0
Friday 25 July 2014 - 04:48

AB-nin yeni sanksiyaları iyulun 25-dən qüvvəyə minəcək

Story Code : 401421
AB-nin yeni sanksiyaları iyulun 25-dən qüvvəyə minəcək
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Şuranın saytında dərc edilmiş məlumatda qeyd olunub.  
“Sanksiyaların genişləndirilməsi ilə bağlı hüquqi aktlar 25 iyulda, günün ikinci yarısında keçiriləcək yazılı prosedurdan və  AB-nin Rəsmi Jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək”, deyə sənəddə vurğulanır.
Bundan başqa, sənəddə qeyd olunur ki, Komitə Krım və Sevastopola investisiya qoyuluşunun və ticarətin məhdudlaşdırılmasına dair əlavə tədbirləri müzakirə edib.    
Bundan əvvəl AB daxil olan 28 ölkənin səfirləri Komitəsi Brüsseldə keçirilən görüşdə Rusiyaya qarşı sanksiya siyahısının genişləndirilməsini dəstəkləyib.  
Comment