0
Sunday 29 July 2012 - 23:28

Məhbuslar üzərində vəhşi təcrübələr

Story Code : 183262
Məhbuslar üzərində vəhşi təcrübələr
Məhbuslar üzərində vəhşi təcrübələr
Amerikada insan haqqlarının pozulması ilə bağlı bildirilir ki, Ağ Ev dünyada insan haqqlarının müdafiəçisi kimi çıxış etsə də son məlumata görə 5 min məhbus üzərində virus və bakteroloji təcrübələr aparılıb. Sinxua xəbər agentliyi bildirib ki, ABŞ-da bəşəriyyətə qarşı yönəlmiş vəhşiliklər dövlət səviyyəsində baş alıb gedir. Təcrübələr yeni və demokratik bir nəsil yetişdirmək adı altında İraqda 100 min mülki şəxsin həyatına son qoydu.

Amerika həbsxanalarda məhbuslar üzərində təcrübəni gizli şəkildə aparır. Dünyanı öz hökmü altına almaq istəyən ABŞ demokratiya pərdəsi altında ölkələrə təcavüz edir. Bu ölkə dünyada polis vəzifəsini üzərinə götürüb, əslində isə asayişi pozmaqla məşğuldur.

Son dövr mətbuatda gedən yazılar göstərir ki, insan üzərində vəhşi təcrübələr ABŞ həbsxanalarında adi hal alıb. Britaniyanın teleqraf qəzetinin 30 avqust 2011-ci sayında hələ 1946-48-ci illərdəki təcrübələrdən yazılır. Həmin vaxt ABŞ 5500 nəfər qvatemalalı mülki şəxsi bu yöndə işgəncələrə məruz qoymuşdu. 1300-dən artıq hərbçi, məhbus, hətta fahişə təcrübələrə cəlb olunmuşdu. Təcrübələr nəticəsində 80 nəfərdən artıq şəxs həyatını itirmişdir. Bütün bunlar ABŞ-ın bəşər əleyhinə cinayətlərinin kiçik bir hissəsidir. Ağ Evin bəşər əleyhinə bu layihələrinin demək olar ki, əksər hissəsi gizli qalmaqdadır.

Məqalədə yazılır ki, təcrübələrdə insan düşüncəsinin nəzarətə götürülməsi üzərində sınaqlar keçirilir. Hesabata əsasən, 1932-ci ildə ABŞ səhiyyə nazirliyi sifilis xəstələri üzərində təcrübəyə qərar vermişdir. 400-ə yaxın amerikalı işin mahiyyətindən xəbərsiz şəkildə sifilis virusuna yoluxdurulmuşdur. Bu təcrübələr 1972-ci ilədək davam etdirilmişdir. Nəhayət Avstriya milli televiziyası bu rüsvayçı layihə barədə verilişlə çıxış etmişdi. Təcrübələr ABŞ tibb tarixində qara bir ləkə olaraq qalmaqdadır.

İnsan həyatı Ağ Ev üçün məqsədə çatmaq yolunda ən dəyərsiz şeydir. Demokratiya pərdəsi arxasında İraqa hücum zamanı 100 mindən artıq mülki vətəndaş həyatını itirmişdir. “İraqda canlı itkilərin qeydiyyatı” mərkəzinin hesabatına əsasən, İraqdakı əməliyyatlarda 103536 mülki şəxs qətlə yetirilmişdir. 2011-ci ildə baş vermiş partlayışlar və bombardmanlar nəticəsində günə 6,5 ölü düşür. Əfqanıstana təcavüz zamanı 31 min əfqan həyatını itirmişdir. Bunu Tribun Biznes News yazır. Amerikanın himayəsi altında NATO-nun Əfqanıstanın cənub məntəqəsinə bir hava hücumunda 14 mülki vətəndaş qətlə yetirilmiş, 6 nəfər yaralanmışdır. (New York Times, 29 may 2011)

25 mayda Əfqanıstanın Nuristan vilayətinə hava hücumlarında 18 mülki vətəndaş 20 polis öldürülmüşdür. Guardian yazır ki, 2012-ci ilin mart ayında amerikalı əsgər əfqan kəndlərinin birində şəxsi evə daxil olaraq 16 mülki əfqanı qətlə yetirmişdir. Ölənlərin 9-u uşaq, 3-ü qadın olmuşdur.

Almaniyanın Presse-Agentur mərkəzinin məlumatına görə 15-20 ABŞ əsgəri gecə yarı əfqan kəndinə soxularaq əfqan qadınlarına cinsi təcavüz etmiş, sonra isə onları qətlə yetirmişdir. Bütün bunlar Ağ Evin əsil simasını göstərir. 2011-ci ildə Əfqanıstanda mülki vətəndaşlar arasında həyatını itirənlərin sayı 15% artmışdır. 1 il ərzində Pakistana 6 hava hücumu həyata keçmiş, bu hücumlarda 378 nəfər qətlə yetirilmişdir. 2011-ci ilin birinci yarısında Əfqanıstanda ölüm halları 15% artmışdır. 2012-ci il 20 yanvarda NATO-ya aid silahlı dəstə Əfqanıstan məntəqələrindən birində müqəddəs kitabları bir-yerə yığaraq od vurmuşdur. Bu hadisə Amerika ordusuna qarşı nifrəti pik həddə çatdırmışdır.

Bu gün dünyanın əksər ölkələrində ictimai bir oyanış yaşanır, xalqlar öz hüquqları uğrunda mübarizə üçün ayağa qalxır. 2011-ci ilin sentyabr ayında BMT-nin insan haqqları şurası xüsusi qətnamə qəbul etmiş, yalnız ABŞ nümayəndəsi qətnaməyə səs verməmişdir. Amerika bu gün də Kuba xalqına qarşı diskriminasiya siyasəti aparır. 2011-ci il 26 oktyabrda BMT Kubaya qarşı qətnamələri ləğv etsə də ABŞ və İsrail bu qətnamənin ziddinə səs vermişdir. ABŞ Kubaya qarşı 50 illik sanksiyalardan sonra geri çəkilməyə məcbur olmuşdur. Amma yenə də BMT-nin qətnaməsindən yayınmalar müşahidə olunur.

Yuxarıda sadalanan faktlar Amerikanın qara keçmişindən danışır. Bu ölkənin insan haqqlarından dəm vurması böyük siyasi əxlaqsızlıqdır. Başqa dövlətləri insan haqqlarının pozulmasında ittiham edən Ağ Ev dünyada bəşəriyyətə qarşı bir kabusa çevrilmişdir. Bəşəriyyətin səadəti yolunda bu gün ən böyük maneə Ağ Evdir. Öz strateji maraqlarına xatir dünyada ikili siyasət aparan bu ölkə insan haqqlarını açıq-aşkar pozmaqdan çəkinmir.
Comment