0
Tuesday 5 August 2014 - 14:15

İsrailin Qəzzaya təcavüzü zamanı təxminən 430 uşaq qətlə yetirilib

Story Code : 403186
İsrailin Qəzzaya təcavüzü zamanı təxminən 430 uşaq qətlə yetirilib
İsrailin Qəzzaya təcavüzü zamanı təxminən 430 uşaq qətlə yetirilib
Fələstinin Qəzzadakı səviyyə rəsmilərinin açıqladığı sonuncu məlumatlara əsasən İsrail ordusunun Qəzzaya hücumu nəticəsində 1867 fələstinli qətlə yetirilmiş və 9500 nəfər isə yaralanmışdır.

Fələstin Səhiyyə Nazirliyi deyib ki, yaralıların 2800 nəfəri uşaq, 1800 qadın və 374 nəfər isə yaşlı şəxslərdir.
Bazar ertəsi günü İsrail Qəzzanın bəzi ərazilərində yeddi saatlıq atəşkəs elan edib. Ancaq qeyri rəsmi olan atəşkəs elanından bir neçə dəqiqə sonra İsrail hərbi təyyarələri Qəzza şəhərində qaçqın düşərgəsində yerləşən evə hücum etmiş və nəticədə bir uşaq qətlə yetirilmişdir.

BMT-nin Beynəlxalq Uşaq Fövqəladə vəziyyət Fondu deyib ki, İsrailin mühasirə şəraitində olan Qəzza Zolağına qarşı təcavüzü dözülməz bir haldır.

8 İyul tarixindən etibarən İsrail Qəzzaya qarşı təcavüzə başladı. Fələstin müqavimət hərəkatı Həmasın hərbi qanadı olan İzzəddin əl Qəssam Briqadası İsrailin təcavüzünə cavab olaraq İsrailə raket zərbələri endirib.
Source : Islamtimes
Comment