0
Sunday 13 July 2014 - 22:08

İŞİD-in iki əsas himayəçisi: ABŞ və Ərəbistan - Yenilənib

Story Code : 399254
İŞİD-in iki əsas himayəçisi: ABŞ və Ərəbistan - Yenilənib
Tierri Missan məşhur fransalı araşdırmaçı, tənqidçi, yazardır. Bu şəxs son məqaləsində İraq hadisələrinin səhnəarxasına toxunub. Onun İŞİD terrorist qruplaşması ilə bağlı təhlili mövzunun görünməyən tərəflərinə aydınlıq gətirib. Qərb mətbuatı İraq Şam İslam Dövlətini (İŞİD) Qurana istinad edən cihadçı qruplaşma kimi tanıtdırır. Amma əslində bu qruplaşma İraqda neft müharibəsi başladan bir terror təşkilatıdır. O Suriyaya neft nəqlinin kəsilməsinə də səbəb olub. Hər iki zəmində İŞİD İsraildən kömək alıb. İŞİD həmçinin Regional Kürd Hakimiyyətinin köməyi ilə Kərkükdən neft oğurluğuna başlayıb. Bu neftin satışı Səudiyyə Ərəbistanının “Aramco” neft şirkətinin öhdəsinədir. Onlar bu neftin İraqa məxsus olduğunu gizlədərək Ərəbistanın neft hasilatının artması yolu ilə əldə edildiyini söyləyir və bazara çıxarır. Qərb KİV-i iddia edir ki, İraqın şimal və qərb məntəqələrinə soxulmuş İŞİD dini göstərişlərə əməl edən cihadçı bir qruplaşmadır. Onlar bir əlində Quran, bir əlində kalaşnikov tutub. Suriyalılar da daxil olmaqla İŞİD vəhşiliklərindən zərər görənlərin nəzərincə bu qruplaşma dünyanın dörd tərəfindən toplanmış muzdurlardan ibarət bir ordudur. Onların rəhbərliyi ABŞ, Fransa və Səudiyyə Ərəbistanından olan zabitlərin öhdəsinədir. Terroristlərin vəzifəsi məntəqədə qarşıdurma yaratmaqdır. Bu qarşıdurmada məqsəd müstəmləkəçi dövlətlərin məntəqəyə daha asan nəzarət etməsidir. Əgər bir şəxs İŞİD üzvlərinin etiqadlı şəxslər olduğuna inanarsa, bu qrupun hücumları arxasındakı əsas maraqlarının nə olduğunu anlaya bilməz. Bir tərəfdən minlərlə iraqlının qurban olduğu bu hücumlara görə “timsah gözyaşı” axıdan Qərb mətbuatı, digər tərəfdən yeni qarşıdurmaların neft sahəsinə mənfi təsir qoya biləcəyi səbəbinən onu məhkum edirlər. Bir neçə gün ərzində hər barrel neftin qiyməti 115 dollara çatıb. Bu isə 2013-cü ilin sentyabr ayındakı qiymətlə eynidir. Dünya bazarı Tikrit yaxınlığındakı Bayci neft emalı zavodu uğrunda gedən döyüşlərə görə narahatdır. Əslində bu neft emalı zavodu regional istifadə üçündür və onun işıq və yanacağı tez bir zamanda tükənə bilər. Neftin qiymətinin artma səbəbi İraqın istehsalı dayandırması deyil. Səbəb neftin digər ölkələrə ötürülməsində yaranmış əngəllə bağlıdır. Beləliklə bu artım davamlı olmayacaq. Çünki bazardakı satış həcmi təlabatdan daha çoxdur. Qərb mətbuatı iddia edirdi ki, NATO İŞİD-i himayə etmir. İŞİD neft quyularını ələ keçirdiyi səbəbdən varlanıb. Amma xatırladaq ki, Suriyada da terroristlər neft quyuları ələ keçirmişdi. Nə üçün KİV bu hadisədən xəbər tutmamışdı? Qərb mediası çalışır ki, Ən-Nüsrə cəbhəsi və Taliban arasındakı müharibənin səbəbini iki qruplaşma arasında olan rəqabət kimi göstərsin. Bir halda ki, bu iki qrup neft quyularına nəzarəti ələ almaq üçün vuruşur. Bu günə qədər Qərb və Fars Körfəzi ölkələrinin KİV-inin də cavablandıra bilmədiyi bir sual var: Terroristlər əldə etdikləri nefti hansı yollarla Vaşinqtonun nəzarəti altında olan beynəlxaq bazarda satışa çıxarır? Mart ayında Benqazidəki silahlılar ələ keçirdikləri nefti satmaq qərarına gəlsələr də bu işdə müvəffəq ola bilmədilər. ABŞ Dəniz Qüvvələri onların neft tankerlərinin qarşısını kəsib, satış üçün sulara çıxarılan tankerləri Liviyaya geri qaytardı. Bu gün Ən-Nüsrə və İŞİD ələ keçirdikləri neftləri beynəlxalq bazara çıxara bilirsə, şəksiz Vaşinqton və tanınmış neft şirkətlərindən onlar üçün yaşıl işıq yandırılıb. İyun ayının 15-19-da Moskvada Dünya Neft Konqresi toplantısı keçirildi. Toplantıda Ukrayna haqqında danışılacağı güman edilirdi. Amma gözləntilərin əksinə olaraq mövzu İraq və Suriya oldu. Məlum oldu ki, Ən-Nüsrənin Suriyadan oğurladığı neftləri amerikalı Rakfiller ailəsinin şirkətlərindən olan “ExxonMobile” satışa çıxarıb. Həmçinin İŞİD-in əldə etdiyi neft Amerika və Səudiyyə Ərəbistanın dəstəyi ilə “Aramco” şirkətinin dəstəyi ilə satılıb. Bu nöqtəyə diqqət yetirilməlidir ki, Liviya müharibəsi zamanı Qatara, yuxarıda qeyd etdiyimiz ExxonMobile şirkətinə icazə verilmişdi ki, “Əl-Qaidənin azad etdiyi məntəqələr”dən nefti dünya bazarına çıxarsın. Beləliklə bugünki müharibəni 20-ci əsrin Yaxın Şərqdəki bütün müharibələri kimi neft şirkətləri arasındakı müharibə adlandıra bilərik. Bu gün Ərəbistan İraqdan oğurlanmış nefti qanuniləşdirmək üçün öz möhüründən istifadə edir. Belə ki, İraq nefti Ərəbistan imzalı boçkalarda satışa çıxır. İŞİD-in daha da irəliləməsi onlara bu fürsəti verir ki, iki əsas neft kəmərinə nəzarət etsinlər. Bunlardan biri Suriyanın nef ehtiyacını təmin etmək üçün Banyas məntəqəsinə uzanan neft kəməri, digəri isə Türkiyəyə çəkilmiş Ceyhan neft kəməridir. Taliban birinci neft kəmərindən neft nəqlini dayandırıb. Bu isə Suriyada elektrik enerjisinin kəsilməsinə səbəb olub. Maraqlısı budur ki, Taliban ikinci neft kəməri ilə neft nəqlinə mane olmayıb. Bunun səbəbi isə İsrailin himayəçisi olan Regional Kürd Hakimiyyətinin bu boru kəmərindən istifadə etməsidir. Onlar Kərkükdən oğurlanmış neftləri bu yolla digər ölkələrə ötürürlər. Görünür ABŞ ordusu qərargahının 2011-ci ildə hazırladığı “Böyük Yaxın Şərq” planı yenidən aktuallaşıb. İŞİD-in hücumu da Kürdistanla razılaşdırılıb və məqsəd İraqı üç kiçik dövlətə parçalamaqdır. ABŞ 2003-cü ildə bu hədəf ardınca olsa da məqsədinə çata bilməmişdi. Senator Co Bayden bu planı konqres vasitəsi ilə təsdiq etdirmişdi. Kürdistan bu gün İŞİD nəzarəti altında olan boru kəmərləri ilə Kərkükdən neft nəqlinə başlayıb. Bir neçə gün ərzində Kürdistan iki neft tankerini təchiz edə bilib. Onlara Azərbaycanlı milyarder "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov tərəfindən lisenziya verildiyi bildirilir. Vaşqintonun devirə bilmədiyi Maliki hakimiyyəti bu oğurluq neft satışını məhkum etdikdən sonra Kürdistanda fəaliyyət göstərən, Chevron, Hess Corparation və Total kimi kompaniyalar bu nefti almağa cürət etmədilər. Müştəri tapmaqdan naümid olan Kürdistan elan edib ki, əlində olan neft tam yarı qiymətə, yəni 57.5 dollara satmağa hazırdır və hələ də neft qaçaqmalçılığına davam edir. İŞİD-in dəstəyi ilə iki neft tankeri daim neftlə yüklənməkdədir. Bazarda bu oğurluq neftə müştəri olmamasına rəğmən İŞİD və Kürdistanın hələ də neft qaçaqmalçılığından əl çəkməməsi onlara kimlərsə tərəfindən zəmanət verildiyinin nişanəsidir. Bu isə İraqda qarışıqlıq yaranmasında əsas iştirakçılardan olan Ərəbistan və İsraildən
Comment