0
Thursday 7 April 2011 - 19:03

Yəmən inqilabının yatırılmasında SIA-nın rolu

Story Code : 63858
Con Brennan
Con Brennan
“IslamTimes” xəbər verir ki, Fars körfəzi araşdırmalar müəssisəsinin müdiri Əli Əl-Əhməd “PressTV” ilə müsahibəsində Amerikanın Yəmənə hərbi yardımlarını nəzərdən keçirir və müəyyən proqnozlar verir.

PressTV: Vaşinqton rəsmilərindən biri bildirib ki, Yəmənə hərbi yardımın kəsilməsi ilə bağlı qərar qəbul edilməyib. O vurğulayıb ki, həmin silahlardan inqilabçılara qarşı istifadə olunmayıb. Buna münasibətiniz necədir?

Əli Əl-Əhməd: Həmin silahlardan üsyançılara qarşı istifadə olunub. Belə bir bəyanat səmimi olmazdı. Amerika və SIA-nın hərbi təlimatçıları Yəməndə fəaldırlar. Bəlkə də bu qrup inqilabçıların qətlində rol oynayıb. Amerikanın Yəmənə hərbi yardımları ilə bu ölkədə yüzlərlə inqilabçının ölümü arasında birbaşa rabitə var.

PressTV: Siz və başqa mütəxəssislər bildirirsiniz ki, Yəmən cəmiyyətində qruplaşmalar var və xalqın böyük hissəsi etirazçılarla bir sıradadır. Hazırkı şəraiti nəzərə alaraq Amerikanın Yəmənə hərbi yardımı davam etdirməkdən başqa çıxış yolu varmı?

Əli Əl-Əhməd: İnanıram ki, ABŞ-ın başqa seçimi yoxdur. Saleh Amerika və Səudiyyə Ərəbistanı ilə danışıqlarda Əl-Qaidəni seçim olaraq saxlayır. Salehin istefası ilə Əl-Qaidənin təhlükəsi əhəmiyyətli dərəcədə aşağı düşəcək. Düşünürəm ki, Salehlə müzakirələri Yəmənin gələcəyi üçün təsirli saymağa yubanmışıq. Mən daha çox Səudiyyə Ərəbistanının təsirindən narahatam. Tarix sübuta yetirib ki, Ərəbistan həmişə Yəməndə mənfi rol oynayıb. Amerika bunu çox gözəl bilir. Bu elə bir vəziyyətdə baş verir ki, Amerika Abdullah Salehdən istefa yox, hakimiyyətin ötürülməsini tələb edir.

Etirazçı xalqı himayə etmək Əl-Qaidənin təhlükələrini azaltmaq istiqamətində Amerika üçün münasib yoldur. Amerika Yəmənə hərbi yardım əvəzinə humanitar kömək göstərməlidir. Onlar şərait yaratmalıdırlar ki, hökumət xalqın istəklərinə uyğun olaraq siyasət yürüdə bilsin. Terrorizmlə mübarizdə bu ən yaxşı yoldur.

PressTV: ABŞ-ın Yəmən müxalifəti ilə müzakirələrinə necə baxırsınız? Bəzi məlumatlara əsasən, Riyaz bu müzakirələrə vasitəçilik edəcək. Sizin nəzərinizcə həmin müzakirələr müvəffəqiyyətlə başa çata bilərmi? Yoxsa Salehin hakimiyyətdə saxlanılması üçün bu addımın vaxtı keçib.

Əli Əl-Əhməd: Nəzərimcə müzakirələr vasitəsi ilə Salehi Yəmənin gələcəyi üçün təsirli saxlamağın vaxtı keçib. Düşünürəm ki, Səudiyyə Ərəbistanı daha artıq təsirlidir və bu ölkənin mənfi rolu tarix boyu sübuta yetib.

Bilirik ki, Səudiyyə Ərəbistanı Yəməndə təxribatlara dəstək verib, hətta bu ölkəni bombalayıb. Bu səbəbdən də onları danışıqlarda bitərəf saymaq olmaz. Danışıqlarda vasitəçilik üçün Misir, Suriya hətta Qatar daha münasib seçim ola bilər.

Amerika ölkə daxilində müharibə yaratmaq üçün bacardığını etdi. Amma ölkədə sülhün bərqərar olunması məqsədi ilə heç bir danışıqlar aparılmayıb.

PressTV: Nə üçün Amerika və koalisiya qüvvələri Liviyada fəallıq göstərdiyi halda Yəməndə passiv mövqe tutur? Bunun səbəbi Yəməndə Əl-Qaidənin varlığıdırmı? 

Əli Əl-Əhməd: Amerika həmişə Əl-Qaidəni mühüm faktor kimi tanıtdırıb. Saleh Yəməndə ən zəif siyasilərdən sayılır və Amerikanın siyasətləri hər gün geri getməkdədir. Bəli, Əl-Qaidənin Yəməndə təhlükəsi var. Amma düşünürəm ki, bu məsələ şişirdilir. Əl-Qaidə son 5 ildə hətta bir Amerika əsgərini öldürə bilməyib. Bu səbəbdən də Yəməndə bu istiqamətdə mühüm problem yaşanmır. Yəməndə müharibəyə ehtiyac yoxdur. Bu ölkədə siyasi qrupların həmkarlığı ilə dövlət yaratmaq və əhalinin məsuliyyətini öhdəyə götürmək lazımdır. Yəməndə raketlər faydasızdır. Siyasi müzakirələr ölkə əhalisini bombalamaqdan daha ucuz başa gələrdi. Liviyada da oxşar hadisələr baş verir.

Bəli daha ucuz başa gələsi yol var və bu yolun sonu müsbət nəticə verə bilər. Vaşinqton Yəmən səmasında qırıcılar uçurmaq əvəzinə müzakirələr üçün nümayəndələr heyəti göndərə bilər. Bu yol Amerikanın özü üçün də faydalıdır.

PressTV: Siz Yəməndə daha təsirli ola biləcək "Amerika sülh korpusu"ndan danışırsınız...

Əli Əl-Əhməd: Bu mövzunun Ərəbistanla rabitələrə təsiri var. ABŞ-ın Yəmən siyasətinin memarı Con Brennan Ərəbistanda SIA-nın sabiq rəisi olub. Bu şəxs Ərəbistanın maraqlarını Ağ Evə çatdırıb. Elə bu səbəbdən də Yəməndə daha artıq qarşıdurmalara şahid oluruq. Bu siyasi xəttə əsasən Əli Abdullah Saleh hakimiyyətdə qalmalıdır. Xalq isə Salehin getməsini istəyir. Böhranın həll yolu o qədər də zəif olmayan siyasi partiyalarla müzakirə aparmaqdır. Doğrudan da Yəmənin ən zəif siyasi simalarından biri Abdullah Salehdir. Deyə bilərik ki, Amerikanın Yəmən siyasəti artıq uğursuzluğa məhkumdur. 

"IslamTimes" - Tərcümə şöbəsi

Comment