0
Monday 16 December 2013 - 23:31

İsrail Netanyahu dövründə daha da tənhalaşdı

Story Code : 330672
İsrail Netanyahu dövründə daha da tənhalaşdı
PressTV “Fələstin və yəhudi vəhdəti” insan haqqları təşkilatının məsullarından olan Brus Ketzlə söhbətləşib. BMT təmsilçisi yada salıb ki, BMT İsraili Qərb sahili bölgəsində Fələstinin mülkiyyətini dağıtmaqdan dolayı tənqid edib. 
 
PressTV belə bir sual ünvanlayıb: Siz İsrailin davamlı tikinti işlərini Yaxın Şərqdə sülhlə necə əlaqələndirirsiniz?
 
Ketz: Öncə deməliyəm ki, heç bir sülh layihəsi həyata keçirilmir. Benyamin Netanyahu və onun hökumətinin ifratçı baxışlarına görə sülh prosesi dayanmışdır. Belə bir proses başlaya da bilməz. Bizim şahid olduğumuz 1948-ci ildən başlayan, 1967-ci ildə güclənən və bu gün də davam edən soyqırımdır. Hazırda sionist rejim 40 min bədəvi ərəbi tarixi məskənindən didərgin salmışdır. Böyük planda baxanda bu hərəkət soyqırımdır. İsrailin addımlarını anti-bəşəri addımlar kimi dəyərləndirirəm. Bir xalqı öz yurdundan didərgin salmaq bəşəriyyətə qarşı cinayətdir. Düşünürəm ki, İsrail rejimi dəyişməyincə sülhə doğru heç bir irəliləyiş olmayacaq. İsraildə liberal baxışlı siyasətçilər var və onlar siyasi meydana gəlməlidir. Bugünki qanunsuz rejim ancaq dağıdıcılıqla məşğuldur. Bugünki hakimiyyətin zamanında yoxsulluq göstəriciləri artıb. Nə qədər ki, Netanyahu hakimiyyətdədir, məntəqədə vəziyyət dəyişməyəcək.
 
PressTV: Ağ Evlə İsrail rejimi arasında ixtilaf olduğu söylənilir. İşğal olunmuş ərazilərdə qəsəbələr salınması ixtilaflı mövzulardandır. Nəzərinizcə bu ixtilaf genişlənir?
 
Ketz: Bu labüddür. Netanyahu kabinetinin hər gün tənhalaşdığı göz önündədir. Bunun son nümunəsi Netanyahunun Cənubi Afrikaya səfərinin əngəllənməsi ola bilər. Netanyahu iddia edir ki, diplomatik rabitələrin genişləndirilməsinə büdcə baxımından maneələr var. Əslində isə Fələstini işğal etmiş rejim Nelson Mandellanın səhnədən çıxardığı aparteid rejimin bir nümunəsidir. Əgər Netanyahu rejimi aperteid rejimisə, bu şəxs Cənubi Afrikaya necə səfər edə bilər? Mən “Fələstin və yəhudi vəhdəti” insan haqqları təşkilatının nümayəndəsi olaraq bütün dünyanı aparteid İsrail rejimini məhkum etməyə çağırıram. Bu çağırışa qoşulmayanlar riyakardır. Bir tərəfdən aparteid üzərində qələbənin qeydi üçün bir araya gəlirlər, digər tərəfdən işğalçı İsrailə arxa dururlar.
Comment