0
Tuesday 19 August 2014 - 11:17

Kameron Britaniyanın İraq strategiyasını müdafiə etdi

Story Code : 405535
Kameron Britaniyanın İraq strategiyasını müdafiə etdi
ANS PRESS-in "BBC"yə istinadən məlumatına görə, baş nazirin təbirincə, Britaniya kürdlərlə və İraq hökümətilə birgə işləyəcək və ABŞ-ı dəstəkləmək üçün imkanlarından istifadə edəcək.
Bu arada Kiprdə yerləşən Britaniya hava qüvvələri hissəsinə baş çəkən Müdafiə katibi Maykl Fallon yaxın zamanlarda Britaniya hərbi aviasiyasının İraqda əməliyyatlarda iştirak edəcəyini və İD silahlılarının havadan izlənməsinə artıq başlandığını bildirib.
Müdafiə katibinin təbirincə, Britaniya hərbiyyəsinin İraqdakı hadisələrdə iştirakı "aylarla çəkə bilər".
Müxalif rəqib Leyboristlər partiyası İraqdakı münaqişəyə Britaniyanın yanaşmasının "aydın olmadığını" bildirib.
Kölgə kabinetinin Xarici İşlər katibi Duqlas Alexander BBC-ə deyib ki, "Britaniya qüvvələrinin qatıldığı missiyanın təbiətini anlamağa ehtiyac var".
Höküməti məsələyə "aydınlıq" gətirməyə çağıran Duqlas Alekksandr eyni zamanda əlavə edib: "Biz Britaniya hökümətinin addımlarını dəstəkləyirik”.
Bundan əvvəl baş nazir Devid Kameron Britaniya hökümətinə kürd döyüşçülərindən silah sifarişi olarsa həmin təşəbbüsə “müsbət baxılacağını" bildirmişdi.
Bazar günü Kürd qüvvələri ABŞ aviasiyasının dəstəyilə strateji əhəmiyətə malik Mosul su bəndinə nəzarəti bərpa edə bilmişdilər.
Comment