0
Tuesday 15 April 2014 - 07:52

Sanksiyalara yeni adlar əlavə edildi

Story Code : 372938
Sanksiyalara yeni adlar əlavə edildi
Musavat.com-un BBC-yə istinadən verdiyi məlumata görə, bunu Lüksemburqun xarici işlər naziri Jan Asselborn bəyan edib. O, deyib ki, nazirlər eyni prinsipləri rəhbər tutacaqlar - viza qadağası və bank hesablarının dondurulması.
Jan Asselbornun sözlərinə görə, hələlik söhbət yalnız siyahının genişləndirilməsi barədə prinsipial qərardan gedir. Konkret adlar isə məlum deyil.
Aprelin 10-da Avropa Birliyinin sanksiya siyahısına 107 rusiyalının, o cümlədən, ölkənin bütün rəhbərliyinin, Müdafiə Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının və bir neçə jurnalistin adı əlavə edilib.
Comment