0
Wednesday 1 May 2013 - 17:21

İsrail İran və Suriyaya qarşı ehtimal olunan müharibədə tək qalacaq

Story Code : 259826
İsrail İran və Suriyaya qarşı ehtimal olunan müharibədə tək qalacaq
Hətta bu gün İranın hərbi təsisatlarına zərbə endirilsə, Suriyada kimyəvi silah anbarları vurulsa yenə də İsrail meydanda tək qalacaq.
 
Amerika yalnız öz mənafelərinə uyğun müharibələrdə iştirak edir. Hazırda müharibələrdən çıxmaq siyasəti yürüdən Vaşinqton Tel-Əvivin xeyrinə yeni müharibələrə qatılmayacaq. İsrailin ağlına da gəlmirdi ki, sünni dövlətləri ona bu qədər yaxınlaşacaq. Amma bu dövlətlər İranın yürütdüyü siyasətdən qorxaraq İsrailə yaxınlaşdılar. Qətər istisna olmaqla əksər ərəb ölkələrində İrana qarşı düşmən münasibət var. Hətta Misir İrana dost gözü ilə baxmır. Bir gün İrana hücum olarsa bütün bu dövlətlər razı qalarlar. Amma onların özündə İrana hücum etmək cürəti yoxdur. 
 
Amma Amerika belə görünür ki, İran və Suriyadan bir o qədər də təhlükə hiss etmir. Ağ Ev İranın nüvə proqramı, Suriyanın kimyəvi təsisatlarına arı yuvası kimi baxır və buraya barmağını uzatmaq istəmir. Barak Obama aydın ibri dilində İsraildə dedi ki, siz tənha deyilsiniz. Amma Amerikanın təlaşları göz önündədir ki, İrana hücumdan çəkinirlər və bunu öz mənafelərinə uyğun saymırlar. 
 
Amerikada belə bir fikir var ki, Sovetlər Birliyi, hazırda Rusiya ilə soyuq müharibəyə son qoyulması, nüvə hücumu ehtimalının aradan qalxması bir müvəffəqiyyətdir və belə bir şəraitdə İranın nüvə silahına malik olmasından qorxmağa dəyməz. ABŞ Stalin və Xruşşov kimi sovet rəhbərlərinin hədələrindən yaxa qurtarıb. Belə bir şəraitdə Ağ Ev İranın nüvə proqramından təhlükə hiss etmir. Amma İsrail bu qənaətdə deyil. Tel-Əvivdə belə bir fikir var ki, İran nüvə ölkəsi olarsa bu İsrailin mənafelərinə ziddir. Məntəqədə uzun illər İsrail nüvə ölkəsi olub. İsrail bunu da yaxşı bilir ki, İran dünyanı necə razı salıb sonda nüvə ölkəsi kimi tanınacaq. İranın sərt və dəyişməz mövqeyi onun nüvə ölkəsi kimi tanınmasında əsas amildir. 
 
Göz qabağındadır ki, Amerika vaxtı uzadır və bunda məqsəd İranın nüvə proqramı ilə bağlı gərginliyin adiləşməsidir. Amerika ilə İsrailin baxışlarındakı fərq budur ki, biri İranı nüvə ölkəsi kimi qəbul etmir, o biri bunu mümkün sayır. İran bu təzaddan istifadə edərək öz məqsədlərinə doğru irəliləyir. Artıq Benyamin Netanyahunun təyin etdiyi qırmızı xəttlər keçilib. Amerika daim İsrailə vəd edir ki, bütün variantlar stol üzərindədir. Amma hər dəfə də mizin üstünü tamam təmizləyir.
 
Suriya haqqında bunu demək olar ki, Amerika Suriyanın kimyəvi silahdan istifadə etməsinə xoş münasibətdə deyil. Çünki Suriyanın kimyəvi silahdan istifadə etməsi artıq açıq müharibənin başlanması deməkdir. Belə bir müharibə başlayarsa ölkənin aqibəti qaranlıq qalır. Amerika isə İsrailə vəd verməkdə davam edir.
 
Son nəticə olaraq bunu deyə bilərik ki, İsrail İran və Suriyaya qarşı təkdir. Amerika İsrailin nigarançılıqlarını başa düşür və bu nigarançılıqları aradan qaldırmaq üçün onu silahlandırır. Amma belə bir tufanın yaxın zamanlarda qopacağı inandırıcı görünmür.
Comment