0
Saturday 19 July 2014 - 12:28

ABŞ mediasının iç üzü!

Story Code : 400313
ABŞ mediasının iç üzü!
ABŞ-ın məşhur telekanalı olan CNN İsrail vətəndaşlarının Fələstində dinc insanların öldürülməsini alqışlamasını sosial şəbəkədə pisləyən əməkdaşını vəzifədən çıxarıb.
ANS PRESS-in məlumatına görə, Diana Magnay adlı CNN əməkdaşı canlı yayımda Sderotda bir təpədə İsrail ordusu bombardmanını izləyən israillilərin sevincini göstərmiş və "Twitter"də bunun iyrənc olduğunu yazmışdı.
"Sderotdakı təpələrdə israillilər Qəzzaya düşən bombaları qeyd edirlər. Səhv bir şey söyləsəm, avtomobilimizi məhv etməklə məni təhdid edirlər. Çox iyrəncdir".
CNN Diana Magnayı Moskvaya göndərib.
Qeyd edək ki, Magnay Qəzza zolağından CNN-in uzaqlaşdırdığı ikinci müxbirdir. Belə ki, Qəzza sahilində oynayan 4 fələstinli uşağın ölümünü çəkən Ayman Mohyeld də buradan uzaqlaşdırılmışdı.
Comment