0
Wednesday 19 December 2012 - 07:50

İranın Dəniz Qüvvələrinin inkişafı

Sina-7 və Cəmaran dağıdıcı gəmilər
Story Code : 222682
İranın Dəniz Qüvvələrinin inkişafı
İranın Dəniz Qüvvələrinin inkişafı
Islam times.org/az/ - Amerika saytlarından biri İran Hərbi Dəniz Qüvvələrinin inkişafı barədə məlumat verib. Amerikaya məxsus digər bir hərbi xarakterli sayt isə “Sina-7” gəmisinin istehsalına işarə edərək İslam Respublikasının Dəniz Qüvvələrinin gücünün artması haqda məlumat yaydı.

“Strategy Page” saytı öz hesabatında yazır: “Noyabr ayının sonlarında İran yeni nəsil “Sina-7” hərbi gəmilərindən nümunə nümayiş etdirdi”.

Təqdim edilən şəkillərdə gəminin gövdə və səthi suyun üzərində aydın görünürdü. Gəmi müasir silahlarla, elektron cihazlarla və digər avadanlıqlarla təchiz edilmişdir.

“Sina-7” gəmisi haqda yayılan görüntülər
Gəminin bir və ya iki il ərzində tam istifadəyə veriləcəyi gözlənilir. Lakin iranlılar son tamamlanma işlərini gözləməyib yeni istehsalın nümayişini daha məqsədəuyğun hesab ediblər.

“Sina-7” hərbi gəmisi 76 mm-lik top və raketə, həmçinin helikopter eniş məkanına malik 2000-2500-tonluq bir gəmidir.
 
“Sina-7”, təkmilləşdirilmiş “Cəmaran” sinifinə aid nümunədir. “Sina-7” gəmisi İran Hərbi Dəniz Qüvvələrinin istifadəsinə verilməmiş, bir az öncə “Cəmaran”ın iki modeli İran Hərbi Dəniz Qüvvələrinin istifadəsində idi. “Cəmaran” ölkə dəniz qüvvələrinin istifadəsinə verilən İran istehsalı ən nəhəng gəmidir”.

İnformasiyaya əsasən iki “Cəmaran” gəmilərindən biri hal-hazıda Xəzər dənizində, digəri isə Hind okeanında üzür.

“Cəmaran” hərbi gəmisi istehsal dövründə “viranedici” )Dağıdıcı) ləqəbi ilə xatırlanırdı. Həqiqətən, “Cəmaran” 1400 ton çəkiyə malik bir döyüş gəmisidir. “Cəmaran” 140 heyət üzvü, hava hücumundan müdafiə raketləri (onlardan biri 20 mm və 40 mm-lik toplardır), habelə kiçik ölçülü raketlərlə təchiz olunmuşdur.
“Cəmaran” həmçinin sualtı hücumundan müdafiə üçün altı torpeda, gəmi hücumuna qarşı dörd “C-802” markalı raketlə silahlanmışdır.

“Strategy Page” saytı sonra yazır: “İran Hərbi Dəniz Qüvvələri şübhəsiz yeni hərbi gəmilərdən istifadə edəcəkdir. Ölkə, nəhəng dağıdıcı hərbi gəmi istehsalına qadir gəmiqayırma zavodlarına malikdir. Buna əsasən demək olar ki, İran “Dağıdıcı” gəmi düzəltmək iqtidarına malikdir”.

Hesabata əsasən, İran İslam Respublikası tam qətiyyətlə hər hansı qiymətə olursa olsun Xəzər, Fars Körfəzi və Hind Okeanında öz statusunu genişləndirmək iqtidarındadır.

1970 – ci ilin onilliyindən sonra ilk dəfədir ki, İran gəmiləri ölkə sərhədlərindən kənar sularda xidmət göstərir və dəniz piratları ilə mübarizə aparırlar.

Bundan əlavə, İran daha çox hərbi gəmilərini beynəlxalq sularda yerləşdirmək imkanının olduğunu elan edib və bu xüsusilə buna əsasəndir ki, İslam Respublikası keçən on illikdə nəhəng hərbi gəmiləri istehsal etmişdir. Bu gəmilər böyük olmama təsəvvürü yaratsa da Hind okeanın üzmək qabiliyyəti olacaq qədər böyükdür.
Source : İslamtimes
Comment