0
Thursday 5 June 2014 - 14:16

Havalar isindikcə qadınlar soyunmağa başlayır

Story Code : 389336
Havalar isindikcə qadınlar soyunmağa başlayır
Havalar isindikcə qadınlar soyunmağa başlayır
Həqiqətən də qadın Allahın yaratdığı şərəfli varlıqlardan birdir. Qadını şərəfli edən xüsusiyyətlərdən biri də onun məhz ana olmasıdır. Gələcək nəsilləri yetişdirən də məhz anadır. Hər bir qeyrətli, şücatəli şəxsin arxasında izzətli, şərəfli bir ana dayanır. Qadının – ananın cəmiyyətdə rolu danılmazıdır.
Məhz bu səbəbdəndir ki, düşmən ilk növbədə pozmaq istədiyi, məhv etmək istədiyi cəmiyyətdə qadınları hədəfə alır.
Bugün dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da qeyrətsizliyi, namussuzluğu və digər pis əxlaq və davranışları xalqımıza yeritmək istəyirlər və bu yolda da xüsusi təbliğat vasitələrindən istifadə edərək millətimizi, məxsusən də gənclərimizi pozurlar. Təəssüflər olsun ki, millətimiz, əsasən də gənc qız və oğlanlar bu təbliğatı normal qarşılayaraq düşmənin məqsədlərinə xidmət etməyə başlayırlar.

Artıq yavaş-yavaş havalar isinir. Həqiqətən insan çölə çıxa bilmir. Gənc qızlar, qadınlar elə geyinirlər ki, mən oğlan ola-ola onların yerinə utanıram.

Görəsən bu insanların valideyini, qardaşı, qohum-əqrabası yoxdurmu ki, bir buna özünü düzəlt desinlər. Baxırsan ki, evli qadındır, yanında uşağı da var, ancaq sən onun geyiminə bax. Bu cür qadından övladı nə nümunə götürəcək. Anasını bu vəziyyətdə görən qızdan necə abırlı geyinməsini tələb edə bilərik.

Təbliğat o dərəcədə aparılır ki, artıq geyim yarmarkalarında abırlı və normal şəkildə olan geyim tapmaq mümkün deyil və yaxud da çox çətindir. Qadın qalsın o tərəfə. İş o yerə çatıb ki, kişi üçün normal bir şalvar tapa bilmirsən. Hamısı dar və insanın bədənini çölə çıxaran paltarlardır. Bu faktor da insanların bərbad vəziyyətdə geyinməsinə şərait yaradır.

Bir tərəfdən televiziyada gedən təbliğat, digər tərəfdən də bazarlarda paltar qıtlığı insanları pis geyinməyə doğru sövq edir. Televiziyada nümayiş etdirilən seriallarda, kliplərdə, şou proqramlarda iştirak edən qadınların biabırçı geyimləri digər qadın və qızların da bu cür geyinməsinə rəvac verir.

Əxlaqsızlığı ilə məşhur olan müğənnilləri bugün gənclərimizə nümunə kimi sırımağa çalışırlar. Təbii ki, onlara əgər müğənni demək olarsa. Bugün kim səhnədə daha çox soyunursa, açıq-saçıq geyinirsə o daha yaxşı müğənni hesab edilir. Halbuki səsi sıfır dərəcəsindədir.

Gərək namuslu, qeyrətli qadınlarımız bu məsələyə çox diqqətlə yanaşsınlar. Evdə, ailədə bu məsələlərə çox diqqət versinlər. Əks təqdirdə cəmiyyətin pozulmasında onların da rolu ola bilər. Hər kəs gərək öz ailəsindən başlasın. Evdə uşaqları başa salsın ki, bu cəmiyyəti pozmaq üçün düşmənin həyata keçirdiyi xüsusi təxribat planıdır. Düşmən bununla cəmiyyətimizi pozmaq və gələcək nəsilləri əxlaqsız şəkildə böyütmək istəyir. Gərək bu cür məsələlərə biganə və etinasız yanaşmayaq. Bu cür hallar qarşısında səssiz qalmayaq. Küçədə, ictimai nəqliyyat vasitələrində etik normalara zidd hərəkətlə qarşılaşdığımız zaman gərək dərhal etiraz edək.

Əgər belə etməsək bu zaman bu hal bizim üçün adiləşəcək və bizim də həyatımıza daxil olacaq. Təəssüflər olsun ki, artıq bir çox ailələrdə bu cür biganəlik halları müşahidə olunmaqdadır. Qız bibarçı şəkildə geyinib atası ilə yol gedir, arvad bütün bədənini çölə nümayiş etdirən paltar geyinərək həyat yoldaşı ilə yol gedir. Bax budur biganələyin nəticəsi.
Source : Islamtimes
Comment