0
Wednesday 13 August 2014 - 00:37

İsrailin məhsullarına qadağa təklifi

Story Code : 404464
İsrailin məhsullarına qadağa təklifi
İsrailin məhsullarına qadağa təklifi
Təbii ki bu gün İran xalqının qadağaları da İslam Cümhuriyyətinin qadağalarından təsirlidir. Xalqın, cəmiyyətin İsrail istehsalı olan məhsullardan imtina etməsi beynəlxalq sanksiyaların ləğvinə aparan bir yoldur.
Azğın İsrail rejiminin Qəzzədə törətdiyi hərbi cinayətlər bir daha göstərdi ki bu saxta rejimin məhvindən başqa çıxış yolu yoxdur. Mövcud mübarizə imkanlarını düzgün dəyərləndirdikdə aydın olur ki təsirli tədbirlərdən biri İsraildə istehsal olunan məhsullara qadağa qoyulması, bu məhsulların istifadəsindən imtina edilməsidir. Sual yaranır ki, bu günə qədər təqlid mərcələri İsrail mallarından istifadəni qadağan etsələr də qadağalar sahəsində bu fitvalar qədərincə nəzərə alınmayıb. Xüsusilə xalq kütlələri arasında belə qadağalara müsbət reaksiya qeydə alınmayıb.
İran İslam Cümhuriyyəti və İran xalqı məzlum Fələstin xalqının himayəsində öndə gedir. İran xalqı bu günə qədər məzlum Fələstin xalqına öz maddi və mənəvi köməyini əsirgəməyib. Bəs necə olub ki bu günə qədər çox təsirli yollardan olan iqtisadi sanksiyalara əhəmiyyət verilməyib? Bu gün İran xalqı dünya imperializminin İslam Cümhuriyyətinə qarşı iqtisadi sanksiyalara nə qədər əhəmiyyət verdiyinə şahiddir. Demək bu sanksiyalar təsirlidir və müsəlmanlar da düşmənə eyni tərzdə cavab verməlidir. Bu gün Amerika, Asiya, Afrikada sırf humanist qayələr əsasında İsrail mallarına qadağa qoyulur. İspaniya, Fransa, Çin kimi qeyri-müsəlman ölkələrdə məzlum Fələstin xalqına dəstək olaraq İsrail istehsalı olan mallardan imtina kampaniyaları güclənməkdədir. Bunun səbəbi bir neçə nöqtəyə nəzər salmaqla aydınlaşır.
Səbəblərdən biri budur ki, müsəlman xalqlar sionist rejim istehsalı olan malların keyfiyyətindən xəbərsizdirlər. Əgər İsraildə məhsulun hansı ölkəyə gedəcəyi məlumdursa burada istənilən bir təxribata yol açılır. Biz İsrail malları almaqla İsrail büdcəsinə kömək etmiş oluruq. Bəzi şirkətlərdə sionizmin dayağı olan şəxslər böyük səhmə malikdir. Onlar öz qazanclarının böyük bir hissəsini işğalçı rejimin təcavüzkar siyasətlərinə xərcləyirlər. Bəzən adı müsəlman olan şəxslərin sahib olduğu şirkətlər İsrail mallarının qadağasına qarşı çıxır. Öz qazancına görə ümmətin mənafelərini ayaq altına alanlar bu qadağaları maddi zərər kimi qarşılayır. Əgər müsəlman ölkələrində İsrail malların qadağasına mənfi münasibət görürüksə bu münasibətin arxasında maddi mənafeyi olan şirkətlər dayanır. Hansı ki xalq kütlələri, agah müsəlmanlar, başda müctəhidlər və Böyük Rəhbər olmaqla İsrail mallarının qadağasına tərəfdardır.
Əgər İsrailə qarşı sanksiyalar elmi şəkildə həyata keçirilsə dünya müsəlmanları böyük mənfəət əldə edər. Eyni zamanda İsrail iqtisadiyyatı böhran keçirər. Əgər işğalçı rejimin iqtisadiyyatı məhz Qəzzə məsələsindən dolayı zərbə alsa sionistlər bütün sahələrdə güzəştə getməyə məcbur olarlar. Bu məqsədlə işğalçı rejimə qarşı geniş sanksiyalar həyata keçirilməlidir. Bu sanksiyaların həyata keçirilməsi üçün elmi araşdırmalara əsaslanan 7 təklif gündəmdədir:

1.Sionist rejimə bağlı olan, bu rejimlə alış-verişi olan bütün şirkətlərin, brendlərin, müəssisələrin və şəxslərin dəqiq siyahısı çıxarılır. Təbii ki bu işi İslam Cümhuriyyətinin nəzarətində olan informasiyalı bir təşkilat həyata keçirməlidir. Siyahı hazırlanarkən elmi arqumentlər əsas götürülməlidir.
2.Vasitəçi şirkətlər vasitəsilə İsrail bazarı ilə əlaqədə olan daxili şirkətlərin siyahısı hazırlanır. Təbii ki bu işdə də dövlət nəzarəti olmalıdır və icra üçün parlament səviyyəsində araşdırma aparılmalıdır. Bu şirkətlərlə, sanksiyaya müxalif olanlarla qanun çərçivəsində rəftar edilməlidir.
3.İsrail məhsullarına qadağadan yaranacaq məhsul qıtlığı və maddi zərərin qarşısını almaq üçün tədbirlər planı hazırlanmalı və sanksiyalarla eyni zamanda bu proqram həyata keçirilməlidir. Mötəbər bir daxili və ya xarici şirkət qadağan olunmuş İsrail mallarına yaranan ehtiyacı təmin edə bilər. Elə etmək lazımdır ki, sanksiyalardan müsəlman iqtisadiyyatı və müsəlman xalqlar zərər çəkməsin. Bəzi məhsulların İsrail istehsalı olub-olmaması ilə bağlı mübahisələr var. Bu sahədə araşdırma aparılmalı və həmin mallar daha mötəbər şirkətlərin malları ilə əvəz olunmalıdır.
4.Sanksiyaların həyata keçməsi üçün proqram hazırlamalı və sanksiyalar tədricən, mərhələli şəkildə, prioritetlər nəzərə alınmaqla həyata keçməlidir.
5.Sanksiyalara İsrailin rekasiyaları proqnozlaşdırılmalıdır. Çünki İsrailin ABŞ və Britaniya kimi müttəfiqləri sionist rejimə qarşı sanksiyalara müqavimət göstərə bilər.
6.İnformasiya vasitələrində İsrail istehsalı olan mallar, İsrail iqtisadiyyatı ilə əlaqəli şirkətlər, İsrail iqtisadiyyatına fayda verən müəssisə və şəxslər tanıtdırılmalıdır.
7.İslam Şura Məclisinin Fələstin xalqını himayə ilə bağlı qanunu var. İsrailə qarşı sanksiyalar bu qanunun icra dairəsində yer ala bilər.
Mühüm nöqtələrdən biri budur ki xalqın könüllü şəkildə İsrail mallarında imtina etməsi İslam Cümhuriyyətinin sanksiyalarından daha təsirlidir. İctimai reaksiyalar, xalqın bu mallardan imtinası İrana qarşı beynəlxalq sanksiyaların zəifləməsinə səbəb ola bilər.

Əliəkbər Kərimi

Nur-az/ farsnews
Source : Nur.az
Comment