələstinin işğal edilmiş sərhədlərində Liviya Hizbullahlarına məxsus tunel tipli hərbi sığınacaqlardan birinin mürəkkəb quruluşunu və istehkamını müşahidə edərkən, sürpriz yaşadığını yazır.
İslamtimes – Bir çox hərbi ekspert və anlitiklərin nəzərincə Livandakı 33 günlük müharibə Liviya Hizbullahının ecazkar qüdrəti ilə yanaşı idi. Bu məqam onların əksər yazı və məqalələrindən gözə dəyir. Liviyanın “Əl-Əxbar” qəzeti bu istiqamətdə fəaliyyətə başlayaraq 33 günlük müharibə həqiqətləri barədə ekspert və analitiklərin indiyədək məxfi qalan yazılarını topladılar.
Məqalə, Hizbullahın strateji və hərbi taktikalarının Amerika hərbi analitiklərini heyrətləndirdiyi təkidlə vurğulayır.

Hizbullahın ecazkar hərbi hissəsi, sionistlərin qulaq pıçıltısı
Daniel Helmer “Üsyanlı mübarizə və ya Amerika ordusuna təhlükə yaradan hadisə” ünvanlı kitabının 119 - 120 – ci səhifələrində 33 günlük müharibədən bir az sonra BMT müşahidəçilərindən biri, Fələstinin işğal edilmiş sərhədlərində Liviya Hizbullahlarına məxsus tunel tipli sığınacaqlardan birinin mürəkkəb quruluşunu və istehkamını müşahidə edərkən, sürpriz yaşadığını yazır. Tunel tipli sığınacaq, Livanın Əl-Naqur ərazisində yerləşən beynəlxalq “Unifel” qüvvələri qərargahının bir neçə kilometrliyində, dünyanın ən inkişaf etmiş cəsus cihazları ilə təchiz olunmuş, güclü müşahidə altında saxlanılan məkanda qazılmışdı.
BMT əməkdaşlarının qeydlərinə əsasən futbol stadionu böyüklükdə olan tunel tipli hərbi hissə quruluş və tikiliş baxımından çox güclü sturuktura malik idi. Çünki, sözügedən hərbi hissə bir metr qalınlığında beton divarla mühafizə edilirdi. Diqqət çəkən digər qməqam, bu böyüklükdə və genişlikdə tikintilinin İsrail müşahidəçilərinin gözü qarşısında tikilməsi və sionistlərin bundan xəbərdar olmaması idi.
BMT əməkdaşı sözügedən hadisədən şoka düşərək deyir: “ İlk baxışdan demək olar ki, Livan Hizbullahı belə bir həcmdə sementi yalnız çömçə ilə bura daşıya bilər. Çünki, İsrail əsgərlərin gözündən yayınaraq bu işi görə bilmələri belə bir təsəvvürü ortaya qoyur. Sözügedən hadisədən, İsrailin tünel tipli sığınacaq və onun sturukturunun nə vaxtsa mövcudluğu barədə heç düşünmədiyi, İsrail əsgərlərinin belə bir əzəmətli proyektin sərhəd bölgədə, burunlarının ucunda məxfi surətdə inşa ediləcəyi, eyni zamanda həmin məkanda möhkəmləndirmə və maskalanma əməliyyatının həyata keçirələcəyi heç xəyallarına belə gəlmədiyi, məlum olur. Bu əsasla İsrail əsgərləri üçün sürprizlərlə zəngin məxfi mərkəzi hissəni, 33 günlük müharibənin sürprizlərindən saymaq olar.
Digər maraqlı məqam, İsrail əsgərlərinin müharibə boyu mərkəzi hissəni dağıtmağı bacarmamaları hətta müqavimət qüvvələrini oradan kənarlaşdırmaqda aciz olmalarıdır.
Amerikalı hərbi ekspert M. Metyu “Qəflətə düşdüyümüz zaman” kitabının 19 – cu səhifəsində sözügedən hərbi hissənin inşasını mühəndisliyin ecazkarlıqlarından sayaraq belə bir tikilinin inşasını Hizbullahın öz fitri istedadından qaynaqlandığını əlavə edir.
Hizbullah məlum məkanda çoxlu sayda silah – sursat anbarları da yaratmışdılar. Silah anbarlarında orta və kiçik çaplı raketlər, zireh əleyhinə raketatanlar yer almışdılar. 33 günlük müharibənin son gününədək bu anbarlardan raket və güllə atışları səngimədi. Təkcə 2000 – 2006 - cı il tarixlərində Hizbullahın İsrail rejiminin ehtimali təcavüz və hücumlarına qarşı ərazidə inşa etdiyi şəbəkələrə tunellər, silah – sursat anbarları, təlim mərkəzləri, sərəncam və idarə sistemləri, informasiya və radar cihazları daxildir. 33 günlük müharibədə İsrailin məğlubiyyəti həmin cihazlar səbəbinə olmuşdur.

Livan Hizbullah raketlərinin xüsusiyyətləri
M. Metyu öz kitabının 17 – ci səhifəsində Livan Hizbullahlarının raketləri haqda qeyd edir: “Hizbullah İsraillə hərbi qarşıdurmada sionistləri raket yağışına tutmaqdan ötrü raketləri mütəmadi atışa hazırlıq vəziyyətinə gətirmişdilər.
Hizbullah, döyüş zamanı İsrail ordusunun hava və quru hücumu üstünlüklərinin qarşısını almaqdan ötrü çox sayda 122 mm katuşa raketlərini Litani çayının cənubundakı geniş ərazidə pərakəndə şəkildə yerləşdirmişdi.
Hərbi mərkəzlərdə istifadə edilən metod sadə eyni zamanda çox dəqiqdir. Mərkəzlərin və üç dəstənin fəaliyyətləri sayəsində işğal edilmiş əraziləri 28 saniyə müddətində atəşə tutmaq mümkündür. Belə ki, kəşfiyyatçılar ərazinin İsrail helikopter və qırıcılarının olmadığını xəbər verəndən dərhal sonra kiçik bir dəstə sürətlə ayaqlıqlarını yeləşdirib geri çəkilirlər. İkinci dəstə hərəkətə keçərək raketləri ayaqlıqlara otuzdururlar. İkinci dəstə işini bitirib geri döndükdən sonra isə üçüncü dəstə gəlib raketləri atışa hazırlıq vəziyyətinə gətirirlər. Raketlərin atışı isə uzaqdan idarəetmə və ya zaman ölçən cihaz vasitəsilə həyata keçirilir. Bu minvalla yalnız 28 saniyəyə raketlər aktivləşdirilmiş olur.
İkinci dəstə orta çaplı raketlər o cümlədən, “Fəcr” və tənzimlənmiş katuşa raketləri Litani çayının cənub və şimalında yerləşdirilmişdir. Lakin Hizbullah raket fəaliyyətlərini daha geniş ərazilərdə həyata keçirməkdən ötrü “Zilzal” və “610 mm” kimi uzaq məsafəli raketləri də təkərli ayaqlıqlardan istifadə edərək hərbi maşınlara mindirmişdilər. Hizbullah bu istiqamətdə digər fərqli metodlardan da yararlanmışdılar (sabiq mənbə).

30 saniyə; Livan müharibəsində Hizbullah üstünlüyünün sirri
Livan Hizbullahı raket atmada unikal bir sistem yaratması israillilərin ruhiyəsində öldürücü iz qoymuşdur. Amerikalı analitiklər Alester Kruk və Mark Peri 33 günlük müharibə haqdakı çox seriyalı məqalələrində yazırlar: “Livan Hizbullahının komandan və əsgərləri yaxşı bilirlər ki, raketlər atıldığı andan etibarən israillilərin onların yerini kəşf etməsi, nişana alması və oranın bombalanmasından ötrü hava qüvvələrini göndərməsi ən azından 90 saniyə alacaqdır. Buna görə də Hizbullah ciddi şəkildə geniş miqyaslı hərbi təlimlər keçirərək raket atıb ərazidən dərhal uzaqlaşmağı 60 saniyə ərzində həyata keçirməyə müvəffəq olmuşdular”.
Emir Kulik İsrail Daxili Təhlükəsizlik Akademiyasına aid “Strateji qiymətləndirmələr” jurnalının 9 – cu cildinin 3 – cü seriyasında “Hizbullah İsraillə üz – üzə” başlıqlı məqaləsində yazır: “İsrail hərbi planları - hərbi hava qüvvələrinin inkişafı və onlardan geniş istifadə, amerikalıların fars körfəzində həyata keçirdikləri düşmən ərazilərin bombalanması metodundan yararlanma - da bu müharibədə müsbət nəticə vermədi”. Bu fərziyyə, döyüşlərə birbaşa girməməklə və hava hücumunun gücünə güvənməklə insan tələfatının qarşısını almağa cəhdə əsaslanırdı. Şiddətli hərbi hava hücumlarına qarşı ərəblərin gücünün olmaması israillilər üçün mühüm təsirə malik idi. Lakin israilli düşmən daha öncə bu planı 1993 – cü ildəki döyüşlərdə ilk dəfə olaraq sınaqdan keçirmişdi. Belə ki, İsrail Hizbullahın bu proseslər qarşısındakı hazırlığını və konspirasiyaların məğlub edilməsində və hava hücumlarının təsirindən yaranan ümumi emosionallığın kontrolunda müvəffəqiyyətini anlmaqda aciz idi. Digər tərəfdən həmin döyüşlərdə Hizbullah öz raketləri ilə sionistləri atəşə tutmuşdu”.

Livan müharibəsi İrana hücumun qarşısını aldı
Müasir İsrail hava hücumu qüvvələrinin 2006 – cı il iyul tarixdəki məğlubiyyəti Pentaqonda da nigaranlığa səbəb oldu. Kruk və Peri amerikalı yüksək vəzifəli hərbiçiyə istinadən bunu qeyd edirlər. Pentaqon məlum hadisələrdən öncə “Ağ Ev”in İranın atom stansiyalarının məhvi barədə hücum fərmanı verəcəyinə ehtimal edirdi. Mövzu barədə “Hizbullah İsraili necə məğlub etdi” kitabının ikinci hissəsində qeyd edilmişdir. Lakin Livan müharibəsi onların plan və görüşlərini bir daha gözdən keçirmələrinə səbəb oldu. Brukinger Akademiyasının analitiki və sionist rejimin himayətçisi Filip Qordon o zamanın “Vaşinqton Post”unda müharibə hədəflərinin gerçəkləşməsində təkcə hava hücumlarından istifadənin yetərli olmadığını yazırdı. O, İsrail ordusunun müharibə ərəfəsindəki bütün səy və cəhdlərinə şübhə ilə yanaşırdı. Bu mövzu Vaşinqton Akademiyasının Amerikada təəssübkeş İsrail himayətçiləri tərəfindən nəşr olunan xəbərlərdə də qeyd edilmişdir.

Livan müharibəsinin ilk qurbanı Amerika müharibəsinin strategiyası idi

Məqalə ardınca amerikalı hərbiçilərin nəzərində müharibənin mənfi nəticələrinə və onun ölkə hərbi mühitində çaxnaşmaya səbəb olmasına işarə edərək yazır: “Müharibə meydanı Livan olsa da hərbi nəticələri dünyəvi müstəvidə idi. Müharibənin ilk qurbanı 11 sentyabr hadisələrindən sonra onu özünə rəhbər tutan və ömründən təkcə 4 il keçən yeni Amerika ordusunun strategiyası idi.
Nəticələr o qədər böyük idi ki, ümumdünya hərbi ekspertlərini çaşbaş qoydu. Amerika ordusunun nəzdində fəaliyyət göstərən Müharibələrin Tədqiqatı Akademiyasının (MTA) direktoru sionist rejimin mütləq himayətçisi öz hesabatında çoxmüddətli müharibələrlə yanaşı vurğulayır: “Bu müharibənin nəticəsi İsrail üçün ən yaxşı qiymətləndirmədə belə ümumdünya hərbi ekspertlərini şübhədə buraxan bir böhrandır. Orta Asiyada uzun müddət uzun müddət ən peşəkar və ən güclü ordu sayılan və keçmiş tarixində parlaq zəfərlərə imza atan İsrail ordusu öz hegemonluğunu itirdi.

Hizbullah tunelləri və sionistlərin yanlışlığı
Əlbəttə, Hizbullahın tapmaca (puzzle) kordinasiyası hələ tamamlanmamışdır. Bu mühəndis ecazkarlığı yalnız artileriya raketləri və mübariz yerüstü qüvvələrin kordinasiyası nəticəsində təkmilləşir; dolaşıq və geniş tunel şəbəkələri, zireh əleyhinə raketlər, mühafizə qüvvələri vasitəsilə qorunan ehtiyat anbarları və müxtəlif çaplı, təkmilləşdirilmiş, nadir silah-sursatlarla, bənzərsiz yerüstü minalarla zəngin raket anbarları Livanın cənubunda fəaliyyətini davam etdirir. Hizbullahın yalnız möhkəm və yüksək komuflajlı tunellərin təkmilləşmiş şəbəkələrini (bu şəbəkələrdən bəziləri hətta hava təmizləyici sistemlərlə təmin edilib. Bəziləri isə qumluq ərazilərdə yerdən 40 metr dərinlikdə yerləşir) inşa etməklə məşğul olmadığını bilmək kifayət edər. Bundan əlavə Hizbullah sionist düşmənləri və onların cəsus cihazlarını çaşdıracaq tunellərə paralel şəbəkələr də yaratmışlar. Necə ki, 33 günlük müharibədə İsrail Hizbullahın əsas tunellərini bombaladığını güman edərək müharibəni udduğunu və Livan Hizbullah raketlərinin İsrailə düşməsinin qarşısını aldığını iddia etdi. Əslində isə İsrail Hizbullahın kələyinə düşmüşdü. İyulun 28 – də İsrailin məğlubiyyətə uğraması, Mossadın zəfər xüsusunda vədə və iddialarının yalanlığını üzə çıxardı. Kruk və Peri, İsrail kəşfiyyat dairələrində əsaslı boşluqlar olduğunu, həmin gün (yalançı zəfərdən sonra) Hizbullah “Xeybər-1” raketlərini İsrailə tuşlaması İsrail cəsus dairələrində şübhələrin dərinləşməsinə səbəb olduğunu və onların içində dərin münaqişəyə yol açdığını deyillər.
Alester Kruk və Mark Peri “Hizbullah İsraili necə məğlub etdi” kitabının ilk fəslində yazırlar: “Litani çayının cənubunda, strateji mərkəzlərdə qida ehtiyat və silah – sursat saxlamaq üçün 600 - ə yaxın tunel tipli baza yaradılmışdır. Təklükəsizliyin təminindən ötrü heç bir komandan bütün sığınacaqlar barədə məlumatlandırılmamışdı. Hər mübarizə qrupu üç tunellə təmin edilmişdi. İlk tunel əsas ehtiyat anbarı, digər iki tunel isə digər anbarlarlar üçün nəzərdə tutulmuşdu. Həmçinin burada mübarizlərin silahlanması və müxtəlif cəbhələrdə döyüşə bilməsi üçün birinci və ikinci dərəcəli toplanma nöqtələri yaradılmışdı. Hərbi dairə qüvvələrinin təşkili və toplanmasından yana təhlükəsizlik protokolları döyüş boyu qətiyyət və ciddiyyətlə mühafizə olunurdu. Hizbullahın heç bir üzvü ətraf məntəqədə tikilmiş tunellər barədə tam məlumata sahib deyildi. Bu minvalla hətta Qana soyqırımı zamanıda Hizbullah komandanı və rabitə komandanı və partiya mübarizə ünsürləri fərqli cəbhələrdəki nüfuzlarını itirmədilər”.
M. Metyu öz kitabının 54 – cü səhifəsində yazır: “Livan Hizbullahının Lideri Seyid Həsən Nəsrullah 2003 – ci il tarixdə Seyid Abbas Musəvinin vəfatının il dönümündə İsrail bir daha Livana hücum etmək fikrinə düşərsə müqavimət qüvvələri tərəfindən yerin altına dəfn ediləcəklərinə söz verdi; üç ildən sonra vədənin imtahanı zamanı idi ki, müqavimət lideri öz vədəsinə əməl etdi”.

İsrail tank zəncirinin Hizbullah tərəfindən mühasirəsi

On iki avqust 2006 – ci il tarixdə sionist zabitlərinin komandanlığı altında “Nahel” komandası “Helle Bern”lə “Furun əl-Qənduriyyə” məntəqəsi ətraflarında ərazini tam təhlükəsizləşdirdiklərini elan etdilər. Bu səbəbdən 401 taburunun 24 tankı “Vadi əl-Həcir” ərazisindən keçməyə başladı. Tank zənciri az irəlilədikdən sonra öndəki tanklar qarşı yolda xarabalığın olduğunu anladılar. Alternativ yol axtarmağa çalışarkən zəncirin sonunda bomba partladı. Artıq geri dönüşdə mümkün deyildi. Çünki partlayan tank arxaya çıxış yolunu bağlamışdı. Merkava tankları artıq mühasirəyə düşmüşdülər. Elə bu an (lazerlə hədəfə tuşlanan) kurinit raketindən komandan tankına atəş açıldı. Əməliyyat komandanı tank kadrların ilə birgə məhv oldu. Bir neçə saniyədən sonra Livan Hizbullahlarının raket seli mühasirədəki tankları hədəf aldı.
İsrail ordusu regionda özünü ən qüclü ordu bildiyi vaxtlarda aciz qaldı və onlara diri qalmaq üçün dua etməkdən başqa heç bir çıxış yolu qalmadı. Bunu partlayan tanklardan salamat canını qutaran əsgərlərdən biri öz etirafında qeyd edir. O, deyirdi: “İlk tank hədəfə alınıb partladılandan sonra kabusun başladığını anladıq. Təhlükə ilk raket tərəfindən deyil bəlkə sonrakı raketlər tərəfindən idi. Ərazidə cəhənnəm yaratdılar. Bizə növbə nə vaxt çatacağını, raketin tankımıza nə zaman dəyəcəyini belə gümanımıza gəlmirdi”. (Həmin mənbə səhifə, 54).
Mühasirədə olan tank zəncirinə dəstək göndərilən “Nahel” piyada qoşununun əsgəri deyir: “Biz ərazinin təmizləndiyini düşünürdük. Lakin Hizbullah əsgərləri gözlənilməz evlərdən, sığınacaqlardan çıxaraq bizi atəşə tutdular. Sanki biz atış meydanının mişenlərinə çevrilmişdik”.
Dörd gündən sonra yəni 16 avqustda Nafa Zuril və İtan Qulikman (Eitan Glickman) hadisənin təfərrüatlarını İsrail hərbiçilərinin müsahibələri əsasında “Yediot Aharonot” qəzetində nəşr etdilər. Hadisədən sonra “Vadi əl-Həcir” ərazisini (israillilərə görə “Vadi əl-Suluqi”) “Vadi əl-Movt” (Ölüm vadisi) adlandırdılar.
Hizbullahın pusqusuna düşən Markava tipli 10 İsrail tankı sıradan çıxdı. Tank heyətlərindən 8 nəfər, piyadalardan isə 4 nəfər həlak oldu. Lakin yaralananlar barədə heç bir məlumat verilmədi. Əlbəttə, bu İsrailin real olmayan öz rəsmi statistikası idi. Həqiqətdə isə Livan Hizbullahı döyüş bitənədək 40 Markava tipli tankını, yəni müharibədə istifadə olunan tankların dörddə birini məhv etmiş, 30 – a yaxın tank heyətini isə həlak etmişdi.
Amerikalı ekspert deyirdi: “Hizbullahın helikopter və zirehli hərbi maşınlardan istifadə etmədiyini nəzərə alsaq, statistika göstəriciləri olduqca heyrətləndiricidir. Eyni zamanda məlum göstərici müqavimətçilərdəki yüksək təşəbbüskarlıq və intellektin göstəricisidir”.
Bir halda ki, “Əl-Əxbar” İsrail tərəfindən elan edilmiş rəsmi statistikaya müsəlmanların inanması üçün heç bir dəlil olmadığını təkidlə vurğulayırdı. Çünki, bəzi ərəb qiymətləndirmələrinə görə həqiqətdə 100 - ə yaxın İsrail tankları və zirehli hərbi maşınları partladılmışdır.
Bu minvalla 33 gündən sonra Qay Tosurun komandanlığı altında İsrailin 162 taburu bütün səy və cəhdlərə baxmayaraq Əl-Ğənduriyyədən irəli gedə bilmədi. Tosur, taboru zəlil şəkildə geri çəkiləndən sonra Hizbullahın partizan döyüşü üzrə dünyada ən yaxşı təşkilat olduğunu etiraf etdi. (Daniel Helmer, səh. 124)

65 tonluq tankın havaya uçurdulması
Məqalə ardınca ilk Markava tankının partlamasının ardınca iki sionist hərbçisinin Livan Hizbullahı tərəfindən əsarətə götürülməsindən az sonraya işarə edərək yazır: “Təsəvvür edin polad, nikel və keramikadan istehsal edilmiş 65 tonluq dünyanın ən təkmilləşdirilmiş tankı, yüzlərlə kiloqram güclü partlayıcı maddənin partlaması nəticəsində necə havaya üçür və iki insan boyu hündürlükdə havaya qalxaraq kiçik bir dəmir parçası kimi yerə çırpılır.
Daniel Helmer öz kitabının 117 – ci səhifəsində hadisəni belə anladır: “Öz çapında bənzərsiz əməliyyat İsrail əsgərlərindən 8 nəfərin ölümü, 2 nəfərin yaralanması, 2 nəfərin isə əsir düşməsi ilə nəticələndi. İsrailin təxirəsalınmaz əks-təsir qüvvələri bir Markava tankının müşayəti altında əməliyyata qoşuldular. Üstünlüyünü döyüş boyu isbat edən Hizbullah üzvləri əks-təsir qüvvələrinin yolunda pusqu qurdular. Nəticədə Markava tankı partladıldı və 4 tank heyəti isə həlak oldu. Həmçinin bir İsrail siravisi Hizbullah snayperinin gülləsinə tuş gəldi ki, əsarətə düşən iki əsgərdən əlavə ölənlərin sayı səkkiz oldu.
Dünyanın ən müasir tankı Markava 2 metrədək havaya uçdu. Hizbullahın məqsədinin yalnız Markava tankını havaya uçurmaq olmadığı nəzərə çarpır. Bəlkə, sağ qalan İsrail əsgərilərinin ruhiyyəsini sarsıdacaq və onları təsir altına salacaq, təəccübləndirici və Müqavimət üzvlərinin istedadlarının ortaya qoyan şou göstərmək istəyirdilər.

Hizbullahın qəti qələbəsi barədə düşmənlərin etirafı
33 günlük müharibə haqda başlanan və nəşr edilən ilk tədqiqat, Antoni Kurdzman tərəfindən aparılaraq 17 avqust 2006 – cı il tarixdə, müharibədən bir neçə gün sonra Amerikanın beynəlxalq tədqiqat mütaliə mərkəzində nəşr edildi. Bu, 33 günlük müharibə barədə nəşr edilən ən qalmaqallı hesabat idi. Hesabat aşkar və tam surətdə sionist rejimini himayə etməsinə baxmayaraq geniş miqyaslı tədqiqatın nəticəsi olaraq İsrailin Livana hücumu ilə beş mühüm hədəfdən heç birinin həyata keçmədiyini bəyan edir. (Antoni Kurdzman, Müqəddimə nəticələr, səh, 3-9).
İki ay sonra, 2006 – cı ildə 12 – 14 oktyabr tarixlərində “Asiya Times” üç hesabatdan ibarət “Hizbullah İsraili necə məğlub etdi” başlıqlı toplu nəşr etdi. Alester Kruk və Ağ Evin siyasi müşaviri, eyni zamanda Amerika tarixi barədə bir neçə kitabın müəllifi Mark Peri hesabatın əvvəlində Kurdzmanın hesabatı üzərində duraraq onu tənqid etdi və İsrailin mühüm hədəfləri istiqamətində məğlubiyyətindən əlavə Livan Hizbullahının İsraillə müharibədə tam və qəti zəfər qazandığını xüsusi vurğuladı. (Birinci hissə, İnformasiya müharibələrində zəfər). Onlar, Hizbullah zəfərinin, Amerika üçün acınacaqlı siyasi məğlubiyyət sayıldığına təkid edirlər. Amerika İsraili himayə etdiyinə görə onun regiondakı mövqeyinə ağır zərbə dəydi. (İkinci hissə, Yerüstü müharibələrdə zəfər).

İsrail jurnalı hay – küy saldığı zaman

30 mart 2007 – ci il tarixdə sionistlərin çox tirajlı “Yadiot Aharunut” qəzeti “İsrail təhlükəsizlik komandanlarının Livan müharibəsinin bir faciə olduğunu Olimertə bildirmələri” başlıqlı hesabatın nəşrində Olimertin hazırkı Mossad rəhbəri Mayer Dagan və hazırkı Şabak rəhbəri Yeval Diskinlə bağlı qapı arxasındakı görüşünə aydınlıq gətirdi ki, nəticədə çox keçmədən müharibə başladı.
İki İsrail jurnalisti Ufer Şileh və Yuaf Limerin yazdıqları “Livanda əsirlər” kitabına istinadən, İsrail Kəşfiyyat komandanları sözügedən görüşdə İsrail milli böhranına və sionist rejim yolundakı böyük problemlərinə işarə edərək tədqiqat komitəsinin təşkilini və İsrail Müdafiə naziri Dan Halutesin vəzifəsindən uzaqlaşdırılmasını tələb etmişlər.
Uzi Mihnaymi “İsrail xüsusi taborunun təhqiri və İsrail ordusunun ruh düşkünlüyü” adlı kitabında Halutesin də İsrailin hörümçək torundan zəif olmadığını isbat etmək istədiyini yazırdı. Lakin H-53 İsrail helikopterinin süqutu və helikopter pilotlarının həlakı zamanı o, əməliyyat otağında qəzəbli halda fəryad edirdi. Çünki, məğlubiyyət nəticəsində şəxsiyyət və məqamını itirəcəyini yaxşı bilirdi. Bu hekayəni M. Matyu öz kitabının 56 – cı səhifəsində və həmçinin başqaları qeyd ediblər.
Hizbullah Livan müharibəsində yalnız qüdrətinin bir hissəsindən istifadə etdi.
Halutes Livan müharibəsində İsrail ordusunun acizliyini “Əl-Həcir” vadisindəki Markava tankının havaya uçmasında, “Gulani” xüsusi taborunun “Bunt-Cübeyl” dəki məğlubiyyətində və s. görürdü. “Hizbullah İsraili necə məğlub etdi” kitabına əsasən, Halutes bilirdi ki, Hizbullah müharibə boyu yalnız 3000 əsgəri ilə döyüşə qatıldığını və Hizbullah komandanları İsraildən fərqli olaraq 33 gün boyu qüvvələrini gücləndirmək, ehtiyat qüvvələrdən istifadə etmək kimi hallarla qarşılaşmadılar.
Ola bilsin bu minvalla Seyid Həsən Nəsrullahın 26 may 2006 – cı il tarixdə kiçik Bunt-Cübeyl məntəqəsində öz zəfər mesajında bölqənin ən qüclü qüdrətinə və ən yeni hərbi nəzəriyyələrin məhv edilməsinə işarə edərək dediyi: “Ey Fələstinli millətim! Bilin ki, öz təqdiriniz öz əlinizdədir. Seçim öz əlinizdə, gözünüzün önündədir” sitatın bölgədə günün sitatı olmasına ərəblərin etirafının vaxtı çatmışdı.
Source : Islamtimes
Comment