0
Saturday 17 August 2013 - 19:40

Avropadan 90 qadın “nikah cihadı” üçün Suriyaya yollandı

Story Code : 293422
Avropadan 90 qadın “nikah cihadı” üçün Suriyaya yollandı
Vəhhabi müftisi “cihad nikahı” ilə bağlı fətva verdikdən sonra İngiltərə və digər Avropa ölkələrindən 90 nəfər çeçen qadın Suriyaya keçmək üçün İstanbula yollanıb.
 
Bu qadınlar İstanbul hava limanından Hatay şəhərinə, oradan isə quru sərhədlərindən Suriya torpağına daxil olub və sələfi qruplarına qoşulub.
 
Bir müddət öncə Tunisdən bildirilmişdi ki, Suriya hökumətinə qarşı üsyan qaldırmış bəzi terrorist qruplaşmaları vəhhabi bir müftinin fitvası ilə Tunisdəki boşanmış qadınları “cihad nikahı” (cinsi cihad) üçün Suriyaya gəlməyə təşviq edir.
 
Tunis ailələrindən bəziləri bildirib ki, onların yeniyetmə qızları Suriyada hökumət qüvvələri ilə vuruşan üsyançıların cinsi meyllərini təmin etmək üçün könüllü olaraq Suriyaya yollanıb. 
 
Bu gün təkfirçi vəhhabi alimləri İslam ümməti düşmənlərinin çirkin planlarını həyata keçirmək yolunda çalışır. Onlar müsəlmanlar, şiə və sünni arasında təfriqə yaratmağa, müqavimət hərəkatına qarşı cihada səsləyirlər.
 
Elə bu zəmində qəribə bir fətva ilə ərəb qadınları və qızlarından istənilib ki, “nikah cihadı”, yəni silahlı terroristlərə fahişəlik üçün Suriyaya yollansınlar. Bu fətvaya əsasən, hətta ərli qadınlar belə “nikah cihadı”nı yerinə yetirə bilərlər. Bu fətvanı verən “şeyx”lərdən biri  Məhəmməd əl-Ərifidir.
 
Ərifi bu günədək bir çox qeyri-adi fətvalar verib ki, onlardan biri Suriyadakı terroristlərə qadınlarla qısamüddətli, bir neçə saatlıq cinsi əlaqəyə girmək üçün nikah icazəsi verməkdir.  
 
Ərifi fətvasında bildirir ki, ən gözəl cihad nikah cihadıdır. Bu mücahidlərlə qısamüddətli evlənmək onların cinsi meyllərini təmin edə və Bəşar Əsəd dövləti ilə mübarizədə əzmlərini artıra bilər.

Ərifinin “münakihə” və ya müvəqqəti nikah adlandırdığı bu nikahlar 14 yaş üzəri qızlara, evlənib boşanmış və dul qadınlara aiddir. Şeyx silahlı terroristlərlə bu cür nikahlara razı olan qadınlara cənnət vədi verməyi də unutmayıb. 
 
Bu fitva İslam dünyasını qəzəbləndirdi, hətta bir çox sünni alimləri bu fətvaya qarşı çıxdılar və bildirdilər ki, bu sayaq izdivac zina və bir növ fahişəliyi yaymaqdır. Elə bu təzyiqlərdən sonra Şeyx Ərifi öz fətvasından boyun qaçırdı və bildirdi ki, bu fətvanı o verməyib. Amma bu inkara Suriyadakı terroristlər əhəmiyyət vermədi və hələ də onlardan bir çoxu uyğun fətvaya əməl edir.
Comment