0
Friday 11 July 2014 - 14:11

BƏƏ Fələstinə 25 milyon dollar həcmində yardım ayırıb

Story Code : 398787
BƏƏ Fələstinə 25 milyon dollar həcmində yardım ayırıb
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, müvafiq fərman BƏƏ prezidenti şeyx Xəlif bin Zaid əl Nəhayən tərəfindən imzalanıb.
Yerli mətbuatın məlumatına görə, bu addım BƏƏ hökumətinin və xalqının Fələstin xalqı ilə tarixi həmrəyliyinin təsdiqidir.  
Bu yardımın paylanmasına nəzarət BƏƏ-nin “Qızıl Aypara” cəmiyyətinə həvalə olunub.  
Birləşmiş Ərəb Əmirlikləri İsrailin Fələstinə hava zərbələrini kəskin pisləyib. 
Comment